Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Rəqibi göylərdən endirməli
Tarix: 10.11.2015 | Saat: 12:39:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Klublarımızın Avropa macərası bu dəfə qrup mərhələsi səddini aşaraq davam edəcəkmi? Sualın cavabı mücərrədliklər arxasında gizlənib. «Qəbələ»nin bu fürsəti dəyərləndirməsi reallığa bənzəmir. Çünki klub son iki matçda qələbə qazanmalı, üstəlik, «Krasnodar» son turlarda xal qazanmamalıdır – bunların nə qədər inandırıcı görünməsini zamanın və oxucuların ixtiyarına buraxaq. Amma «Qarabağ» artıq bu hüququ əldə etməliydi. Qrup nə qədər mürəkkəb olsa da, proqnozlaşdırdığımız kimi, oyunlar da əyani nümayiş etdirdi ki, komandamızın imkanlarını heç bir mübaliğəyə yol vermədən buna qadir adlandırırdıq. «Monako» ilə son görüşlər bu reallığı daha açıq-qabarıq göstərdi. Əfsuslar ki, bu mövzuda öncəki məqalədə göstərdiyimiz problemlər bu dəfə də özünü büruzə verdi.

«Qəbələ»nin problemlərini lap əvvəldən qələmə almışdıq, amma nədənsə bu, indi-indi diqqət cəlb etməyə başlayıb. Meydanda görünməyən yerli futbolçular son səfər matçında 0:3, 0:4 hesablarından - 60-70-ci dəqiqələrdən sonra da etimada layiq görülmədilər. Buna qədər ehmalla ehtimala yol vermədən sussaq da, indi aşkar görünür ki, bu səbəbsiz deyil. Futbolumuzda zaiman-zaman əcnəbi məşqçilərin xüsusi münasibətdən sui-istifadə etməsinin şahidi olmuşuq. Onları bütləşdirməklə çox şey də itirmişik. Axı, məşqçi üçün bir hesab-sorğu olmalıdır.

Ölkəsinin milli komandasına dəvətlə əlaqədar gəzən-söhbətlərə qədər «Qəbələ» sukançısının və onun sevimli oyunçularının davranışı, məşqçinin yerli futbolçulara sayğısızlığı diqqət çəkirdi. Ən azı, bu müddət ərzində oyununda cüzi irəlilyəiş olan bir yerli futbolçu da görmürük. Bu mənzərəni ümidsiz Dortmund matında da görmək ağır idi. Səfərdə «Qəbələ» bu günə qədər ən məzsunsuz oyununu nümayiş etdirdi.

Əlbəttə, təkcə oyunçulara münasibət söhbət mövzusu deyil. Baş məşqçinin məhz bu qarşılaşmada nədən taktiki dəyişikliklərə əl atdığını hələ də anlamaq olmur. Özü də bu yeniləşmə ab-havasına bənzəyən və hücuma meyilli bir rəqiblə oyun üçün özünü heç doğrultmayacaq bir seçim idi. Nəticədə, ilk dəfə zədələnmiş Bezotosnını əvəz edən qapıçı olmasaydı, hesab bəlkə də iki-üç dəfə (!) böyük olardı. Qapıya endirilən 31 zərbədən 13-ünün hədəfi nişan alması, eləcə də 7-sinin bloklanması, 2-sinin dirəyə tuş gəlməsi çox şey deyir.

Bəs «Qarabağ» nədən birinci oyundan dərs çıxarmadı? Açığı, komanda heç də pis təsir bağışlamırdı. Məşqçi korpusu məhz rəqibin mövcud durumunu yenidən təhlil edə bilmişdi. Həm də «Qarabağ» ilk oyunda buraxılan bir səhvi dəyərləndirə bilib rəqibin heç də yenilməz olmadığını aşkara çıxarmışdı. İlk dəqiqələrdən oyun tam lazım olan məcrada getdi. Sanki son zərbə səhvləri-problemləri olsa da, quruculuq, kombinasiyaları tamamlama, bir sözlə, hər şey yüksələn tempdəydi. İkinci hissə də bu avazla başlandığından, hətta «rəqibin bəxti gətirməyə başlayıb» deyə düşünmək olardı. Lakin itirməyə heç nəyi olmayan və bir xala kəskin ehtiyac duyan knyazlıq komandası bir dəyişikliklə simasını yenilədi - daha bir hücumçu meydan daxil oldu. Bunu komandamızın sükançısı gözdən-nəzərdən qaçırdı və yenə dəyişikliklərdə yanıldı. Komandanın ortabab oyunçularına onun bu qədər güvənməsini hələ də anlamaq olmur. Razıyam, bu futbolçular istənilən an bəzən gurlayan, çağlayan oyun nümayiş etdirə bilirlər. Lakin bu, ciddi oyun quruculuğu üçün yetməz. Yenə buraxılan bir səhv komandaya baha başa gəldi və hesabın bərabərləşməsi komandanın təpərində dəyişikliyə ehtiyac olduğunu üzə çıxardı. Heç bir mübariz kollektiv belədə ruhdan düşməməlidir. Üstəlik, məhz komanda potensialının gücünü bilən bir kollektiv üçün bu yolverilməzdir. Elə buna görə, yekuna görə, hətta bir xalı da uğur saymaq olar. Hesab bərarbərləşdikdən sonra ənənəvi Azərbaycan ovqatına köklənib bu son dəqiqələri - son nəfəs ritmində keçirmək olardı. Əslində, bu risk deyildi. Baş məşqçi oyunun gedişində cüzi taktiki göstərişləri ilə çox mətləbi yeniləyə bilərdi. Axı, rəqib məhz quruculuq üçün bəzi qurbanları vermişdi. Buna görə onu əks tədbirlə yaxalamaq mümkündü. Bunun üçün oyunu əsaslı dəyişməyə ehtiyac yox idi.

Əfsuslar olsun ki, yenə öz səhvləri üzərində öyrənməyə təhkim olunmuş bir komanda gördük. Hərçənd bizdən də çox komandanın hər bir üzvünə agah olmalıdır ki, bu qrup onların imkanları, səviyyəsi, bacarığı həddindədir.

İndi Qurban Qurbanov bütün gücünü məhz bir-birindən fərqli iki tipli komanda ilə oyunlara kökləmələdir. Bu görüşlər üçün lazım olan təbir və güc var. İndi doğru-dürüst taktiki seçim və bütün 90 dəqiqənin hər dəqiqəsini çözmək lazımdır. Oyunun hər axarına da bir seçim olmalıdır. Çünki qarşıdakı rəqib Bakıya ingilis təbirli oyuna üstünlük verərək gələcək. Londondakı oyunda gördüyümüzdən sonra irəliləyişə nail olsa da, təbinin və təbirinin ucaltdığı «göylərdən» onu endirməyə «Qarabağ»ın silahı da kifayət qədərdir. Həmin ipucları elə «Monako» ilə oyunda da var idi. Əlbəttə, bir də «Anderlext»in öz evində «Tottenhem»lə qarşılaşmasını mütləq izləmək lazımdır.

BATI YAR


Xəbər 1768 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru