Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
07/05 | 16:27 "Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub
07/05 | 15:27 Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
07/05 | 13:36 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07/05 | 09:34 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06/05 | 20:29 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06/05 | 17:46 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06/05 | 17:24 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06/05 | 14:57 Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
06/05 | 14:17 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
06/05 | 13:19 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
06/05 | 13:14 Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı bəlli olub
06/05 | 09:46 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
05/05 | 18:23 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05/05 | 18:22 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05/05 | 16:17 "Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb
05/05 | 15:51 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
05/05 | 09:15 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
04/05 | 17:13 Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
04/05 | 16:41 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
04/05 | 16:21 Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
04/05 | 16:09 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
04/05 | 14:47 Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib
04/05 | 12:35 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
04/05 | 10:34 Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub
04/05 | 09:20 Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03/05 | 21:58 Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
03/05 | 21:27 "Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03/05 | 21:10 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03/05 | 19:24 Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib
03/05 | 17:29 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
03/05 | 16:57 Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03/05 | 16:46 Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
AFFA rəhbəri Rövnəq Abdullayev FİFA prezidenti ilə görüşüb
Tarix: 23.01.2012 | Saat: 07:32:00 | E-mail | Çapa göndər
AFFA prezidenti Rövnəq Abdullayev ilə FİFA prezidenti Yozef Blatter arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş keçirilib. İdman.com.az futbol federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, son illər ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər barədə dünya futbol qurumunun rəhbərinə məlumat verən Abdullayev bu sahədə dövlət başçısının qayğısını xüsusilə qeyd edib.

AFFA prezidenti bildirib ki, ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına daim diqqət yetirən və köməklik göstərən Respublika Prezidenti cənab İlham Əliyevin göstərişi ilə son illər infrastrukturun genişləndirilməsi istiqamətində xeyli işlər görülüb: “Ölkəmizin müxtəlif ərazilərində stadionlar inşa olunur. Dövlət başçımızın və sizin iştirakınızla ötən il Olimpiya stadionunun təməl qoyma mərasimi keçirildi, AFFA-nın Futbol Mərkəzindəki “Dalğa Arena”nın açılışında isə siz də iştirak etdiniz. İlk dəfə olaraq bu il ölkəmizdə keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatı 2012-nin yüksək səviyyədə təşkili üçün mütəmadi işlər görüldü.

Respublika Prezidenti bu mötəbər çempionatın da lazımi səviyyədə keçirilməsini daim nəzarətdə saxlayır, müvafiq tapşırıqlarını verir və həyata keçirilən tədbirlərlə mütəmadi qaydada tanış olur. Ölkə rəhbərinin sərəncamı ilə Azərbaycanda 2012-ci ilin idman ili elan olunması dövlətin idmana son dərəcə böyük qayğısının məntiqi nəticəsidir. Bu çempionatın başlanma vaxtını göstərən sayğacın isə Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən işə salınması ölkə ictimaiyyəti arasında böyük rezonansa səbəb oldu. Bir sözlə, biz FİFA ilə əməkdaşlığımızı daim genişləndirməyə, verilən tövsiyələrə layiqincə əməl etməyə və birgə layihələri yüksək səviyyədə həyata keçirməyə çalışırıq”.
Dünya çempionatı ilə bağlı görülən işləri əks etdirən videoçarxlar monitor vasitəsilə beynəlxalq futbol qurumu rəhbərliyinin diqqətinə çatdırılıb. Bununla bağlı çap olunan kitablar qonaqlara təqdim olunub.

Blatter Azərbaycanda keçiriləcək 17 yaşadək qadınlar arasında dünya çempionatı ilə bağlı hazırlıq işlərindən razı qalıb: “Mən buna əvvəlcədən də əmin idim. Çünki dövlətinizin başçısı İlham Əliyevin idmana, xüsusilə də futbola olan sevgisini və bunun inkişafına necə böyük həvəslə çalışdığını yaxşı bilirəm. Bundan əlavə, çempionatla bağlı təqdim etdiyiniz sosial və mədəni proqramlar da bizi sevindirir. Buna görə də tam əminliklə deyə bilərəm ki, bu cür layihələr çempionata xüsusi töhfə verəcəkdir. Dünya çempionatı ilə bağlı mütəmadi olaraq Azərbaycana səfər edən FİFA nümayəndələrinin hesabatları bu işə necə böyük məsuliyyətlə yanaşdığınızı bir daha təsdiqləyir”.

FİFA-nın prezidentinin ölkəmizə bütün səfərlərinin futbolun inkişafı və əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyən Abdullayev onu dünya çempionatının açılış mərasiminə dəvət etdi. AFFA-nın prezidentinin bu dəvətini məmnuniyyətlə qəbul edən beynəlxalq futbol qurumunun rəhbəri bu il sentyabrın 22-də Azərbaycana səfər etməyi nəzərdə tutduğunu bildirdi.
Qeyd edək ki, görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla baş katib Elxan Məmmədov iştirak edib və sonda xatirə şəkli çəkdirilib.

Xəbər 1097 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru