Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Mahir Məmmədov: İkinci yer “SOCAR-Azərbaycan” üçün uğurlu nəticə sayıla bilməz
Tarix: 30.10.2015 | Saat: 15:23:00 | E-mail | Çapa göndər
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, “SOCAR-Azərbaycan” şahmat klubunun rəhbəri Mahir Məmmədov müsahibə verib. Söhbətdə, o, Azərbaycan klubunun çıxışından tam razı qalmayıb.

– “SOCAR-Azərbaycan” şahmat klubu qitənin ən nüfuzlu klub turniri Avropa Kubokunda ikinci yeri tutdu. Ümumiyyətlə, komandanın mötəbər yarışda çıxışını necə qiymətləndirirsiniz?
– Komandanın çıxışını qiymətləndirmək üçün “SOCAR-Azərbaycan”ın tarixini, yaranma məqsədlərini bir daha xatırlamaq lazımdır. “SOCAR-Azərbaycan” fəaliyyət göstərdiyi 6 il müddətində super klubu kimi tanınıb. Biz istəyirdik ki, şahmatçılarımız Avropa klub çempionatlarında Azərbaycan klubunun heyətində çıxış etsin. Məqsəd şahmatçılarımızın əcnəbi klublarda deyil, bizim komandada iştirak etməsi idi. Bildiyiniz kimi, əvvəllər Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və digər şahmatçılarımız başqa ölkələrin klublarında mübarizə aparıb. Bütün layihələrdə ambisiyalı olduğumuza görə qarşıya ən yüksək hədəflər qoyuldu. Azərbaycanın və SOCAR-ın adını daşıyan klub ən güclü şahmatçılardan formalaşdırılmaqla yanaşı ancaq yüksək yerlər uğrunda mübarizə aparmalıydı. Bu mənada ikinci yer SOCAR-Azərbaycan üçün uğurlu nəticə sayıla bilməz. İştirak etdiyimiz altı çempionatda iki dəfə Avropa Çempionlar Kubokuna sahib olmuşuq. İki dəfə gümüş medal, bir dəfə bürünc medala layiq görülmüşük. Bir dəfə isə 2-4-cü yerləri bölüşdürsəkdə əlavə əmsallara görə mükafatçılar sırasından kənarda qalmışıq. Biz Azərbaycanda keçiriləcək Şahmat Olimpiadası ərəfəsində çempion olacağımıza ümid edirdik. “SOCAR-Azərbaycan” reytinqə görə turnirin birinci komandası idi. Əfsuslar olsun, reytinqə görə ikinci olan “Sibir” komandası 5-ci turda prinsipial matçda 1 xal üstünlüklə bizə qalib gəldi. Bu yarışda bəxt tərəfimizdə olmadı. Son turda lider olan “Sibir” 2:4 hesabıyla uduza bilərdi, SOCAR-Azərbaycan isə eyni hesabla qələbə qazanmağa yaxın idi. Bu halda Azərbaycan təmsilçisi çempion olacaqdı. Son turda hər iki komanda heç-heçə oynadı və təmsilçimiz gümüş medalla kifayətləndi. “SOCAR-Azərbaycan” tarixində iki dəfə çempion olub. Ona görə də gümüş medal bizim üçün uğurlu nəticə sayıla bilməz.

– Gəlin bir qədər heyət barədə danışaq. “SOCAR-Azərbaycan”da çıxış edən şahmatçıların oyunundan razı qaldınız?
– Əfsuslar olsun ki, Aniş Giri və Fabiano Karuanadan onların səviyyələrinə uyğun parlaq oyun görmədik. Yəqin, buna səbəb onların yorğunluğudur. Bəlkə də Avropa Kuboku şahmatçıların təqvimində onlar üçün o qədər vacib yer tutmur. Veselin Topalov bir partiyanı çıxmaq şərtiylə bütün oyunlarda yüksək səviyyəsinə uyğun çıxış etdi. Məncə kapitan 5-ci turdakı prinsipial görüşü nəzərə almalıydı. Veselin Topalovla Vladimir Kramnikin görüşlərinin prinsipial olması hamıya məlumdur. Bu görüşdə ağ fiqurların üstünlüyü çox yüksək olur. Topalov özü kapitandan xahiş etməliydi ki, həmin görüşdə iştirak etməsin. Teymur Rəcəbov yaxşı mübarizə nümayiş etdirdi. Maykl Adams uduşa yaxın olan və ya uduş görsənməyən partiyalarda gözəl qələbələr qazandı. Turnir zamanı komandaya çox kömək etdi. Ona böyük minnətdarlığımızı bildiririk. Adamsın oyununa heyran oldum. Şəhriyar Məmmədyarov öz səviyyəsindən bir qədər aşağı çıxış etdi. Rauf Məmmədovla Eltac Səfərlinin oyununda qeyri-adi parıltı görmədim.

– “SOCAR-Azərbaycan” 6 ildir Avropa Kuboklarında superklub kimi rəqib tanımır. Bu il güclü şahmatçılardan formalaşan güclü “Sibir” klubu yarandı. Demək olar ki, məhz bizim komandamızın hegemonluğuna son qoymaq üçün yaradıldı?

– “Sibir”in çox güclü sponsoru var – “Sibirbank”. Rusiya Federasiyasında Sibirbank ən böyük bankdır. Rusiya böyük şahmat potensialı, tarixi və güclü klub ənənəsiylə hər zaman fərqlənib. Belə böyük şahmat ənənəsi olan Rusiya “SOCAR-Azərbaycan” klubunun qələbələrinə biganə qala bilməzdi. Onlar cavab verdilər, bu layiq cavablı oldu.

– Avropa Kubokunda Azərbaycanı təmsil edən digər komandamız “Odlar Yurdu”nun çıxışı haqda nə düşünürsünüz?
– Avropa Kubokunda üçüncü dəfə çıxış edən “Odlar Yurdu”nun çıxışını uğurlu saymaq olar. Bu klubun yaranması haqda qərarı Emil Sutovskiylə müzakirələrdən sonra qəbul etdik. Məqsəd gənc və milli komandaya namizəd şahmatçılarımızı bir klubda cəmləşdirərək onların təcrübə qazanmasına yardımçı olmaq idi. Oynadığı bütün illərdə böyük əzmkarlıq göstərdilər. Ötən il hətta 5-ci olmuşdular. Bu klubla bağlı məqsədimizə çatdıq. Hər hansı bir şahmatçı tərəfindən tamamilə uğursuzluq olmadı. “Odlar Yurdu” hər zaman mübarizə əzmiylə seçilib, bir ailə kimi çıxış edib. Lazım olanda “SOCAR-Azərbaycan”ın rəqiblərinə problem yaradıblar. İstənilən rəqiblə sona qədər mübarizə aparıblar. Bu çempionat onlar üçün bəxtsiz oldu. Yarış zamanı bildiyiniz kimi püşkatmayla bağlı problem yaşandı və bu “Odlar Yurdu”nun əleyhinə işlədi.

– Uzun müddətdir mötəbər şahmat yarışlarının təşkilatçılığına rəhbərlik edirsiniz. Müasir dövrdə Avropa Kuboku kimi səviyyəli yarışda püşkün əl ilə keçirilməsi nə dərəcədə düzgündür?
– Mənim üçün bu tamamilə gözlənilməz və təəccüblüdür. Bu barədə Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşviliylə mövqeyimizi bildirəcəyik. Məsələyə aydınlıq gətirmək lazımdır. Əgər gələcəkdə milliyyətindən asılı olmayaraq hər hansı bir hakim əl ilə püşkü normal qəbul edəcəksə biz həmin yarışda iştirak etməyəcəyik. Ümumiyyətlə Avropa Şahmat İttifaqı əl ilə püşkün keçirilməsini düzgün hesab edirsə biz buna sərt şəkildə münasibətimizi bildirəcəyik. Püşkatmadan ən böyük zərbə “Odlar Yurdu” klubuna dəydi. Nisbətən uyğun rəqib düşsəydi komandamız hətta 5-ci yerə qədər yüksələ bilərdi. Kapitan kimi Emil Sutovski bu məsələylə bağlı müraciət edəcək. Ümid edirik ki, münasibət bildiriləcək və günahkar varsa cəzalandırılacaq.

– Noyabrın 12-də İslandiyanın paytaxtı Reykyavikdə milli komandalar arasında Avropa çempionatına start veriləcək. Azərbaycan millisinin qarşısına hansı məqsəd qoyulub?
– Qitə birinciliyi ərəfəsində şahmatçılarımız təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq yaxın günlərdə başlayacaq və Avropa çempionatının startına qədər davam edəcək. Kişi şahmatçılarımızdan ibarət Azərbaycan yığması psixoloji yükü hiss edir. Millimiz son Avropa çempionatının qalibidir. Sözsüz ki, komandamız yarışda titulunu qorumaq uğrunda mübarizə aparacaq. Ümid edirəm millimiz məqsədinə nail olacaq. Yığmanın yeni üzvü Arkadi Naydiç bu işdə şahmatçılarımıza kömək edəcək. Qadın şahmatçılardan isə biz əzmkar mübarizə gözləyirik.

– Siz eyni zamanda Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru kimi mötəbər yarışın keçirilməsinə rəhbərlik edirsiniz. Şahmat Olimpiadasıyla bağlı hansı yeniliklər var?
– Bakıda keçirilən Dünya Kuboku başa çatandan bir gün sonra artıq Şahmat Olimpiadası haqda düşünməyə başladıq. Hətta Dünya Kuboku günlərində olimpiadayla əlaqədar FİDE rəsmiləriyə vacib görüşlərimiz oldu. Bu dəqiqə iş sürətlə davam edir. Olimpiadanın miqyası, iştirakçıların sayı, məsuliyyəti qarşıdan gələn 9-10 ayın o qədər çox müddət olmadığını göstərir. Biz çalışacayıq ki, Bakıdakı yarış tarixdə ən yaxşı Şahmat Olimpiadası kimi qalsın.
Xəbər 653 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
30.04.2024 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29.04.2024 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29.04.2024 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
25.04.2024 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
15.02.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə 2-ci yeri tutub
27.01.2024 Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat alıb
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
14.12.2023 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir
14.12.2023 Bakıda Qənirə Paşayevanın xatirəsinə həsr olunan şahmat turniri keçiriləcək


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru