Türkiyə superliqasında 2-ci turun oyunları davam edir.
İkinci oyun gününə 3 qarşılaşma nəzərdə tutulub.
Hər üç görüş bərabərliklə başa çatıb.
“Kasımpaşa” “Mersin İdmanyurdu” ilə öz meydanında 2:2 hesablı bərabərə qalıb. “Qaziantepspor” – “Erciyesspor” matçında da eyni hesab qeydə alınıb.
Günün maraqla gözlənilən oyunu Trabzonda keçirilib. Burada “Trabzonspor” “Fənərbaxça”nı qəbul edib. Bu oyunda da qalib müəyyənləşməyib – 0:0.
Qeyd edək ki, superliqada 2-ci bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.
14 sentyabr
Türkiyə superliqası, 2-ci tur
"Kasımpaşa" - "Mersin İdmanyurdu" - 2:2
Qollar: Tita, 34 (0:1), 45 (0:2), Malki, 62 (1:2), Büyük, 82 (2:2)
"Qaziantepspor" - "Kayseri Erciyesspor" - 2:2
Qollar: Zoua, 7 (0:1), 38 (0:2), Çağlayan, 75 (1:2), Çiko, 81 (2:2)
"Trabzonspor" - "Fənərbaxça" - 0:0
13 sentyabr
"Gənclərbirliyi" - "Bursaspor" - 1:2
Qollar: Stanku, 19 (1:0), V.Şən, 54 (1:1), Belluşi, 69 (1:2)
"Karabükspor" - "Başakşehir" - 0:0
"Qalatasaray" - "Eskişehirspor" - 0:0
"Konyaspor" - "Balıkesirspor" - 2:0
Qollar: Torye, 29 (1:0), A.Yıldız, 49 (2:0)
15 sentyabr
"Akhisar" - "Sivasspor"
"Beşiktaş" - "Rizəspor"
|