Bu gecə Avropa Liqasında qrup mərhələsinin ilk oyunları keçirilib.
Ölkəmizi turnirdə təmsil edən “Qarabağ” və “Qəbələ”nin rəqibləri də qrupda ilk oyununa çıxıb.
“Qarabağ”la birgə J qrupunda mübarizə aparan “Anderlext” və “Monako” Belçikada üz-üzə gəlib. Belçikada keçirilən görüşdə qalib müəyyənləşməyib. "Anderlext" hesabda öncə olsa da, matçın sonlarına yaxın üstünlüyünü əldən verib - 1:1.
“Qəbələ”nin rəqibləri də bu gün mübarizəyə qoşulub. Dortmund “Borussiya”sı öz meydanında Rusiyanın “Krasnodar” klubunu qəbul edib. Görüşün 12-ci dəqiqəsində hesabda geri düşən Almaniya təmsilçisi iki qol vuraraq oyundan qalib ayrılıb - 2:1.
17 sentyabr
C qrupu
22:00."Borussiya" (Dortmund, Almaniya) - "Krasnodar" (Rusiya) - 2:1
Qollar: Mamaev, 12 (0:1), Ginter, 45+1 (1:1), Park, 90+3 (2:1)
J qrupu
00:05."Anderlext" (Belçika) - "Monako" (Fransa) - 1:1
Qollar: Jillet, 11 (1:0), Traore, 85 (1:1)
|