Mayın 19-da Bakıda Beynəlxalq futbol könüllülüyü forumu keçiriləcəkdir.
Məşhur italiyalı futbolçu, “Yuventus”, “Milan”, “Barselona” klublarında çıxış etmiş, İtaliya millisinin heyətində 2000-ci ildə Hollandiya və Belçikada keçirilmiş Avropa çempionatında gümüş medal qazanmış, 2006-cı ildə isə Almaniyada təşkil olunmuş dünya çempionatının qalibi olmuş Canluka Zambrotta tədbirdə forumun səfiri kimi iştirak edəcəkdir.
Forumda 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcəkdir. Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələrdir.
İştirakçı qismində azərbaycanlı könüllülərlə yanaşı, forumda Polşa, Çin və Türkiyədən də könüllülər iştirak edəcəklər.
|