Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Futbol nə bu oyun, nə də bu yanaşma ilə inkişaf edəcək
Tarix: 17.10.2014 | Saat: 22:45:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Onu indi qovmağın mənası, nə faydası olacaq

İtaliya ilə matçdan sonra əsasən tənqidə köklənmiş fikirlərimizlə məhz minimal hesablı məğlubiyyətə görə razı olmayanlar Xorvatiyada həqiqətin nədən və ya nələrdən ibarət olduğunu açıq gördülər. Qısa desək, Azərbaycan futbolunun yeniləşməyə, konkret qərarlara böyük ehtiyacı var. Milli komandaının Avro-2016-nın seçmə mərhələ çərçivəsində əvvəlcə İtaliya, sonra Xorvatiya ilə matçları bunu bir daha əyani nümayiş etdirdi. Əlbəttə, qrup favoritləri ilə görüşlərdə, özü də səfərdə qeydə alınmış nəticələr əsasında fərqli düşünənlər də ola bilər. Elə baş məşqçi Foqts kimi. Komandanın 3 gün ərzində, liderlərlə ardıcıl iki ağır səfər matçına hazır olmaması həqiqətdir. Lakin illərdir millinin sükanı arxasında olan, üstəlik, 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxmağa qadir komanda yaratmaq öhdəliyini götürmüş mütəxəssisin artıq hesabat vermək zamanı idi. Təəssüf ki, nəinki inkişafın, ötən dövr ərzində komandanın elə hey geriləməsindən başqa bir şeyin şahidi olmadıq.

İtaliya ilə oyun, sadəcə, bir ilğım, məhz rəqibin süstlüyünün məhsulu idi. Onlar əsl oyun göstərmədilər, amma oynamaq istəyəndə - istədiklərinrə çatdılar. Əslində, hələ bu oyunla da qapımız qarşısında kifayət qədər təhlükəli epizod yaratmışdılar. Tarixən mobil oyuna meylli olan xorvatların belə oynamayacağı aydın idi. Komanda bu qarşılaşmada lap əvvəldən nəyi necə edəcəyini bilmədi. Açığı, həmin görüşdə təhlil və araşdırma üçün heç kiçik bir epizod da olmadı. Nə oyun, nə də hesab buna imkan verir. Elə ilk qoldan sonra hiss olunurdu ki, meydandakı acizlər qrupu yalnız qarşılaşmanı yola verib evə dönəcək. Lakin mənə qəribə gələn matçdan sonra yenə baş məşqçinin əvvəllər cüzi qisminin obyektivliyi qalmış futbol ictimaiyyətinə saymazlığını indi öz rəhbərlərinə də şamil etməsidir. Əslində o, hər dəfə klublara, futbolçulara ilişəndə, sözarası assosiasiya rəhbərliyinin ünvanına istədiyi sözləri deyirdi. Bu sətiraltı mənalara, məhz futbol başbilənlərimizin özünə münasibət tərzi kimi qəbul edib, hər hansı şərh vermirdik. Lakin məşqçi bu dəfə bütün hədləri aşdı. Palermodakı oyundan sonra, 4-5 il əvvəl italyanlardan 5-6 top buraxa biləcəyimizi deyən, daha zəif, amma ürəkdən oynayan heyətlə bundan da güclü İtaliya ilə oynadığımızı bilməyən Foqts, Osiyekdə bir neçə ilə əvvəl xorvatların müəllifliyi ilə 8 və daha çox topu qapımızdan çıxara biləcəyimizdən dəm vurur. Özünə hörmət edən heç bir məşqçi bu tip nağıllarla bəhanələr gətirməz. Ən lağlağı mütəxəssis belə, bu cür sözləri işlətməz. Etiraf etməyi bacarmağın özü də bir igidlikdir və yalnız qorxaqlar, məkrlilər bunu etməzlər. Dəfələrlə onun saymazlığından və hörmətsizliyindən söz açsaq da, məhz AFFA-nın susması və məşqçidən hesabat tələb etməməsi nəticəsində bu gün Foqts ən yolverilməz, təhqirə bərabər ifadələr işlətməyə başlayıb. Onun Azərbaycan futboluna xeyir verməyəcəyi elə əvvəldən aydın görünürdü. Məşqçi kimi heç bir nailiyyəti olmayan, 1996-cı il Avropa “qızıl”ını isə Bekkenbauerin qoyub getdiyi irsin hələ də at oynadan qəhrəmanları ilə qazanan Foqts, sonra öz ölkəsinin yığmasını elə günə saldı ki, viran qoyduğu komandanın ipini 7-8 ilə ancaq yığdılar. Bu, futbol ənənələri güclü olan Almaniyada belə olmuşdusa, Azərbaycanda daha nədən danışasan?

Foqtsun sonrakı futbol macərəları da məlumdur. Onun ölkəsində uşaq-yeniyetmə futbolundakı uğurlarını da çox şişirtməyə dəyməz. Almaniya Futbol İttifaqının onun ətrafına topladığı məşqçi-mütəxəssislər qrupu bu gün də Almaniyanın ən güclü, elitar uşaq məşqçiləri korpusudur. Foqtsun tifağı dağılmış Azərbaycan futboluna heç nə verməyəcəyi, hətta Karlos Alberto qədər də olmayacağı elə ilk aylardan üzə çıxsa da, bu qədər illər sükan arxasında qalması yalnız kimlərinsə ona inadlı inamının nəticəsi idi.

Komandamızın simasını ildən ilə itirməsinin səbəbləri haqqında çox danışmaq olar. Lakin onlardan heç biri futbol meydanının içərisi ilə bağlı olmayacaq. Axı, o, meydanda nəsə etmişdimi ki, taktiki, texniki, funksional təhlillərdən də söz açaq?
Məşqçi kimi Foqts nə bir strateq, nə bir taktik, nə də bir macəraçı ola bilməyəcəyini oyundan-oyuna əyani nümayiş etdirdi. Konkret xorvatlarla görüşdəki heyəti və futbolçuların amplualarını, onların futbol təxəyyülünü araşdırmaq yetər ki, məğlubiyyətin hələ qaneedici olması ilə razılaşasan. Belə bir heyət nəyə nail ola bilərdi ki! Rəqibin hücum edəcəyi bəlli olduğu halda, zəif komandanın bütün gücünü qapısı ağzında yumulmağa cəmləməsi, qələbəlik yaratması bir effekt verə bilməz. Özünə məşqçi deyən Foqts hələ bilmir ki, futbolçuların fiziki hazırlığı deyil, məhz onun tapşırıqları, zona və fərdi müdafiə elementlərini birinə qarışdırıb, aləmi bir-ibirən vurub oyunçuları çaşdırması futbolçuları biçarə və acizlər vəziyyətinə salmışdı. Fiziki hazırlıqdan şikayət edən, üstəlik, qrup favoritləri ilə iki səfər duelinə komanda çıxaracaq hansı ağıllı məşqçi bu addımları ata bilərdi. Elə buna görə gah aşkar, gah da eyhamla onun məşqçilik qabiliyyətini şübhə altına alanda heç də yanılmadığımızı o bu oyunda bir xülasəyə çevirib, hətta futboldan anlayışı olmayanlara da anlatdı. Özündənrazı məşqçinin Cavadov, Şükürov kimi futbolçulardan məhz prinsipial komandalarla oyunda imtina etməsi, üstəlik, səhhətindən də xəbəri olmadığı futbolçuları meydana buraxıb, sonra bir-ibir əvəzləməsi, ümumiyyətlə, komandada heç bir səviyyədə normal iş qurulmadığını aşkar göstərir. Məgər zədələnib meydanı tərk edən futbolçular müayinə edilməmişdimi?

Artıq elə bir məqam çatdı ki, onun istefaya göndərilməsi mənasız oldu. Çünki bu halda yenə qeyri-müəyyən vəziyyət yarandı. Yeni gələn məşqçi nədən və necə başlayacağını bilməyəcək və sonrakı oyunların günahını üzərindən atacaq, assosiasiya isə yenidən quruculuq işlərinə - bu dəfə 2020-ci ilə köklənmiş layihələrə başladığı barədə yerinə yetirilməyəcək vədlər verəcək. Üstəlik, heç də az məbləğlər qazanmamış Foqtsun AFFA-nı aldadıcı asan qərarlara təhrik edib, postunu tərk edərək, sonra evində dəbbəpulu hesabına sakit həyat keçirməsinə də yol verməmək lazım idi.

Məncə, çoxdan heç kəsi özünə cəlb etəyən, hətta “8-ci km”-in kiçik stadionunu da doldura bilməyən bir komandanın cazibə imkanları tükənib. Ziyanın yarısından qayıtmaq üçün AFFA bundan sonra, əsas diqqəti uşaq-yeniyetmə futbolunun təşkilinə yönəltməli və burada artıq əsaslı addımlar atmağa çalışmalıdır. Axı, nə əcnəbi limiti, nə məktəblərdə futbolun tədrisi, nə də başqa bir qeyri-peşəkar qərarlar futbolun inkişafına ciddi bir kömək edəcək. Ölkədə futbolla məşğul olanların sayının artması hələ bu ölkədə futbol olacağı mənasını vermir. Bunun üçün xüsusi peşəkar tədbirlər planı həyata keçirilməlidir.

Artıq il başa çatır. Qarşıda cəmi bir oyun var. Nəzərə alaq ki, bu görüşdə Azərbaycan yığmasının 2-4 topla qalib gəlməsi nəyisə dəyişəcək. Ona görə dərjal, günü bu gün əsas diqqət köklü dəyişikliklərə yönəldilməli, birinci növbədə, futbol klublarının formalaşdırılmasına və yalnız ədalət prinsipləri ilə həmin komandaların heyətlərinin təşkil edilməsinə yol açılmalıdır.




Xəbər 1074 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru