Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Mariana Vasileva: İndi böyüməkdə olan nəsil bizdən daha irəli gedib - MÜSAHİBƏ
Tarix: 07.11.2013 | Saat: 12:17:00 | E-mail | Çapa göndər
Son illər Azərbaycan bədii gimnastika məktəbi dünya arenasında aparıcı məktəblərdən biri dərəcəsində möhkəmlənib. İdman.com.az xəbər verir ki, bunda komandamızı keyfiyyətcə yeni səviyyəyə qaldıran baş məşqçi Mariana Vasilevanın da xidməti var. Beş il ərzində istər fərdi gimnastlar, istərsə də qrup komandaları Avropa birinciliklərindən daim medallarla qayıdırlar.

O, asan yollar axtarmır. Kompozisiyaları xüsusi mürəkkəbliyi ilə fərqlənir. Ona görə də, hakimlərin və tamaşaçıların yaddaşında qalır.
Noyabrın 5-də bolqarıstanlı çalışdırıcı birinci yubileyini - ölkənin milli komandasına rəhbərliyinin 5 ilini qeyd edir. Vasileva bu tarix ərəfəsində Azərbaycanda necə yaşadığı və işlədiyi, bu dövrdə yığmada və onun həyatında baş verən dəyişikliklər, eləcə də gələcək planları haqqında danışıb.

- Mariana xanım, beş ildir Azərbaycan yığmasına rəhbərlik edirsiniz. Bu dövrdə daha çox şad günlər olub. Ötən müddətdə nə əldə edildi və hələlik nəyi reallaşdırmaq mümkün olmayıb?

- Məşqçi işi elədir ki, hər şeyə görə həyəcan keçirirsən. Yəqin, komandamızın uğurunun sirri hamımızın ürəkdən işləməsidir. Bu müddət ərzində çox şeyə nail ola bilmişik. Lakin elə məqamlar da var ki, hələ başa çatdırılmayıb. Hərçənd bu, iş məqamıdır. Axı heç vaxt heç nə ideal olmur.
Beş il əvvəl mən beş gimnastdan ibarət Azərbaycan yığmasına rəhbərlik edirdim. İndi isə 34 idmançı əsas heyətə düşmək uğrunda mübarizə aparır. Kollektivimizin məşqçi korpusu isə ümumilikdə 50 nəfərdir. Əlbəttə, məsuliyyət daha böyükdür, axı hamıya görə cavab vermək lazım gəlir. Amma işləmək asandır. Çünki yanımda inandığım adamlar var və onlar da mənə qarşılıqlı münasibət göstərirlər. Bizim bir ümumi məqsədimiz var və biz onun naminə işləyirik.

- Bu beş il sizi hansısa dərəcədə dəyişdiribmi?
- Çox şey dəyişdi. Çünki beş il əvvəl Bakıya gələndə, burada yaşamağa hazırlaşmırdım. Hesab edirdim ki, sadəcə "Avro-2009" ərəfəsində kollektivə kömək etməyə gəlmişəm (gülür). Lakin biz yox, Allah qərar verir. Onda mənim vəzifəm qrup komandasını evdə keçirilən AÇ-də ləyaqətli çıxışa hazırlamaq idi. Düşündüm ki, yarışdan sonra əməkdaşlıq bitəcək, amma budur, beş il keçib, mən əvvəlki kimi Azərbaycanda işləyirəm. Mənə elə gəlir ki, mən burada bütün ömrüm boyu yaşamışam. Odur ki, bu dövrdə çox şey dəyişib. Uşaqlarım da böyüyüb, xüsusilə kiçik qızım Valeriya. Onda onun səkkiz yaşı var idi. İndi artıq 13 yaşındadır və onun həyatında hər şey Azərbaycanla bağlıdır. O, burada məktəbə gedib, dostlar qazanıb. Həyat yoldaşım isə burada ürəyincə iş tapıb. Böyük qızım Siyana Azərbaycan yığmasında qrup tapşırıqları üzrə çıxış edir və ölkənin bayrağını qürurla daşıyır.
Əlbəttə, işdə də dəyişikliklər var, axı biz respublikada mahiyyətcə ən yeni bədii gimnastika məktəbi yaradırıq. Bu asan başa gəlmir, haradasa iş metodlarını və üslubunu dəyişmək lazım gəlir. Axı, Azərbaycan və Bolqarıstanda mentalitet fərqlənir. Eynilə bu, ənənələrə də aiddir. Nə etmək olar, dəyişmək lazım gəlir. Hesab edirəm ki, artıq indi qızlar mənim metodlarıma uyğunlaşıblar. Elə mən də Azərbaycan mentalitetinə uyğun dəyişmişəm və bu iş mənim çox xoşuma gəlir.

- Bu müddət ərzində kim və nə sizə daha yaxın oldu?
- Bilirsinizmi, hazırda mənim nəyim varsa, hamısı Azərbaycandadır. Bolqarıstanda yaşayan anamdan və bacımdan başqa. Dostlar da, kollektiv də Bakıdadır. Ümumilikdə, gimnastika mənim həyatımdır. Həmkarlarımın əksəriyyəti həm də mənim dostlarımdır. Odur ki, günün 24 saatının otuzunu bir yerdə keçiririk (gülür). Məhz onlar mənə uyğunlaşmağa və psixoloji maneəni dəf etməyə kömək etdilər, axı ilk iki il mənim üçün heç də asan keçmədi. Çünki mənim yarım Bolqarıstana qayıtmağı çox istəyirdi. Mən bu ayrılığa görə böyük həyəcan keçirirdim. Beş il əvvəl mənim arzum Bolqarıstan gimnastikasında baş məşqçi olmaq idi. Lakin dostlarım mənə bunu anlamağa kömək etdilər ki, sənin üçün təkcə doğulduğun ölkə deyil, özünü evindəki kimi hiss etdiyin ölkə də yaxşıdır.

- Bəs bu illər ərzində sizinlə birgə Azərbaycan dəyişibmi? Parallellər apara bilərsinizmi?
- Yaxşı sualdır! Mən 2007-ci ildə ilk dəfə sizin ölkənizə gələndə və ona qədər Azərbaycan haqqında təsəvvürüm yox idi. Mənə işləməyi təklif edəndə düşündüm ki, "İlahi, mən orada nə edəcəyəm?" Mənə elə gəlirdi ki, çox çətin olacaq. Lakin bu beş il ərzində Azərbaycan sadəcə dəyişməyib. Fikrimcə, Bakı Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib. Mən yarışlardan qayıdanda görürəm ki, burada olmadığım müddətdə şəhərdə nəsə bir yenilik baş verib, daha gözəl olub. Paytaxtın və ölkənin öz şəklini dəyişməsində, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva çox böyük rol oynayırlar. Onlar dövlət üçün çox işlər görən həddindən artıq açıq və demokratik adamlardır. Mən Bakının görkəmi ilə fəxr edirəm.

- Azərbaycanda yaşayaraq nəyi öyrənmisiniz? Nəyi dəyişmək istərdiniz?
- Yol hərəkəti ilə bağlı vəziyyəti dəyişmək istərdim, çox güman ki, bu məsələ bir çoxları üçün aktualdır (gülür). Aydındır ki, hər şey birdən olmur və vəziyyət zamanla dəyişir. Bizdə, gimnastikada olduğu kimi istədiyimiz hər şeyi dərhal edə bilmirik, şəhərdə də sehrli çubuğu yelləməklə hər şeyi birdən yaxşılaşdırmaq olmaz.
Mənə gəldikdə, Bakıda yaşayaraq mən öz xarakterimi dəyişdim. Daha tələbkar oldum. Azərbaycan mənə daha güclü olmağı və yıxılandan sonra ayağa qalxmağı öyrətdi. Bu mənim üçün çox vacibdir.

- Yəqin ki, Azərbaycanda çalışdığınız illər ərzində maraqlı əhvalatlar da olub. Daha çox yadda qalanlarını bölüşmək istərdinizmi?
- Ümumiyyətlə, bu mövzuda artıq kitab yazmaq olar (gülür). Bu ayrıca mövzudur və maraqlı epizodları günlərlə danışmaq olar. Əgər ciddi desək, qızların heç kimlə bərabərləşə bilmədikləri vaxtlarda onların dünyada ən yaxşı olmadıqlarını göstərmək çox çətin idi. Çünki sən yalnız öz şirəndə bişəndə düşünürsən ki, hamıdan daha yaxşısan. Lakin öz ölkəni beynəlxalq arenada təmsil edəndə dünyanın ən güclüləri ilə bərabərləşməlisən. Bu beş ildə biz müəyyən mərhələni artıq keçdik və düşünürəm ki, sonra daha asan olacaq.
Minskdə 2011-ci il Avropa çempionatında baş verən bir epizod mənim yaddaşıma həkk olub. O zaman yeniyetmələrdən ibarət komanda finala çıxdı və biz birinci nömrədə oynamalı olduq. Mən qızları çıxışa köklədim, zala aparan tuneldə onlar Azərbaycanın himnini oxumağa başladılar. Həm də getdikcə, daha ucadan oxuyurdular. Onlar xalçanın üzərinə çıxanda mən əmin idim ki, belə yanaşma və əhval-ruhiyyə ilə komanda mütləq medal qazanacaq. Qızlar nömrəni əla oynadılar və bürünc medal qazandılar.

- Sizin uşaqlarınız beş il başqa ölkədə, başqa mühitdə böyüyüblər. Onlar sizin gözlərinizdə dəyişiblərmi? Onlar hansı dildə düşünür və danışırlar, daha çox kiminlə dostluq edirlər?

- Biz çox tez-tez bu mövzuda danışırıq. Və mən deyə bilərəm: "Şükür Allaha ki, mən Bakıda yaşayıram!" Çünki Avropanın bir çox ölkələrində yeniyetmələrin həyatı başqa cür inkişaf edir və mənim qızlarımın yaşıdları tamamilə başqa həyat tərzi keçirirlər. Amma Azərbaycan mentalitetində böyüməkdə olan nəslin tərbiyəsi planında çox müsbət məqamlar var. Onlar hələ uşaqdırlar və bu, məni sevindirir. Evdə necə ünsiyyət saxlayırıq? 60% bolqar və 40% rus dillərində. Amma uşaqlar Azərbaycan dilini başa düşür və danışırlar, mən buna çox şadam. Bütün bunların hamısı onların xeyrinədir. Ümumiyyətlə, indi böyüməkdə olan nəsil bizdən daha irəli gedib. Uşaqların təkcə idmançılar arasında deyil, həm də ünsiyyət qurduqları fərdi azarkeşləri arasında dostları var. Bütün bunlar hərtərəfli inkişaf etməyə kömək edir.

- Azərbaycan yığmasında beş il çalışdıqdan sonra siz yəqin ki, son dərəcə qlobal düşünürsünüz. Gələn il üçün hansı planlarınız var?
- Bizim vəzifəmiz gimnastikanı təkcə Bakıda və ayrı-ayrı regionlarda deyil, bütün Azərbaycanda inkişaf etdirməkdir. Son iki ildə paytaxtın hüdudlarından kənarda iki bölmə açılıb, onlar inkişaf edir və nəticə verirlər. Məsələn, Qusardan olan gimnast ölkə çempionatının mükafatçısı olub. Eyni zamanda, siz bilirsiniz ki, tezliklə milli gimnastika arenası açılacaq və o zaman bizim regionlardan istedadlı uşaqları toplamaq və onları yığma komanda üçün hazırlamaq imkanımız olacaq. Həmçinin hər bir məktəbdə bədii gimnastika bölməsinin olmasını istəyirik.

- Azərbaycanda işləməyə başlayanda, yığmanın baş məşqçisi kimi ilk rəsmi start sizin üçün Bakıda keçirilən "Avro-2009" oldu. Budur, yenidən evdə qitə birinciliyi. Çox güman ki, bu sizin üçün rəmzidir?
- Təsadüfi heç nə olmur. Ola bilsin ki, burada daha beş il çalışım. Həm də Bakıda 2015-ci il Avropa Oyunlarını və 2020-ci il Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq 2019-cu il dünya çempionatını unutmaq lazım deyil. Odur ki, nəticələrə işləyəcəyik.
Yığmanın hazırkı tərkibi bizim rəhbərliyimiz altında beş il əvvəl məşq etməyə başlayıb. Aliyə Qarayeva London Olimpiadasından sonra öz karyerasını başa vurmaq qərarına gəldikdə bəzi həyəcanlar oldu. Lakin biz öz mövqeyimizi qoruyub saxlaya bildik, gənclər artıq özlərini göstərə bildilər. Avropa çempionatında gümüş, "Qran-pri" medallarını və dünya kuboklarını qazandılar, dünya birinciliyində fərqləndilər. Təsəvvür edin ki, təkcə son beş ildə 22 gimnastımız Avropa çempionatlarının mükafatçısı olub. Onların hamısı mənim üçün doğma kimidirlər və biz bir ailəyik!

Xəbər 1281 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.04.2024 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
20.04.2024 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
15.04.2024 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
08.04.2024 Azərbaycanın bədii gimnastları Estoniyada qızıl medallar qazanıblar
07.04.2024 Azərbaycan gimnastı Avropa çempionatında gümüş medala sahib olub
07.04.2024 Azərbaycan gimnastika millisi beynəlxalq turnirdə bürünc medal qazanıb
31.03.2024 Azərbaycanın gimnastika millisi Fransada qızıl medal qazanıb
25.03.2024 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25.03.2024 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
24.03.2024 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru