Bu gün nazir Azad Rəhimov Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edib
Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 40-a yaxın vətəndaş iştirak edib.
İdman zallarının tikintisi, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi və digər mövzularla bağlı müraciətlərin sayı 20-ə qədər olub.
5-dən artıq müraciət gənclər mərkəzlərinin tikintisi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması istiqamətində olub.
Digər müraciətlər isə ipoteka kreditlərinin verilməsi və işlə bağlı edilib.
Bəzi məsələlər yerindəcə həllini tapmış, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülmüşdür.
|