Qadın voleybolçulardan ibarət “Rabitə” klubu Avropa Çempionlar Liqasında növbəti oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, Zoran Qayiçin komandası III turda “Fənərbağça”nın qonağı olub. Matç Bakı təmsilçisi üçün uğursuz alınıb. Bu mövsüm istər ölkə daxili, istərsə də beynəlxalq oyunlarda məğlubiyyət acısı yaşamayan son dünya çempionlarının adı çəkilən qarşılaşmada uduzublar.
İstanbul klubu sözü gedən görüşlə qrup liderliyinə yüksəltməklə yanaşı, pley-offa vaxtından öncə çıxıb.
III tur
15 dekabr
21:30. “FƏNƏRBAXÇA” (TÜRKİYƏ) - “RABİTƏ” (AZƏRBAYCAN) - 3:0 (25:20, 29:27, 25:18)
Hakimlər: Marek Lagierski (Polşa), Georgios Karampetsos (Yunanıstan)
|