Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Sahib Ələkbərov: "Velosipedçilərimiz ölkəmizi Avropa Oyunlarında layiqincə təmsil edəcəklər"
Tarix: 17.04.2015 | Saat: 16:47:00 | E-mail | Çapa göndər
Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərovun "Bakı 2015" I Avropa Oyunları ilə əlaqədar "Report"a müsahibəsi

- Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqlar necə gedir?
- Avropa Oyunlarında velosiped idmanının 3 növü - şosse, dağ velosipedi və BMX üzrə yarışlar keçiriləcək. Şosse yarışının özü də iki yerə bölünür - qrup və fərdi ötüşmə. Hazırlıq prosesini 2 yerə bölərdim. Biri lazımi infrastrukturun yaradılması, idman obyektlərinin tikintisi, digəri isə idmançıların hazırlığı və onlar üçün şəraitin yaradılmasıdır. İnfrastruktura gəlincə, şosse yarışlarının keçirilməsi üçün Bakıda çox gözəl imkanlar var. Burada 2013 və 2014-cü illərdə "Tour d‘Azerbaidjan" beynəlxalq veloyürüşü keçirilib. Yəni həmin marşrut sınaqdan çıxarılıb, öyrənilib və bəyənilib. Mayda keçiriləcək "Tour d‘Azerbaidjan" yarışının sonuncu, 5-ci mərhələsi tamamilə Avropa Oyunlarının marşrutu ilə üst-üstə düşür və Avropa Oyunları üçün bir növ sınaq xarakteri daşıyacaq. Start və finiş xətti "Azadlıq" meydanında olacaq. Velosipedçilər paytaxtımızın mərkəzi küçələri ilə dövrə vuracaq, İçəri Şəhərdən keçəcəklər. Çox maraqlı marşrutdur. Düşünürəm ki, həm idmançıların, həm də tamaşaçıların xoşuna gələcək. Fərdi ötüşmə üzrə yarışlar isə Bilgəhdə keçiriləcək. Ora da Avropa Oyunlarının keçirilməsi üçün tam hazır vəziyyətdədir.

- Dağ velosipedi və BMX yarışları üçün hazırlıq nə yerdədir?
- Dağ velosipedi üzrə yarışlar Xocahəsən gölünün yaxınlığındakı ərazidə, Stend Atıcılığı İdman Mərkəzinin yaxınlığında salınmış Dağ velosipedi parkında təşkil ediləcək. 2014-cü il oktyabrın 18-də həmin yerdə Avropa Oyunlarına sınaq xarakterli beynəlxalq yarış keçirildi. Həm idmançıların, həm də beynəlxalq qurumların nümayəndələrinin ümumi rəyi belə oldu ki, park Oyunlara hazırdır. Olimpiya standartlarına uyğun olan BMX stadionunun da tikintisi başa çatmaq üzrədir. Bu, Şıx çimərliyi ilə üzbəüz ərazidə salınmış çox unikal bir idman qurğusudur və yaxın qonşu ölkələrin heç birində bu cür stadion yoxdur. Bu günlərdə ABŞ-dan gəlmiş BMX üzrə mütəxəssislər stadionu sınaqdan keçirdilər və onların da verdikləri qiymət çox yüksəkdir.

- Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək velosipedçilər müəyyənləşibmi?
- Hər 3 yarış üçün iştirakçılarımızın say tərkibi müəyyənləşib. Azərbaycanı Avropa Oyunlarında ümumilikdə 9 velosipedçi təmsil edəcək. Təəssüflər olsun ki, BMX növündə idmançımız yoxdur. Çünki bu, hələ Azərbaycanda olmayan yeni idman növüdür. Şosse növündəki kişi idmançılarımız "Synergy Baku"nun tərkibində yarışırlar. Onlardan hansının Avropa Oyunlarında iştirak edəcəyini indidən demək istəməzdim, çünki bu, yarış ərəfəsində müəyyənləşəcək. Ehtiyat qüvvəmiz kifayət qədərdir və onlar fevraldan başlamaqla "Synergy Baku"nun tərkibində beynəlxalq yarışlarda iştirak edərək yaxşı nəticələr göstərirlər. Qadınların yarışında iştirakı planlaşdırılan Yelena Pavluxinanın yaxşı hazırlıq keçməsi üçün Sloveniyanın "Lyublyana" komandası ilə danışıqlar apardıq və razılığa gəldik ki, bizim idmançı onların komandasının tərkibində yarışlarda iştirak etsin. Dağ velosipedi üzrə yığma komandamızın üzvləri hazırda Sloveniyada təlim-məşq toplanışındadır və Avropada keçirilən yarışlarda iştirak edirlər. Bu günlərdə Aqşin İsmayılov çox nüfuzlu bir yarışda 13-cü yeri tutdu. Dağ velosipedinin inkişafına ötən ildən başladığımızı nəzərə alsaq, bunu yaxşı nəticə kimi qəbul etmək olar. Düşünürəm ki, bizim idmançılarımız ölkəmizi Avropa Oyunlarında layiqincə təmsil edəcəklər.

- Yəqin ki, Avropa Oyunlarında idmançılarımızdan medal gözləmək hələ tez olar...
- Oyunlara qatılan hər bir idmançı medala köklənməli, özünü medala hazırlamalıdır - məqsədlərdən biri də budur. Amma bu idmandır və hər şey ola bilər. Əsas məsələ ölkəni şərəflə təmsil etməkdir. Velosiped idmanı komanda şəklində olan bir növdür. Burada ölkəni təmsil etmək, tanıtmaq, imicini qaldırmaq heç də medal almaqdan geri qalmayan bir vəzifədir. Məsələn, "Synergy Baku"nun marşrutlarına baxaq: Avropa, Avstraliya, Malayziya, Tayvan, Çin... Artıq 3 ildir ki, onlar bu marşrutlarla hərəkət edir, velosipedlə min km-lərlə məsafə qət edirlər. Köynəklərinin üzərində Bakı, Azərbaycan yazılan komanda üzvləri neçə-neçə şəhərdən, kənddən keçirlər. Bu, Azərbaycanı tanıtmaq üçün çox gözəl imkandır. Çünki milyonlarla adam bu yarışları həm televiziya vasitəsilə, həm də yol kənarlarında izləyir.

- Qrup ötüşmələrində "Synergy Baku"nun üzvləri iştirak edəcək?
- Təbii. Onlar indi Sloveniyada hazırlaşırlar və komandanın bazası orada yerləşir. 2015-ci il heyətinin təqdimat mərasimini paytaxt Lyublyanada, şəhərin simvolu sayılan Şəhər Qalasında keçirdik. Tədbirdə Sloveniya parlamentinin sədri, ölkənin Milli Olimpiya Komitəsinin və idman nazirliyinin rəhbərləri də iştirak etdi. Sloveniyanı niyə seçdik? Çünki həm çox gözəl yolları var, həm də yarışların keçirildiyi Avropa ölkələrinə yaxındır. Bunlar bizim komandamızın gələcəyi üçün çox vacib amildir.

- Velosiped idmanı həm də ekoloji sağlamlıq deməkdir. Bu baxımdan hansı işləri görürsünüz?
- Həqiqətən də velosiped yalnız idman aləti deyil, həm də ekoloji bir nəqliyyat vasitəsidir. Bu idmanla daha çox şəhər mərkəzindən kənarda, təmiz havada məşğul olurlar. Digər tərəfdən, Avropa Oyunları üçün tikilən idman obyektləri yalnız idman yarışları üçün deyil, onlar həm də Bakımızın gözəlləşməsinə xidmət edir. Ölkə başçısı cənabİlham Əliyevin göstərişləri belədir ki, Avropa Oyunları təkcə Azərbaycanın idman şöhrətini yox, həm də imicini artırmağa xidmət etməlidir. Gəlin baxaq, görək bu obyektlər harada inşa olunub? BMX üçün hazırlanan Veloparkın yerində vaxtilə daş karxanası olmuşdu. Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev bu ərazidə park salmağa qərar vermiş və özü də orada ağac əkmişdi. Bu günədək də onun əkdiyi ağaclar həmin parkda qalır. İndi həmin ərazi gözəl bir guşəni xatırladır. Yaxud 20-ci sahədə tikilən İdman Şəhərciyi. Həmin yerdəki Su İdman növləri Kompleksinin ətrafına baxın. 3-4 il əvvəl oralar hansı vəziyyətdə idi? Əvvəllər neft tullantıları çirkab suları ilə çirklənmiş bu əraziyə üfunət iyindən girmək mümkün deyildi. Bu gün isə oralar tam təmizlənib və gözəl istirahət, idman guşəsi yaradılıb. Ən böyük obyektimiz - Açılış və Bağlanış mərasiminin keçiriləcəyi Bakı Olimpiya Stadionun da tikildiyi ərazinin bir neçə il əvvəlki vəziyyətini bakılılar yaxşı xatırlayırlar. Bunlar hamısı xalqımıza, onun gələcəyinə hesablanmış, paytaxtın ekoloji durumunun yaxşılaşdırılmasına xidmət edən, Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətini sübut edən məsələlərdir.
Xəbər 832 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.09.2023 Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib
10.09.2023 Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib
09.09.2023 Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək
06.09.2023 Kriterium üzrə Azərbaycan Kubokunun II mərhələsinə start verilib
24.08.2023 Kriterium üzrə Azərbaycan Kubokunun ilk mərhələsi keçirilib
09.07.2023 Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
11.06.2023 “Əziz Şuşa” veloturunun sonuncu mərhələsinə start verilib
10.06.2023 Alessandro Monaco: Sabah keçiriləcək Şuşa mərhələsini səbirsizliklə gözləyirik
10.06.2023 “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi yekunlaşıb
10.06.2023 “Əziz Şuşa” veloturunun dördüncü mərhələsinə start verilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru