Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Olimpiada-2020-yə hansı şəhər ev sahibliyi edəcək?
Tarix: 27.09.2011 | Saat: 09:11:00 | E-mail | Çapa göndər

Xəzər dənizinin sahillərində yerləşən Bakı olimpiya oyunlarını keçirmək üçün ən ideal yer sayıla bilər

Dünyanın ən möhtəşəm idman hadisələrindən biri olan olimpiya oyunlarında hər bir dövlət çalışır ki, idmançıları daha böyük nailiyyətlər əldə etsinlər. Çünki olimpiya oyunlarında qazanılan nailiyyətlər həmin ölkənin yalnız idman sahəsindəki potensialını deyil, həm də ümumi inkişaf səviyyəsini göstərir. Olimpiya oyunlarına ev sahibliyi etmək isə hər bir ölkə üçün böyük şərəfdir. Buna görə bu məqsədlə ölkələr öz aralarında gərgin mübarizə aparırlar. İndi bütün dünyanın diqqəti Londona yönəlib. Bir ildən sonra - 2012-ci ildə keçiriləcək yay olimpiya oyunlarına London ev sahibliyi edəcək. 2016-cı ildə isə olimpiya oyunları Rio-de-Janeyroda keçiriləcək. Bəs 2020-ci ildə yay olimpiya oyunlarına kim ev sahibliyi edəcək?

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-cı il yay olimpiya və paralimpiya oyunlarını keçirmək üçün iddiaçı şəhərlərin adlarını açıqlayıb: Bakı (Azərbaycan), Madrid (İspaniya), İstanbul (Türkiyə), Roma (İtaliya), Tokio (Yaponiya), Doha (Qətər). Bu 6 şəhərdən Roma (1960) və Tokioda (1964) yay olimpiya oyunları keçirilib. İtaliya və Yaponiya hər biri iki dəfə qış olimpiya oyunlarına ev sahibliyi edib. İspaniyaya isə bir dəfə olimpiya oyunlarını keçirmək qismət olub (Barselona-1992). Azərbaycan, Qətər və Türkiyədə olimpiya oyunları bir dəfə də olsun keçirilməyib.

Bukmeykerlərin fikrincə, bu şəhərlər içərisində Roma favorit sayılır. Lakin Olimpiada-2020-nin paytaxtı hələ iki ildən sonra seçiləcək və burada çox şey dəyişə bilər. Əvvəlki olimpiadaların ev sahiblərinin seçki prosesini xatırlasaq, görərik ki, heç də həmişə favorit ölkə ev sahibi seçilmir. Şəhərlər içərisində Madrid, Roma, Tokio digərlərindən daha yaxşı hazırlığa malikdirlər. Tokioda bu yaxınlarda baş vermiş təbii fəlakət, tokioluların fikrincə, seçkilərə müsbət mənada təsir edə bilər.

Son illərdə ölkəmizdə bütün sahələrdə baş verən sürətli inkişafı nəzərə alsaq, artıq ikinci dəfə olimpiya oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürən paytaxtımızın şanslarını yüksək qiymətləndirmək olar. Azərbaycan dünya ölkələrinə nümunə kimi göstərilir. Burada idmana dövlət tərəfindən böyük diqqət göstərilir. BOK, beynəlxalq federasiyalar Azərbaycanı digər ölkələrə nümunə göstərirlər. Son illər Azərbaycan dünya miqyasında idman ölkəsi kimi tanınır. Bədii gimnastika, güləş və digər idman növləri üzrə dünya və Avropa çempionatlarının, lisenziya turnirlərinin Bakıda yüksək səviyyədə keçirilməsi deməyə əsas verir ki, möhtəşəm olimpiya oyunlarının təşkilində də problem olmayacaq. Həmişə yüksək təşkilatçılıq səviyyəsi nümayiş etdirən Azərbaycan 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini keçirməyə hazırlıq görür. Xalqımız şübhə etmir ki, ölkəmizin təşkilatçılıq bacarığına bütün Avropa, dünya heyran qalacaq.
Qoca Şərqin iri
və qədim şəhərinin...

Bakı müstəqil Azərbaycan Respublikasının paytaxtı, böyük elm, mədəniyyət və sənaye mərkəzidir. Abşeron yarımadasının cənubunda, Xəzər sahilində yerləşən şəhərin ərazisi 2200 km2, əhalisi 2 milyondan artıqdır. Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

Azərbaycanın paytaxtı qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qədim və iri şəhərlərindən biri hesab olunur. Ən qədim yaşayış məskənlərindən olan Qobustandakı 12 min il tarixə malik daş üzərində yazılar, Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə tapılmış, e. ə. minilliklərə aid arxeoloji abidələr Bakının tarixinin çox qədim olduğunu göstərir. Şəhərin fiziki-coğrafi şəraiti, şimaldan cənuba, qərbdən şərqə gedən miqrasiya və ticarət yollarının mərkəzində yerləşməsi (İpək yolu), iqlim şəraitinin əlverişli olması burada ta qədimdən insanların məskunlaşması və yaşayış məntəqələri yaratmasına səbəb olmuşdur. Nadir görünüşü və füsunkar gözəlliyi ilə seçilən müasir Bakı sürətli inkişafına görə bütün dünyanı heyran edib.

Son illər paytaxtda və regionlarda çoxlu idman qurğuları, o cümlədən müasir standartlara cavab verən 31 olimpiya idman kompleksi istifadəyə verilib. Bu il 65 min yerlik Olimpiya stadionunun təməli qoyulub. Burada olimpiya oyunlarının açılış və bağlanış mərasimlərini təşkil etmək mümkündür. İnşa edilməkdə olan Üzgüçülük Mərkəzi, Bakı Gimnastika Kompleksində, eləcə də, ötən il Mingəçevirdə istifadəyə verilmiş “Kür” Olimpiya Tədris-İdman Mərkəzində istənilən beynəlxalq səviyyəli yarış keçirmək olar.
Şəhərin nəqliyyat sistemində əsaslı dəyişikliklər və yenidənqurma işləri aparılır. Paytaxtın ayrı-ayrı hissələri ilə rahat əlaqə yarada bilən və tikintisi bu gün də davam etdirilən metrosu vardır. Bu əlverişli nəqliyyat vasitəsi ictimai nəqliyyat sistemində mühüm yerlərdən birini tutur. Paytaxtda nəqliyyatın hərəkətini nizamlamaq üçün inşa edilən nəhəng körpülər, yol ötürücüləri, tikintisi aparılan və şəhəri hava limanı ilə birləşdirən geniş magistral yol və s. yeniliklər Bakıya ən qabaqcıl paytaxtlar cərgəsinə qoşulmaq imkanı verir. Əgər olimpiya oyunları Bakıda keçirilsə, buna görə şəhərin təbiətinə heç bir ziyan dəyməyəcək. Əksinə, olimpiya komplekslərinin inkişafı yaşıllıq zonalarının daha da genişləndirilməsinə imkan yaradacaq.

...dünyanın ən möhtəşəm
idman oyunlarını keçirmək
üçün hər bir şəraiti var

Şübhəsiz, bu cür mötəbər tədbirləri keçirmək üçün müvafiq büdcə olmalıdır. İrimiqyaslı tədbirlər keçirən ölkələr dünyanın diqqətini cəlb edir. Bakıda olimpiya oyunlarını keçirmək maliyyə cəhətdən çətinlik törətməyəcək. Məlumdur ki, dünya iqtisadi böhranı ölkəmiz üçün problem yaratmayıb. Əksinə, xarici şirkətlər ölkəmizə investisiyalar qoymaqda davam edirlər. BOK rəsmiləri də olimpiya oyunlarına Bakının yüksək səviyyədə ev sahibliyi edəcəyinə əmindirlər. BOK-un prezidenti ölkəmizdə səfərdə olarkən KİV nümayəndələri üçün keçirdiyi konfransda Azərbaycanda bütün sahələrdə dinamik inkişafın şahidi olduğunu qeyd edib. Burada idman sahəsində görülən işləri, olimpiya hərəkatının geniş vüsət aldığını vurğulayan Jak Roqq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin BOK tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

AOK-un prezidenti Patrik Hikey də 2007-ci ildə ölkəmizə səfəri zamanı Azərbaycanda olimpiadanın keçirilməsi üçün hər bir şərait olduğunu deyib. Masallı Olimpiya İdman Kompleksinin açılışında iştirak edən Patrik Hikey respublikamızda sürətli inkişaf olduğunu qeyd edib.

Təhlükəsizliyin
hərtərəfli təminatı
əsas məsələlərdəndir

Ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə təhlükəsizliyin təmin edilməsində heç bir problem olmayıb. Qonaqların qarşılanması, yerləşdirilməsi, hər cür xidmətlə təmin olunması yüksək səviyyədə həyata keçirilib. Bu ilin sonlarına qədər Bakıda bir neçə beşulduzlu otel istifadəyə verilməsi nəzərdə tutulub. Sonrakı ildə də bir neçə otel tikilməsi planlaşdırılır. Ölkəmizə səfərə gələn mötəbər qurumların rəsmiləri paytaxtımızın genişmiqyaslı beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini dönə-dönə qeyd ediblər. Burada hökm sürən siyasi sabitlik tədbir iştirakçılarının hərtərəfli təhlükəsizliyinin qorunmasına imkan verir. Şübhəsiz, olimpiya oyunlarının keçiriləcəyi şəhərdə təhlükəsizlik tədbirləri genişləndirilməlidir. Sözsüz, Bakı bütün bunların öhdəsindən uğurla gələcək.

Paytaxtımızın üstünlüklərindən danışanda, iqlimi xüsusi qeyd etməliyik. Ümumiyyətlə, insanların sağlamlığının qorunması həmişə diqqət mərkəzində olmalıdır. Olimpiya oyunları yayda keçirildiyindən, həddindən artıq isti hava idmançıların səhhətinə pis təsir edə bilər. Əlverişli hava şəraitinə görə, Bakı olimpiya oyunlarını keçirmək üçün çox əlverişli yer sayıla bilər. Oyunlar burada keçirilərsə, idmançılar və qonaqlar günün gərgin yarışlarından sonra Xəzər dənizi sahillərində mənalı istirahət etmək şansı da əldə edəcəklər.

Bakı yalnız qələbə üçün öz
namizədliyini irəli sürüb

2009-cu il mayın 25-də Şəmkir şəhərində Olimpiya idman kompleksinin açılış mərasimindəki nitqində Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev deyib: “Bizim böyük planlarımız var. Azərbaycanda indi müxtəlif beynəlxalq yarışlar keçirilir. Hətta biz Olimpiya oyunlarını Azərbaycanda keçirmək istədik. Ancaq bizim birinci müraciətimiz hələ ki, cavabsız qaldı. O da təbiidir. Dünyada elə hal olmayıb ki, ilk dəfə hansısa ölkə müraciət etsin və Olimpiya oyunlarını keçirməyə müvəffəq olsun. Amma bizim müraciətimiz onu göstərir ki, biz buna qadirik. Həm ölkənin iqtisadi inkişafı baxımından, həm də idman infrastrukturunun mövcudluğu baxımından buna qadirik”.

Leyla QURBANOVA
(Ardı var)
Xəbər 1594 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.05.2020 Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
09.01.2019 Lozannada 2020-ci ildə gənclər arasında III Olimpiya oyunlarının talismanı təqdim edilib
12.11.2018 İtaliya 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
29.12.2016 AİJA 2016-nın laureatlarını elan edib
26.04.2016 Avropa qran prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışı olub
22.11.2014 Patrik Hikki: Avropa oyunlarına hazırlıq yüksək səviyyədədir
21.11.2014 Azərbaycan Prezidenti AOK-un Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib
20.11.2014 BOK prezidenti AzDBTİA-nın fəxri doktoru adını aldı
19.11.2014 Tomas Bax AzDBTİA-nın fəxri doktoru olacaq
14.11.2014 İlk Avropa Oyunlarının məşəli Yanardağda alovlansın!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru