Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
09/05 | 11:48 Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb
09/05 | 10:45 Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
08/05 | 21:39 Azərbaycan Basketbol Liqası: Yarımfinalın daha bir oyunu keçirilib
08/05 | 21:35 Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
08/05 | 19:56 Azərbaycan cüdoçuları Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
08/05 | 19:05 Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli olub
08/05 | 17:43 Azərbaycan Premyer Liqasında XXXV turun oyun proqramı açıqlanıb
08/05 | 16:31 PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
08/05 | 14:38 Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
08/05 | 13:17 Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
08/05 | 12:13 "Turan Tovuz"un legioneri üçün mövsüm başa çatıb
08/05 | 10:52 Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
08/05 | 10:21 Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
N.Arpadarai:
Tarix: 13.11.2015 | Saat: 13:09:00 | E-mail | Çapa göndər
Gələn il ölkəmizdə Formula-1 çempionatı debüt edəcək. İyunun 19-da keçirilməsi planlaşdırılan Avropa qran-prisi paytaxt Bakımızın küçələrində baş tutacaq. Yarışın təşkilati işləri ilə məşğul olan “Bakı Şəhər Halqası” (keçmiş “Baku Grand Prix”) şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai “Formula-1 Azərbaycanda” saytı üçün məxsusi müsahibə verib. Həmin yazını sizə təqdim edirik.

– Gəlin lap əvvəldən başlayaq. 5 il əvvəl biz İdman və Gənclər naziri Azad Rəhimovdan ölkəmizdə Formula-1 yarışının keçirilməsi barədə soruşduqda, cavab vermişdi ki, hələ dövlətimiz belə bir yarışın keçirilməsində maraqlı deyil. Maraq necə yarandı?

– Düşünürəm ki, bu işlərin məntiqi bir nəticəsi idi. Belə ki, 5 il əvvəl indi mövcud olan infrastruktur yox idi. Son illər ərzində Azərbaycan artıq çoxlu sayda beynəlxalq tədbirə ev sahibliyi edib. Avroviziya mahnı müsabiqəsi, dünya və Avropa çempionatları, Bakı 2015 Avropa oyunları və s. kimi tədbirlərə hazırlıq zamanı şəhərimizdə lazımi infrastruktur hazırlıqları aparılıb, yollar, mehmanxanalar, idman obyektləri və s. tikililər hazır vəziyyətə gətirilib. Ölkəmizdə idmanın inkişafına xüsusi önəm verilir. Bütün bu tədbirlərdən sonra Bakının Formula-1 kimi mötəbər bir yarışa ev sahibliyi etməsi labüd idi.

– Beləliklə, sizin təmsil etdiyiniz “Baku Grand Prix” (hazırda “Bakı Şəhər Halqası”) şirkəti quruldu və FOM-la işgüzar danışıqlar başlandı. Berni Ekklstonla razılıq necə əldə edildi?

– Danışıqlar 1 il sürdü və hər iki tərəfin maraqlarına cavab verən şərtlərlə müqavilə bağlandı.

– Formula-1 tarixində görünməmiş müddətə – 9 illik müqavilə bağlandı. Amma bizim Azərbaycanda, Bakıda keçirilən yarış Avropa qran-prisi adlanacaq. Nə zamansa bu yarışın adının dəyişdirilməsi nəzərdə tutulubmu?

– Əvvəlcə qeyd edim ki, müqavilə 10 il müddətinə bağlanıb. Bildiyiniz kimi, Formula-1 qran-pri yarışı miqyasına görə beynəlxalq çempionatdır və mütəmadi olaraq hər il təxminən 20 ölkədə və 5 qitədə təşkil olunur. Tədbirə ev sahibliyi edən ölkələr hər biri özlüyündə nadir cəhətləri və müxtəlif kriteriyalar üzrə bir-brindən seçilir. Bu kriteriyalara ölkənin yerləşdiyi coğrafi məkan, yarış trekinin şəhəriçi və ya şəhərdən kənarda olması, gündüz və ya axşam saatında keçirilməsi və s. daxildir.
Buradan çıxış edərək demək olar ki, iyun ayında Bakıda keçirilməsi nəzərdə tutulan yarışa Avropa Qran Prisi adı verilməsi sırf ölkəmizin coğrafi təsnifatı ilə bağlı bir məqamdır. Avropa qran-prisi titulu Valensiyadan sonra boş idi və bu titulu bizə təklif edəndə onun məmnuniyyətlə qəbul etdik. Belə ki, son illər ölkəmiz Avropaya inteqrasiya yolunda bir çox təbdirə imza atıb. Düşünürük ki, qran-prinin Avropa qitəsi ilə əlaqələndirilməsi Bakı şəhərinin Avropadan gələn Formula-1 azarkeşləri üçün turizm istiqaməti kimi tanınmasına kömək edəcək. Unutmaq lazım deyil ki, qran-pri paytaxtda, Bakı Şəhər Halqası trekində keçiriləcək və müvafiq kontekstlərdə bu trekin adına da istinad olunacaq. Lakin, əlbəttə, biz bir zaman bu adı dəyişməyi düşünürük.

– Nə zamansa Azərbaycan yarışını şəhər trasında deyil, stasionar trasda keçirmək planlaşdırılırmı?

– Doğrusu belə plan yoxdur. Bakının məhz şəhər trasına ev sahibliyi etməsi təsadüfi hal deyil. Bu öncədən planlaşdırılmış bir addım idi. Belə ki, artıq qeyd etdiyim kimi, yarışı izləyən tamaşaçılar Bakının tam simasını görə biləcəklər, bu da, turizm potensialını inkişaf etdirmək və Bakını regional mərkəz kimi təqdim etmək baxımından çox önəmlidir.

– Formula-1 təqvimində şəhər trasları çox olub, elə indi də Melburn, Monako və Sinqapur qran-priləri var. Bu trasların təcrübələri öyrənilirmi?

– Formula1-in gələn mövsüm üçün ilkin təqvimində yer alan şəhər trekləri arasında Monako, Sinqapur və Melbrunla yanaşı Bakı Şəhər Halqası da var. Əlbəttə, bizdən öncə olan şəhər yarışlarının da təcrübəsi öyrənilir, maarfiləndirici səfərlər təşkil olunur. Bizə Sinqapur modeli daha yaxındır. Bu məqamda mən yarışın iqtisadi faydasından söz açmaq istərdim. Belə ki, yarışa ev sahibliyi edən ölkələrin mənfəətini bir neçə faktor müəyyən edir: təşkilatçı ölkənin dünya mediasında istisnasız yayımı və təbliğatı (yarış 187 ölkədə 500 milyondan çox tamaşaçı tərəfindən izlənilir), turizmin yüksəlişi, avia uçuşlarda artım və otel infrastrukturunun tam istehlakı. Misal üçün, Sinqapurun qran-pri günləri ilə əlaqədar ölkədə avia uçuşlarda, bilet satışlarında, otel və restoranlar şəbəkəsinin fəaliyyətində görünməmiş canlanma müşahidə olunur. Biz Sinqapur təcrübəsinin müsbət tərəflərini Azərbaycanda da tətbiq etmək istərdik.

– Qran Pri 3 gün davam edəcək – trasa yaxın ərazilərdə hərəkət qrafiki necə olacaq? Ərazidə yerləşən dövlət qurumlarında, firmalarda iş qrafiki dəyişdiriləcək?

– Qran-pri günlərində trek üzərinə düşən yollar yarış saatlarında tamamilə, qeyri-yarış saatlarında isə qismən bağlı olacaq. Bununla bağlı şəhər sakinlərinin maneəsiz hərəki üçün alternativ marşrutların hazırlanması üzrə müvafiq dövlət qurumları ilə iş gedir. Plan hazır olan zaman, paytaxtda müvəqqəti infrastruktur dəyişiklikləri ilə bağlı müvafiq ismarışlar və təbliğat-maarfiləndirmə işi aparacayıq.

– Təmsil etdiyiniz şirkətin başçısı Arif Rəhimov müsahibələrin birində tribunların 19 min 500 tamaşaçıya nəzərdə tutulduğunu demişdi – bu az deyil?

– Bəli, ilkin plana görə, Bakı Şəhər Halqası boyu bu il 19 500 oturaq tamaşaçı yerləri nəzərdə tutulub. Bundan əlavə yarışı izləmək üçün ayaqüstü tribunalar qurulacaq ki, ümumilikdə məkanın canlı izləyici tutumu 40 000 ətrafında olacaq. Düşünürük ki, təhlükəsizlik və rahatlılıq meyarlarını nəzərə alaraq bu rəqəmin artırılması düzgün olmazdı.

– Tras keçən küçələrdə asfalt örtüyü tam dəyişəcək yoxsa yalnız üz qatı? Qəmbər döşənmiş iki sahənin taleyi necə olacaq?

– Cari tikinti-quraşdırma layihəsinə əsasən 6 km-lik dairəvi marşruta düşən mövcud yolların təmir olunması və yeni asfalt qatının salınacağı gözlənilir. Şübhəzsiz ki, Formula-1 standartlarına müvafiq olaraq yenilənmiş bu yüksək keyfiyyətli yollar yarışlardan sonra şəhər sakinlərinin istifadəsində olacaq. Üzərinə qəmbər daşları döşənmiş olan sahələrdə isə xüsusi qoruyucu örtük və onun üzərinə müvəqqəti asfalt qatı qoyulacaq ki, yarışdan sonra bu örtük çıxarılacaq. Bundan əlavə, İçəri Şəhərin perimetri boyunca Qala Divarlarının yüksək sürətlə hərəkət edən avtomobillərin səs titrəmələrindən və zərbədən qorunması üçün xüsusi qoruyucu qat çəkilməsi planlaşdırılıb.

– Yarışın nəticəsinə görə ilk üçlüyə təqdim olunacaq kubokların dizaynı hazırdır?

– Hazırda dizayn ətrafında iş gedir.

– Yarışda çalışacaq marşalların və könüllülərin yığımına nə zaman başlanacaq?

– Yarışın təşkilatçılığında xüsusi çəkisi olan F-1 marşalları və könüllülərin cəlb olunması və təlimləri bizim üçün önəmlidir. Yarışda həm yerli, həm də xaricdən gələn könüllülərin və marşalların iştirakı gözlənilir. Könüllülük proqramına bu ilin dekabr ayında start veriləcək və yeniliklərlə bağlı bütün məlumatları saytımızdan izləmək mümkün olacaq.
Uzun illərdən sonra biz həvəskarların, fanatların arzuları gerçəkləşmək üzrəyik. Buna görə sizə, sizin şirkətə, başçınız Arif müəllimə, nazir Azad müəllimə və bu işdə əməyi olan hər bir kəsə minnətdarlığımızı bildiririk. Ümid edirik ki, ölkəmiz bu yarışa sadəcə ev sahibliyi etməklə kifayətlənməyəcək və tezliklə biz çempionatda öz sürücümüzü və komandamızı da görəcəyik.
Xəbər 860 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru