Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda polo üzrə Avropa çempionatının rəsmi açılış mərasimi olub
Tarix: 04.09.2015 | Saat: 22:58:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF), “Elite Horse and Polo Club” və “World Polo”nun birgə təşkilatçılığı ilə Beynəlxalq Polo Federasiyası (BPF) tərəfindən ölkəmizdə keçirilən arena polo üzrə Avropa çempionatının sentyabrın 4-də rəsmi açılışı olub.

Əvvəlcə milli geyimli çaparlar Azərbaycan Respublikasının, ARAF-ın və Azərbaycan Milli Olimpiya Komitəsinin bayraqlarını meydana gətiriblər. Milli geyimli qızlar və oğlanlar at belində meydana daxil olub, nümunəvi çıxışlar ediblər.

Mərasimdə fəxri qonaq qismində çıxış edən BPF-nin nümayəndəsi arena polo üzrə birinci Avropa çempionatının Bakıda keçirilməsindən məmnunluğunu bildirib. O diqqətə çatdırıb ki, BPF-nin gənc üzvü olan ARAF artıq polo üzrə iki dünya kuboku yarışlarına ev sahibliyi edib. İndi isə daha böyük tədbir keçirilir. Bütün bunlar Azərbaycanda idmanın, o cümlədən polonun sürətli inkişafından xəbər verir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev ölkəmizdə ilk dəfə keçirilən arena polo üzrə Avropa çempionatının iştirakçılarına uğurlar arzulayıb. Federasiya prezidenti bildirib ki, cari ilin iyununda ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edən Azərbaycan yarışların keçirildiyi mükəmməl idman infrastrukturunu, eləcə də xalqımızın qonaqpərvərliyini, tolerantlığını, qədim və zəngin mədəniyyətimizi, Azərbaycan təbiətinin füsunkarlığını bütün dünyaya nümayiş etdirərək bu mötəbər idman turniri üçün yüksək təşkilatçılıq standartlarını müəyyənləşdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə təşkil olunmuş birinci Avropa Oyunları Azərbaycan dövlətinin iqtisadi qüdrətinin nümayişi olmaqla yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm təsir göstərib. Bu baxımdan arena polo üzrə ilk Avropa çempionatı Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların növbəti ifadəsidir. Çünki ötən iki il ərzində ARAF tərəfindən Bakıda təşkil edilən arena polo üzrə dünya kuboku yarışlarından sonra ilk Avropa çempionatına ev sahibliyinin ARAF-a həvalə edilməsi ölkəmizdə idmanın inkişafına göstərilən ali diqqətin, beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətin daha bir təzahürüdür.

Federasiya prezidenti Elçin Quliyev ARAF-a göstərilən bu yüksək etimada görə Beynəlxalq Polo Federasiyasının ötən ilin dekabrında Argentinada keçirilən Baş Assambleyasının iştirakçılarına minnətdarlığını bildirib.

Bu turnirdə ilk dəfə olaraq Azərbaycan milli komandasının rəsmi iştirakını xüsusi vurğulayan Elçin Quliyev çaparlarımızın qələbə əzminin yüksək olduğunu qeyd edərək idmançılarımızın onlara bəslənilən ümidləri doğruldacaqlarına əminliyini bildirib. ARAF prezidenti turnirin təşkilində əməyi olan heyətə dərin minnətdarlığını çatdırıb. Qeyd edilib ki, yeni inşa olunan və atçılıq idmanının müxtəlif növləri üzrə bütün yarışlara ev sahibliyi edə biləcək qapalı idman manejində ilk dəfə olaraq arena polo üzrə Avropa çempionatı kimi mötəbər turnir keçiriləcək.

Bütün komandalara uğurlar arzulayan Elçin Quliyev turniri açıq elan edib.

Mərasimdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çövkən oyununun tarixi barədə məlumat verilib.

Sonra yarış iştirakçıları meydana dəvət edilib və komandaların təqdimatı olub.

Daha sonra oyunlara start verilib.

Yarışın birinci turunda Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən ilk görüşdə Azərbaycan komandası Almaniya yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Azərbaycan komandası 9:7 hesabı ilə qalib gələrək Avropa çempionatına qələbə ilə başlayıb. Seçmə komandamızın heyətində Elçin Camallı, Tərlan Qurbanəliyev və Silvester Qarros yer alıblar.

Digər oyunda İspaniya kollektivi İtaliya komandasını 10:4 hesabı ilə məğlub edib. İsveçrə seçməsi isə İrlandiya millisini 9:6 hesabı ilə məğlubiyyətə uğradıb.

Sentyabrın 5-də - Avropa çempionatının ikinci günündə ilk oyunda Azərbaycan və İtaliya komandaları yarışacaqlar. Sonra İsveçrə-İspaniya, İrlandiya-Almaniya qarşılaşmaları keçiriləcək.

Turnir altı turdan ibarət olaraq keçirilir. Yarışda beşinci və üçüncü yer uğrunda oyun, Avropa çempionatının finalı və yarışların qaliblərinin mükafatlandırılması mərasimi sentyabrın 12-də olacaq.

Keçən il keçirilmiş polo üzrə ikinci dünya kuboku yarışlarında uğurlu çıxışı ilə yadda qalan Azərbaycan komandası bu il də azarkeşlərini sevindirməyə davam edir.

Azərbaycan Respublikası Atçılıq Federasiyası 2013-cü ildən Beynəlxalq Polo Federasiyasının üzvüdür. Bu beynəlxalq turnirin Azərbaycanda keçirilməsi barədə qərar 2014-cü ilin dekabrında Beynəlxalq Polo Federasiyasının Baş Assambleyasında qəbul edilib.
Xəbər 877 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.04.2024 Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışın qalibi olub
06.04.2024 Azərbaycan idmançısı Moskvada üç qızıl medal qazanıb
24.12.2023 Çövkən üzrə Prezident Kubokunun qalibi müəyyənləşib
22.12.2023 Çövkən üzrə Prezident Kubokunda finalçılar müəyyənləşib
19.12.2023 Çövkən üzrə Prezident Kubokunda növbəti oyunlar keçirilib
17.12.2023 Çövkən üzrə Prezident Kubokunda ikinci günün qalibləri müəyyənləşib
15.12.2023 Çövkən üzrə Prezident Kubokunda ilk günün qalibləri müəyyənləşib
15.12.2023 Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi olub
09.12.2023 Azərbaycan idmançısı Rusiyada keçirilən atçılıq yarışlarında 2 medal qazanıb
09.11.2023 Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru