Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
07/05 | 13:36 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07/05 | 09:34 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06/05 | 20:29 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06/05 | 17:46 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06/05 | 17:24 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06/05 | 14:57 Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
06/05 | 14:17 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
06/05 | 13:19 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
06/05 | 13:14 Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı bəlli olub
06/05 | 09:46 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
05/05 | 18:23 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05/05 | 18:22 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05/05 | 16:17 "Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb
05/05 | 15:51 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
05/05 | 09:15 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
04/05 | 17:13 Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
04/05 | 16:41 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
04/05 | 16:21 Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
04/05 | 16:09 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
04/05 | 14:47 Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib
04/05 | 12:35 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
04/05 | 10:34 Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub
04/05 | 09:20 Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03/05 | 21:58 Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
03/05 | 21:27 "Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03/05 | 21:10 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03/05 | 19:24 Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib
03/05 | 17:29 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
03/05 | 16:57 Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03/05 | 16:46 Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli olub
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Şahin Diniyev: "Kəpəz"dən ayrılmağım, getməyim şayiədir"
Tarix: 26.10.2015 | Saat: 13:32:00 | E-mail | Çapa göndər
Gəncənin "Kəpəz" futbol klubunun baş məşqçisi Şahin Diniyevin müsahibəsi:

- Baş məşqçisi olduğunuz komanda Premyer Liqanın son 3 turunda qələbə qazanıb. Qarşıda isə "Zirə" ilə çətin görüş var...

- Biz olduğumuz yeri yaxşı dərk edirik. Lakin bu, o demək deyil ki, hansısa yerlərə iddia edirik. Hər oyuna maksimum nəticə üçün çıxırıq. Bizi narahat edən ən başlıca məsələ öz oyunumuzdur. Oyun istədiyimiz kimi alındıqdan sonra yaxşı yerlər də olacaq. Bu turda bizi çətin oyun gözləyir. Premyer Liqada asan, elə-belə oyun yoxdur. Bu qarşılaşmaya da maksimum ciddi yanaşırıq və çalışacağıq ki, uğurlu nəticə əldə edək.

- Sizcə, belə davam etsə, "Kəpəz" qış fasiləsinə hansı nəticə ilə yollanar?

- Mən heç vaxt proqnoz verə bilmirəm. Futbol yeganə idman növüdür ki, orada proqnoz vermək axmaqlıqdır. Burada istək və reallıq var. Təbii ki, istəyimiz ilk "6-lıq"dır. Ancaq reallığı görəcəyik. Hələlik 5-ci pillədəyik. Nəzərə almalıyıq ki, hər oyun 3 xallıqdır. Bir neçə oyunun nəticəsi hər şeyi dəyişə bilər. Bu səbəbdən, indidən nəsə demək çətindir.

- "Xəzər Lənkəran"la ev oyunundan sonra (1:0) keçirilmiş mətbuat konfransında Gəncə, Yevlax və Bakı arasında qaldığınızı, komandanın yorğun olduğunu bildirmişdiniz...

- Bəli, komandanın yolda qalması, bazanın olmaması həddən artıq çətindir və buna xeyli güc sərf olunur. Komandanın yaxşı formalaşması uğurlu nəticə qazanmaq üçün böyük amildir. Baza olsa, məşqlərin sayını artırmaq da olar. Əfsuslar olsun ki, bizdə bu şərait yoxdur. Kənarda olan çox insan bilmir ki, nələr olur. Bu işdə küsmək, incimək, geri addım atmaq olmayacaq. Məhz bu səbəblərdən futbolçulardan çox şey tələb etmək olmur. Bu tur "Zirə" ilə səfərdə oynadıqdan sonra yenidən Yevlaxa, Gəncəyə yola düşəcəyik və bu amillər məni baş məşqçi kimi narahat edir. Demişəm ki, belə problemlər var. Mən reallığı çatdırmaq istədim. Bununla bütün ictimaiyyətə mesaj çatdırmaq istədim. Ancaq onu da deməliyəm ki, 4 ay ərzində heç bir futbolçu nədənsə gileylənməyib.

- Gəncədə məşq etmək olmaz?

- Orada məşq etmək üçün şərait yoxdur. Çünki əsas meydança yalnız oyun üçün hazırlanır. Gəncədə bu gün nə əvəzedici, nə də əsas komandanın məşq meydançası var. Əsas meydançada yalnız oyunlar keçirilir. Ancaq Yevlaxda şərait var. Orada bizim ideal vəziyyətdə olan 4 meydançamız var ki, bunlardan biri oyun, üçü isə məşq üçündür. Bunu ən aşağı əziyyətlə, maliyyə xərcləri ilə ərsə gətirmişik. Bizim dərdimiz odur ki, Gəncədə məşq üçün şərait yoxdur.

- Bildirmisiniz ki, qələbəyə görə verilən 10 min manat mükafat 53 nəfər arasında bölünür. Belə olan halda futbolçular mükafat məbləğinin azlığından gileylənmir?

- İlk gündən müzakirələr olub. Bizim büdcəmiz o qədər də böyük deyil. Mükafata gəlincə, ilk "11-lik" 400 manat alır. Biz bir ailəyik. Komandanın uğurunda hamının əməyi var. Mən səmimi danışıram. Bu komandaya elə uşaqlar yığışıb ki, heç kim pula görə futbol oynamır. Pulun az-çoxluğu oyuna təsir etmir. Əgər xadimə, otbiçən, mühafizəçi pul alırsa, bu da bizim üçün dəstəkdir. Çünki komandanın uğuru hamıdan asılıdır. Bilirsiniz ki, mən səmimi insanam. Heç vaxt nəyəsə görə heç nə deməmişəm. Düzdür, əziyyət çəkirik. Ancaq dəstəyə görə, klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevə təşəkkür edirəm. Mən düzü-düz, əyrini-əyri deyirəm. Bizə çox diqqət göstərirlər və əsas olan da budur.

- "Xəzər Lənkəran"la oyundan sonra Gəncənin icra başçısı Elmar Vəliyevlə görüşmüsünüz. Problemlər haqda onunla danışdınız?

- Sizə dediklərimi söhbətimiz zamanı da dedim, problemləri danışdım. Mənə elə gəlir ki, problemlər Şura sədrinin nəzərinə çatdırılıb. Elə şeylər var ki, onlara aidiyyatı olmayan məsələlərdir. Sadəcə, bir insan kimi güvəndiyim yerə öz problemlərimi danışdım.
- Sizin bu fikirləriniz ictimaiyyətdə "Kəpəz"dən getmək və ya göndərilməyinizə işarə kimi də qəbul olunur...

- Yox, Şahin Diniyevin "Kəpəz"dən getməsi, ayrılması söhbəti yoxdur. Olan problemləri vaxtında deməsəm, düz olmaz. Belə məsələləri gedəndə demək doğru çıxmaz. Bundan söz çıxarmaq lazım deyil. Burda olduğum üçün gördüklərimi deyirəm. "Kəpəz"dən getmək istəyim haqda deyilənlər isə şaiədir.

- Ümumiyyətlə, büdcənin artırılma məsələsi müzakirə olunub? Çünki heyətin gücləndirilməsi üçün bu məsələ sizi də maraqlandırmalıdır...

- Bunun mənə aidiyyatı yoxdur. Düzdür, oyunçu alınması, baxışdan keçirilməsi, heyətin gücləndirilməsi mənim işimdir. Amma ümumi büdcə artırılsa, pis olmaz. Nəzərə almalıyıq ki, komandanın yol və otel xərcləri də var. Heç olmasa, baza təmir olunmalıdır. Belə problemlər var.

- "Kəpəz" ilk dövrədə azarkeş sayında lider oldu. Bəs gəncəli fanatların diqqətindən razısınız?

- Onlara təşəkkür edirəm. Doğrudan da fəxr ediləsi azarkeşlərdir. Mən ötən oyunda tribunada olan insanlara baxdım. Hamısı anlayışlı, orta və yuxarı nəslin nümayəndələridir. Sevindirici haldır ki, artıq stadiona qadınlar da gəlir. Burada heç bir məcburiyyətdən söhbət gedə bilməz. Sadəcə, öz istəyi ilə stadiona gəlib dəstək olanlara təşəkkür edirəm. 90+5-ci dəqiqədə azarkeşin komandanı alqışlaması ən böyük sevindirici amillərdəndir. Onları tribunada görəndə düşünürəm ki, nahaq yerə əziyyət çəkmirik.

REPORT
Xəbər 683 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru