Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
07/05 | 21:35 Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
07/05 | 21:23 Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
07/05 | 16:41 Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
07/05 | 16:27 "Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub
07/05 | 15:27 Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
07/05 | 13:36 Bakıdakı Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada medalçılar müəyyənləşib
07/05 | 09:34 Azərbaycan Kubokunda 2023/2024 mövsümünə bu gün yekun vurulacaq
06/05 | 20:29 Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
06/05 | 17:46 Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
06/05 | 17:24 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06/05 | 14:57 Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar
06/05 | 14:17 Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
06/05 | 13:19 Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
06/05 | 13:14 Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı bəlli olub
06/05 | 09:46 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
05/05 | 18:23 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05/05 | 18:22 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05/05 | 16:17 "Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb
05/05 | 15:51 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
05/05 | 09:15 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
04/05 | 17:13 Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
04/05 | 16:41 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
04/05 | 16:21 Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
04/05 | 16:09 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
04/05 | 14:47 Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib
04/05 | 12:35 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
04/05 | 10:34 Göygöldə yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılışı olub
04/05 | 09:20 Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
03/05 | 21:58 Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirib
03/05 | 21:27 "Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03/05 | 21:10 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03/05 | 19:24 Milli Gimnastika Arenasında Avropa Kubokunun açılış mərasimi keçirilib
03/05 | 17:29 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
03/05 | 16:57 Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03/05 | 16:46 Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri bəlli olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan kanoeçiləri dünya çempionatında şahzadələr arasında
Tarix: 12.08.2011 | Saat: 13:07:00 | E-mail | Çapa göndər

Avqustun 17-də Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə dünya çempionatı başlayacaq. Bu yarış 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Ona görə də çempionatda xeyli ölkə təmsil olunacaq. Artıq 94 ölkə iştirakını təsdiqləyib. Onların arasında Azərbaycan da var. Kayak və kanoe üzrə milli komandamız tarixində ilk dəfə olimpiya lisenziyalı dünya çempionatında iştirak edəcək. İlk cəhddə yığmamız ən azı London olimpiadasına vəsiqə qazanmağa iddialıdır. Xüsusən, kanoe növündə 1 nəfərlik və 2 nəfərlik qayıqlarla mübarizə aparacaq idmançılarımızı qeyd etməliyik.
Dünya çempionatının startı öncəsi yarışın rəsmi saytı (www.szeged2011.com) favoritlərin – şah və şahzadələrin adlarını açıqlayıb. Çempionatın şahzadələri kimi təqdim edilənlər arasında Azərbaycan təmsilçiləri də var. Bunlar 2-qat dünya və ikiqat Avropa çempionu Valentin Demyanenko, Avropa çempionları Valentin Demyanenko – Sergey Bezuqlı cütüdür.
Demyanenko 2009-cu ildə 1-nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə dünya çempionu olub. Bu il isə o, Serbiya paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında 200 metr və 500 metr məsafələrə yürüşlərdə 2 qızıl medala sahib olub. Artıq kanoeçimiz eyni məsafələrə yürüşlərdə dünya çempionluğuna iddialılar sırasında göstərilir. Demyanenko indiyədək əldə etdiyi çoxsaylı mükafatlarından birinə 2008-ci ildə məhz Seqeddə yiyələnib. İdmançımız həmin vaxt Dünya Kubokunun I mərhələsində 200 metr məsafəyə yürüşdə qızıl medal əldə edib. 200 metr məsafəyə yürüşün şahı qismində isə ötənilki dünya çempionu İvan Ştıl (Rusiya) göstərilib. Ştıl 2-nəfərlik qayıqla və 4-nəfərlik estafetlə eyni məsafəyə yürüşdə daha 4 dəfə dünya çempionu və dünya çempionatının gümüş mükafatçısı olub. 2007-ci ilin dünya çempionu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 500 metr məsafəyə yürüşün (olimpiya məsafəsi həmin vaxt 500 metr sayılırdı, Pekin olimpiadasından sonra 200 metr oldu) bürünc mükafatçısı Yuri Çeban (Ukrayna), dünya çempionatlarının üçqat bürünc mükafatçısı Riçard Dalton (Kanada) digər şahzadələrdəndirlər.
Bezuqlı – Prokopenko dueti 2-nəfərlik qayıqla (C-2) yürüşdə olimpiya məsafəsi sayılan 1000 metrin şahzadəsidir. Onlar ötənilki Avropa çempionatında qızıl medala sahib çıxıblar. 2009-cu il dünya çempionatında gümüş medal qazanan azərbaycanlı cütlük builki Dünya Kubokunun I mərhələsində təkcə 1000 metrdə deyil, 500 metr məsafəyə yürüşdə də qızıl medala sahib çıxıb. Onlar 200 metr məsafəyə yürüşdə isə gümüş medal qazanıblar. Dünya Kubokunun III mərhələsində kanoeçi duetimiz 1000 metr məsafəyə yürüşdə gümüş medala layiq görülüb. Builki Avropa çempionatında Bezuqlı – Prokopenko cütlüyü 500 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. 1000 metr məsafəyə yürüşdə isə onlar 4-cü yeri tutsalar da, qızıl medala sahib çıxan Aleksey Korovaşkov – İlya Pervuxin (Rusiya) duetindən cəmi 1,176 saniyə geri qalıblar. Rusiyalı cütlük dünya çempionatında da şahzadələr sırasında göstərilir. Yürüşün şahı ötənilki dünya çempionatının ikiqat qalibi (1000 metr və 500 metr), builki Avropa çempionatında 500 metr məsafəyə yürüşün qalibi Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya) duetidir. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibləri, 2010-cu il dünya, 2011-ci il Avropa çempionatlarının gümüş mükafatçıları Andrey Boqdanoviç – Aleksey Boqdanoviç dueti isə şahzadələr arasında qeyd olunub.
Qeyd edək ki, həm Valentin Demyanenko, həm də Sergey Bezuqlı – Maksim Prokopenko dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün dünya çempionatında ilk “7-liy”ə düşməlidirlər.

Xəbər 1102 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
03.05.2024 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03.05.2024 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
02.05.2024 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
28.04.2024 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
04.12.2023 Azərbaycan avarçəkəni nüfuzlu yarışın qalibi olub
06.11.2023 Azərbaycan avarçəkəni beynəlxalq turnirdə ikinci yeri tutub
27.10.2023 “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə yekun vurulub, qaliblər mükafatlandırılıb
26.10.2023 “Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri daha 12 medal qazanıblar
09.10.2023 Azərbaycan avarçəkəni dünya çempionatında gümüş medal qazanıb
03.10.2023 Bakıda avarçəkmə təlimi keçiriləcək


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru