İyunun 24-də “Baku Crystal Hall”da keçirilən boks yarışlarının doqquzuncu günü Azərbaycan idmançılarının qələbəsi ilə başlayıb.
Günün ilk qarşılaşmasında 57-60 kiloqram çəki dərəcəsi üzrə dörddəbir finalda boksçumuz Yana Alekseyevna Rusiya təmsilçisi Zinaida Dobrininanı 3:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, qızıl medal uğrunda döyüşdə Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor ilə qarşılaşacaq.
Bu gün 48-51, 57-60, 69-75 kiloqram çəki dərəcələrində qadın, 46-49, 56, 75, 81 və 91 çəki dərəcələrində isə kişi boksçular rinqə çıxacaqlar.
Kişi boksçularımızdan Tayfur Əliyev (56 kq), Xaybulla Musalov (75 kq) və Teymur Əliyev rinqə çıxacaqlar.
Gün ərzində ümumilikdə 18 görüş keçiriləcək.
AZƏRTAC
|