Futbol üzrə Azərbaycan I Divizionunda 2013/2014-cü il mövsümünə yekun vurulub.
PFL-in saytına istinadən yaydığı xəbərə görə, 30-cu turun son oyun günündə aşağıdakı nəticələr qeydə alınıb:
"Lokomotiv" - "Şahdağ" - 1:1
Qollar: Vasif Rzayev, 16 // Vüqar Asəliyev, 86)
"Karvan" - MOİK - 5:5
Qollar: Əli Bağırov, 11; 28 (p.); 36; 61; 78 // Məhəmməd Bədəlbəyli, 10; 50; 64; 67; Cavid Həziyev, 73)
"Göyəzən" - "Şuşa" - 2:1
Qollar: İlkin Allahverdiyev, 65; Elgün Namazov, 68 // İlkin Cəlalzadə, 85)
"Şəmkir" - "Ağsu" - 1:1
Qollar: Seyhun Əliyev, 64 // Fərmayıl Əliyev, 61)
"Turan-T" - "Neftçala" - 2:3
Qollar: Rəşad Piriyev, 10; 85 // Elvin Adışirinli, 2; Murad Ağakişiyev, 75; 78)
"Bakılı" isə "Kəpəz"lə oyuna gəlməyib.
|