Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Səhvlərə harada yol verilir?
Tarix: 04.11.2015 | Saat: 16:50:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Avroliqa təmsilçilərimiz bu həftə qrup turnirinin ikinci dövrəsinə başlayacaqlar. 4-cü turda rəqiblər bir həftə əvvəlkilər olacaq. Ötən 3 tur ərzində baş verənlər isə, zənnimcə, hər iki komandamız üçün arayıb-araşdırmaq, təhlil etmək üçün kifayət qədər mövzu verib. Dönüb geri baxanda, əlbəttə, haradasa daha yaxşı çıxış etməyin, daha yaxşı nəticələr əldə etməyin mümkünlüyünü dərhal hiss edirsən. Söz yox, bu oyundur və səhvləri ilə də gözəldir. Üstəlik, "Qəbələ" bu səviyyədə ilk sınağına çıxır, "Qarabağ" isə kövrək addımlarını daha sanballı təcrübə ilə əvəzləyir. Bəlkə də "Qəbələ"nin qrupunda "Qarabağ" olsaydı, indi aşılan qrup səddi barədə daha əminliklə danışardıq. Lakin komandalarımız üçün bu yarışda öz potensiallarına ən uyğun qruplar düşüb. Axı, məhz hərənin öz imkanına görə olan rəqiblərlə mübarizədə püxtələşmək, irəli getmək, daha yüksək səviyyəyə yüksəlmək mümkündür.

Əgər komandalarımızın nə üçün daha çox xal toplamadıqlarını təhlil etsək, ilk növbədə, nöqsanlara oyun meydanında deyil, ondan kənarda yol verildiyinə əmin olarıq. Çünki hər iki təmsilçimiz rəqibləri ilə oyunlarda az-çox başabaş rəqabətə qadir olduqlarını nümayiş etdiriblər. Hər ikisi üçün ən böyük çatışmazlıq məhz rəqibi dəyərləndirmək bacarığının zəifliyidir. Sanki komandalarımız bu səviyyədə mübarizənin nə olduğunu, el dili desək, başı daşa vurmaqla öyrənməyə cəhd edirlər. Halbuki bunun ən qısa yolu məhz hazırlıq dövründə sanballı təhlilçilərin rəqibin istər çempionat, istərsə də beynəlxalq oyunlarını izləyib müvafiq tövsiyələr paketi hazırlamasından keçir. Futbolla az-çox maraqlanan hər kəsin düşüncəsində, yəqin ki, "Səfərdə "Qarabağ” "Tottenhem"ə uduzmalı deyildi"; "Knyazlıq təmsilçisinə isə nəinki uduzmamalı, hətta ona qalib gəlməli idi" fikirləri də yer alıb. Axı, bu oyunlarda təmilçimiz rəqiblərindən heç nədə geri qalmır, hələ, üstəlik, oyunu formalaşdıran əsas komponentlərin hər birində qabaqlayırdı da. Eyni sözləri "Qəbələ"nin evdə PAOK, səfərdə isə "Krasnodar"la matçları barədə də söyləmək olar. Bəs nə üçün xal itkiləri və məğlubiyyətlər? İlk ağlabatan ifadə "təcrübəsizlik" olur. Lakin, məncə, bu ifadələr "Qəbələ" ilə bağlı heç söylənilməməlidir, çünki komandanın əsas heyətində Azərbaycan futbol məktəbinin yetirmələri yer almır və cəmi bir futbolçu millimizin şərəfini qoruyur. Hətta təcrbəli, final görmüş futbolçular da bu məqam üçün lazım olan səviyyəni, liderliyi nümayiş etdirə bilmirlər. Deməli, məsələnin kökü tam başqa yerdədir və bu, məhz rəqibi dəyərləndirmək, təhlil etmək, çözmək bacarığının olmaması ilə əlaqələndirilə bilər.

Qurban Qurbanovun başçılıq etdiyi məşqçi korpusu üçün bu, haradasa keçərli olsa da, "Qəbələ" haqqında daha ciddi tənqidi fikirlər söyləməyimin təməlində məhz əcnəbilər ordusunun olması dayanır. Əgər bu qüvvə yetərli deyildisə, fərqli addımlar atıla bilərdi. Üstəlik, "Qəbələ" mərhələdən-mərhələyə uğurlarına daha çox sevinməklə, qrup mərhələsinə daxil olmağın çox şişirdilməsinə imkan verdi. Yaxşı cəhət isə odur ki, bu qədər şişirdilmiş mədhiyyələrdən sonra, komanda çətin rəqiblərlə oyunlara təpərlə çıxmağa çalışır. Elə ümidi qoruyan da budur.

Söz yox ki, bu məqamda əsas diqqət həm milli komandamızın da əsas oyunçu təchizatçılarından biri, həm də daha təcrübəli və inam yaradan kollektiv kimi "Qarabağ"a yönəlib. Komandanın hər addımının böyük olmasını arzulayırıq. Axı, Şərqi Avropa kollektivlərinin qəfil yüksəlşlərinin heç də bəhərsiz olmadığını çox görmüşük. İkinci turda ideala yaxın taktiki-strateji seçimlərlə, hətta əvəzləmələrlə də doğru qərarları ilə sevindirən Ağdam klubunun məşqçi korpusu bu dəfə ilkin taktiki-strateji hədəfləri düz müəyyən etsə də, sonrakı qərarlarda yanıldı, ləngidi, həddən artıq hövsələli davrandı. Çünki buraxılan və təəssüf doğuran, elə buna görə də bəlkə kiməsə haqsız görünən qolun yetişmək üzrə olduğu aydın görünürdü. Bunu əyani müşahidə etmək istəyənlər, sadəcə, qoldan əvvəlki 20 dəqiqə ərzində rəqibin hücumlarının yönünü-yöntəmini izləsin; məncə, yetər.

Qurban Qurbanovun oyundan-oyuna dəyişən bu halı da çaşdırması - təbiidir. Onun oyun zamanı hissi-həyəcanı aydın sezilir və bu psixoloji təziyiqin təsirləri sözünü deyir. Digər həqiqətlər də var. Çünki o, məhz oyundan-oyuna öyrənmək məcburiyyətindədir. Onun ətrafına məhz köməkçilik qabiliyyəti ilə seçilən bir, ya bir neçə avropalı köməkçi gətirilsə, oyunların təhlilində düzgün metodika seçilər və bu da ona özünü təsdiq etməyə yetər. Qurban Qurbanov bu səviyyə üçün artıq çoxdan yetişib.

"Qarabağ"ın Avropada qəfil sıçrayışlara nail olmuş ortabab klublardan fərqi ondadır ki, onun şəksiz-şübhəsiz və şəriksiz lideri yoxdur. Əslində, yüksəlişdə olan və özünə yer etmək istəyən bir klubun inkişaf parametrləri, templəri üçün bundan yaxşı heç nə ola bilməz. Axı, liderli komandalarda liderlərdən sonrakı dövrlər çox çətin, mürəkkəb və eniş-yoxuşlu olur.

Məhz komanda kimi meydana atılıb sözünü deyənlər üçün bu fərq sabitlikdə və daimilikdədir. Buna görə "Qarabağ"ın oyununda belə qəfil eniş-yoxuşların olmaması üçün sabitliyə meyillilik və heyətin çeşidi və genişliyi vacibdir. Üstəlik, bu heyətdə nəsillərin müxtəlif dövrləri təmsil olunmalıdır. Mövcud vəziyyətə görə, bunun hamısı "Qarabağ"da var. Deməli, məşqçi korpusu bütün qüvvəsini toparlayıb, məhz orta balansı taparaq, öz yolunu davam etdirməlidir. Buna görə bu gün "Qarabağ" maraq doğurur, azarkeş diqqətini çəkir, perspektivli görünür.

Yoldan sapmamaq üçün də hər şey var. Komandaya, Avropa Liqasının qrup mərhələsinə düşən kimi, "Neftçi"nin qədəm qoyduğu yolu xatırlayıb, o addımları təkrarlamaması yetər. Axı, həmin uğurların təməl dövründə "Neftçi" daha münbit və əsaslı inkişaf şərtinə və şəraitinə malik idi. Lakin elə həmin dövrdə bu gün "Qəbələ"yə təsir etməyən psixoloji amillər "Neftçi"ni sonrakı və nəhayət, bugünkü enişlərə yuvarladı.

Bu məqamda belə mövzulara toxunmağımın əsas səbəbi, hər iki Avroliqa təmsilçimizin yolayırıcında olmasıdır. "Qəbələ" də həm heyətinin potensialına, həm də oyunu formalaşdıran digər komponentlərə görə qrupdan çıxmağa qadirdir. "Qarabağ" isə artıq bunu bacaracağını təsdiq edib və ona görə, daha çətin qrupda yer alsa belə, ondan bu yüksəliş gözlənilir. Komanda, imkanlarına görə, ötənilki "Dnipro"nun uğurlarına da çata bilər. Bunun üçün, məncə, fikirdə olanları əməldə tətbiq etməkdən çəkinməyib, qətiyyəti bir az da artırmaq gərəkdir. Belə olanda, bəxt də lazım olan məqamda yar olur - an özünü yetişdirib köməyə çatır.

Əlbəttə, fikirləşmək olar ki, iki komandamızın tarixdə heç vaxt bu qədər yüksəyə sıçramadığı bir məqamda daha yüksək tələb qoymaq doğru deyil. Lakin bu tələbləri daha yuxarı mərtəbəyə qaldırmağımızın əsl səbəbi elə komandaların özündə - onların potensialında gizlənir. Onların imkanları azarkeşdən, futbol bilicisindən daha yüksəyə qalxmaq istəyi yaradır. Digər yandan, bu tələb olmayacaqsa, həmin andan durğunluq, ardınca eniş, daha sonra iflas başlanacaq - "Neftçi"də olduğu kimi.

BATI YAR



Xəbər 1513 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru