Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
““Baku Synergy”ni peşəkar kontinental komandasına çevirəcəyik”
Tarix: 10.12.2013 | Saat: 13:47:00 | E-mail | Çapa göndər
“Synergy Baku Cycling Project” komandasının baş meneceri David McQuaid Avropanın nüfuzlu “PEZ Cycling news” portalına müsahibə verib. İdman.com.az AVİF mətbuat xidmətinə istinadən müsahibənin geniş variantını təqdim edir.

2013-cü ildə böyük marağa səbəb olan layihələrdən biri Azərbaycanın “Synergy Baku” Kontinental komandası idi. Beynəlmiləl komandanın sözün bütün mənalarında əsas siması irlandiyali David McQuaiddı. O, “Pez”lə söhbət etməyə vaxt taparaq həyata keçirilən layihələrdən, yaxşı təsir bağışlayan debüt mövsümündən, qarşıda duran əsas məqsəd - 2015-ci ildə Pro Continental statusu qazanmaq və mümkün qədər çoxlu azərbaycanlı velosipedçinin 2016-cı il Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək haqqında fikirlərini bizimlə bölüşdü.

- Vaxtilə sən özün də yürüşlərin fəal iştirakçısı idin, amma sonra bu idman növünün təbliğatına cəlb olunmusan. Zəhmət olmasa, bizə öz keçmişindən məlumat verərdin.
- Düzdür, müəyyən səviyyəyə çatana qədər yarışlarda iştirak etdim, amma sonradan velosipedi bir kənara qoydum. Bəzi uğurlar da əldə edə bilmişəm və bundan hədsiz zövq alıram, çünki bu mənim üçün hər sey idi. Velosipedlə vidalaşandan sonra mən universitetin hüquq fakültəsini bitirdim. Qarşımda 2 yol var idi - ya iş axtarım, yaxud səyahətə çıxım. İkincisinə üstünlük verdim - 3 ilə yaxın Okeaniya və Asiyanı gəzib-dolaşdım. Yeni Zelandiyada olan zaman ağlıma belə bir fikir gəldi ki, Kriterium təşkil edim və beləcə mən bunu reallaşdırdım. Brayan Vennerlə iş birliyimin başlanğıcı İrlandiyaya qayıdışımla üst-üstə düşdü. Həmin vaxtlar o VTV kanalında çalısırdı və mən şərhlər zamanı velosiped idman növü üzrə məsləhətçi qismində onlara kömək edirdim. VTV vasitəsilə mən “Lanqkavi” layihəsinə qoşuldum və 12 dərgidə çalışdım. Sonra isə Brayan Venner və onun komandası ilə mən 4 il “Tour de France” veloyürüşündə media sahəsində işlədim. O illər ərzində mən çoxlu əlaqələr əldə etdim. Indi isə komandanın baş meneceri qismində burdayam və bu da mənim gələcəyim üçün çox faydalı ola bilər.

- İrlandiya və Azərbaycan tamamilə ayrı ölkələrdir. Bu əlaqə necə yarandı?
- Bu, Valkenberqdə keçirilən dünya çempionati zamanı baş verdi. Baryerlərin yanında qrupları gözləyən zaman dayanıb söhbət edirdik. Öyrəndim ki, yarışda Azərbaycandan da komanda iştirak edir və onlara yaxınlaşıb tanış oldum. Təklif etdim ki, bəlkə Azərbaycanda yürüş keçirək? Bir-birimizlə əlaqə saxlamaq barədə razılaşdıq. Mənim onlara verdiyim vizit kartımda İrlandiyadakı idxal-topdan satış biznesim haqqında məlumatlar əks olunmuşdu. Azərbaycan Velosiped Federasiyasında çalışan insanlar kartımda əks olunan brendi tanıyaraq onlara kömək edib-etməyəcəyimi soruşdular. Mən isə hələ də bilmirdim ki, onlar UCİ komandası yaratmaq niyyətindədirlər, ya yox? Bu bir neçə həftə sonra yazışmalar zamanı bəlli oldu.

- Paytaxt Bakı hansı şəhərə daha çox oxşayır?
- Bakı həqiqətən də böyük şəhərdir. Üstəlik, Azərbaycan çox gözəl, təmtəraqlı ölkədir. Mənim Bakı haqqında ilk təəssüratım Dubay və İstanbulu yadıma saldı. İnsanlar, yemək, küçə oyunları və mədəniyyət mənə bir az İstanbulu, yeni, super, nəhəng binalar və infrastruktur isə Dubayı xatırlatdı.

- "Synergy" nədir?
- Bu, Azərbaycan Velosiped Federasiyasına çox yaxın olan özəl kommersiya qrupudur. “Synergy” Qrup olduqca böyükdür, onların biznesi bir neçə sahəni əhatə edir: bank, otel və tikinti.

- Azərbaycan Qazaxıstan kimi neftlə zəngin ölkədir. Bu ölkənin “Astana” komandası ilə oxşarlığınız varmı?
- Bakı şəhərindən azca uzaqlaşan kimi buruq və neft nasoslarına rast gəlmək olar. Düzdür, Azərbaycan neft və qazla zəngin ölkədir, Qazaxıstanla Xəzər dənizi vasitəsilə su sərhədi var. Bəzən havada da neft iyi hiss olunur. Təlim-məşq toplanışları zamanı bəzi idmançılar üzlərində nazik neft qatının olmasından şikayətlənirlər. Amma “Astana” və “Baku Synergy” arasında regional yaxınlıqdan savayı oxşar heç bir şey yoxdur. Biz inkişaf etmək üçün yaxşı infrastruktur yaradırıq. Federasiyaya avadanlıq və müasir texnologiya baxımından kömək edirəm. Gələn həftə mən Bakıda olacam və rəhbərliyə Fransadan olan yeni baş məşqçini təqdim edəcəm. Ən yaxşılardan biri olmaq üçün çalışırıq. İstəyirik ki, dünyanın məşhur peşəkar kontinental komandasına çevrilək. Bu, strukturun əsas məqsədi olaraq qalır. Belə olacağı halda, azərbaycanlı velosipedçilər inkişaf edəcək.

- Ölkədə velosiped idman növünə maraq necədir?
- Azərbaycanda ən populyar idman növləri güləş, cüdo və boks sayılır. Velosiped idman növü isə inkişaf etməkdədir. “Tour d’Azerbaijan” velosiped layihəsi buna böyük təkan verdi. Yürüş yaxınlaşdıqca təbliğat prosesi xeylı artır və xüsusən bölgələrdə ajiotaj hiss olunur. Gələn ilki yarış 2.1 səviyyəsində olacaq. Ümid edirik ki, “Synergy Baku” mötəbər yarışlarda yüksək nəticələr göstərərək Azərbaycanda velosiped idmanının təbliği və inkişafına öz töhfəsini verəcək.

- Azərbaycanınn müsəlman ölkəsi olması sənin komandaya rəhbərlik etməyinə nə dərəcədə təsir edib?
- Heç bir təsiri yoxdur.

- Sənin komanda heyətin olduqca kosmopolitikdir - bu bilərəkdən atılan addımdır, yoxsa bir təsadüfdür?
- Müxtəlif mədəniyyətləri, dilləri və insanları birləşdirmək gözəl haldır. Əlbəttə, bu bəzi çətinliklər yaradır, amma müsbət cəhətləri mənfi halları üstələyir. Bizdə mənim həmişə qurmağa can atdığım güclü komanda ruhu mövcuddur.

- Komandanın əsas məqsədlərindən biri azərbaycanlı velosipedçiləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlaşdırmaqdır. Bu sahədə işlər necə gedir?
- Düz deyirsiniz. Bu iş üçün biz 3 nəfər planlaşdırırıq. Artıq bünövrə və strukturu qurmuşuq, keçən ildən yerli idmançılarla çalışırıq. Hazırda Olimpiya təsnifat mərhələsinə hələ start verilməyib. Mən müntəzəm olaraq UCİ ilə ünsiyyətdəyəm və bununla bağlı müzakirələr aparıram. Təsnifat mərhələsi başlayana qədər biz hazır olacağıq.

- 2013-cü ildə komanda yürüşündə statistik göstəriciləriniz necə olub?
- Asiya Turunda 88, Avropa Turunda isə 55 yürüşümüz olub, orta rəqəm təxminən 50-dir. Amma dəqiq bilirəm ki, biz 14 yürüşdə qalib gəlmişik, 39 dəfə isə fəxri kürsüyə qalxmışıq. 2013-cü ildə Riko Rocersin bəxti gətirmədi, o cəmi bir neçə yürüşdə qalib gəldi, amma çox vaxt ikinci olurdu.

- Sizin üçün yaddaqalan əsas anlar hansı olub?
- İnanın, bunu demək çətindir. Pozdnyakovun “Tour of Taiwan”ın birinci mərhələsində qələbəsi çox gözəl alındı, bu bizim komanda kimi ilk qələbəmiz idi. “Tour d’Azerbaijan”ın birinci mərhələsində Şvaytserin parlaq qələbəsi bizə böyük kömək oldu, çünki bu mən işlədiyim insanların gözü qabağında baş verdi. Samirin qələbəsini də unutmaq olmaz, çünki o azərbaycanlıdır. Bu qələbələr həm milli, həm də Malasiya yürüşlərində də baş verib. Şəxsi səviyyədə, Lanqkaşidəki yürüşün start xəttində yer alan idmançılara nəzər salsaq, 8-10 həftəlik gərgin məşqlərdən sonra onlar komandanın əsasını təşkil edirdilər və bu məni sevindirməyə bilməz.

- Siz 2014-cü il üçün Metyu Brammayerlə müqavilə bağladınız. O yaxşı idmançıdır?
- Bəli, mən onunla bir müddət söhbət etdim, çünki Çempionlar Sisteminin dağılacağı ehtimal olunurdu. Met mənim həmyerlim və dostumdur. Mən təklif etdim ki, biz ona müəyyən vaxta, yəni Dünya Turu komandasına qayıdana qədər öz aramızda yer verək. O hazırda bizimlədi və onun simasında komanda möhtəşəm bir idmançı əldə edib. Biz qısa bir müddətdə Peşəkar Kontinental komandaya çevrilməyi arzulayırıq və bu üzdən də bünövrəni indidən qurmaq lazımdır. Brammayer, Uolker və Aybegger bu stratigiyanın bir hissəsidir.

- 2014-cü ilə planlarınız?
- Biz mövsümə bir ay öncə start vermişik və bir ay da gec başa vuracağıq. İrəlidə çoxlu yürüşlər var. Mən uşaqlardan keçən il olduğu kimi, ayda ən azı iki qələbə gözləyirəm. Eyni zamanda istərdim ki, komanda bir necə sarı köynək də əldə etsin. 2013-cü ilin sentyabr ayında Kirilin “Tour of China”da qələbə qazanması sayəsində buna nail ola bilmişdik. 2014-cü ildə biz eyni yürüş proqramı nəzərdə tutmuşuq, amma bundan başqa Avropada keçiriləcək bir neçə çətin yürüşü də proqramımıza əlavə etmişik. Əsas istəyim odur ki, komandamız nümayış etdirdiyi keyfiyyətlərini daha da artırsın. Məhz buna görə biz komandanın heyətini öz üslubumuza uyğun olaraq daha da gücləndirmişik. Indi bizim yaxşı velosipedçilərimiz, Brammayer kimi liderimiz var və biz sprint növünün inkişafı üçün işləməliyik.

- Pro Continental hələ də sizin hədəflərdən biri olaraq qalır?
- Əlbəttə, bu bizim ən çox arzuladığımız məqsədlərdəndir. Hələ ki yeni mövsümə hazırlaşırıq, amma yayın ortalarından bu haqda daha ciddi fikirləşməyə başlayacağıq. Biz bu səviyyədə 2015-ci ildən etibarən çıxış etmək niyyətindəyik.

- 2014-cü il “Tour of Azerbaijan” yürüşündə qalib gəlmək niyyətindəsiz?
- Əlbəttə, bu gələn il üçün ən böyük arzularımdandır. Hədəfimiz dəyişməz olaraq qalır və bizim mart-aprel aylarındakı proqramımız bu yarışa hazırlıq məqsədi daşıyır. Istəyirik ki, 6 ən güclü komanda sırasında olaq. Amma hələ hansı komandaların bu yarışda iştirak edəcəyini bilmirəm, ola bilsin ki Dünya Turunun güclülərindən olsunlar. Amma bir şeyi sizə dəqiq deyə bilərəm - onlara ciddi müqavimət göstərəcəyik.
Xəbər 886 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.09.2023 Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib
10.09.2023 Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib
09.09.2023 Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək
06.09.2023 Kriterium üzrə Azərbaycan Kubokunun II mərhələsinə start verilib
24.08.2023 Kriterium üzrə Azərbaycan Kubokunun ilk mərhələsi keçirilib
09.07.2023 Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
11.06.2023 “Əziz Şuşa” veloturunun sonuncu mərhələsinə start verilib
10.06.2023 Alessandro Monaco: Sabah keçiriləcək Şuşa mərhələsini səbirsizliklə gözləyirik
10.06.2023 “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi yekunlaşıb
10.06.2023 “Əziz Şuşa” veloturunun dördüncü mərhələsinə start verilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru