Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku davam edir. Yarışda bu gün 1/32 final mərhələsinin ikinci görüşləri keçiriləcək.
Bu qarşılaşmalar Azərbaycan millisi üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki “qaralar”la heç-heçə edən Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov qələbə qazanacağı halda tay-brekə ehtiyac olmayacaq. Həmyerlilərimizdən Qədir Hüseynovu “heç-heçə” qane etsə də, Rauf Məmmədov mübarizəni dayandırmamaq üçün rəqibini məğlub etməlidi.
Dünya Kuboku
1/32 final, ikinci oyunlar
Teymur Rəcəbov (Azərbaycan) – İlya Smirin (İsrail)
İlk oyun: 0,5:0,5
David Navara (Çexiya) – Qədir Hüseynov (Azərbaycan)
İlk oyun: 0:1
Fabiano Karuana (ABŞ) – Rauf Məmmədov (Azərbaycan)
İlk oyun: 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Yifan Hou (Çin)
İlk oyun: 0,5:0,5
Qeyd edək ki, Eltac Səfərli və Vasif Durarbəyli ilk mərhələdə mübarizəni dayandırıb.
|