Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
03/05 | 15:22 Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
03/05 | 15:21 Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək
03/05 | 14:17 Azərbaycan cütlüyü “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
03/05 | 12:55 Kişi həndbolçular arasında Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlanıb
03/05 | 12:44 “Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
03/05 | 11:15 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03/05 | 10:31 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
03/05 | 09:30 Bakıda ilk Avropa kuboku keçirilir
02/05 | 17:48 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
02/05 | 16:26 Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünə yekun vurulub
02/05 | 15:03 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
02/05 | 14:39 Azərbaycan avarçəkəni “Prezident Kuboku 2024” beynəlxalq reqatasında qızıl medal qazanıb
02/05 | 10:46 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Olimpiadaya bir ildən də az vaxt qaldı
Tarix: 01.08.2011 | Saat: 17:36:00 | E-mail | Çapa göndər

Hələlik iki idmançı

Artıq olimpiada ilə bağlı əksər detallar məlumdur. Oyunların təqvimi, yarışların reqlamenti, yarışın keçiriləcəyi məkanlar və s. ilə bağlı son qərarlar da verilib. Əvvəllər də qeyd etmişdik ki, yarışda 26 növdə 303 dəst medal uğrunda mübarizənin şahidi olacağıq. Təşkilat komitəsi təxminən 205 ölkədən 12500 idmançının Londonda yarış məkanına çıxacağını bildirir. Onlar arasında Azərbaycan idmançılarının da olacağı artıq dəqiqləşib. Rəsmi informasiyaya görə və təşkilat komitəsinin dərc etdiyi məlumatlarda qeyd olunur ki, Bakıda keçirilən olimpiya təsnifat yarışında iki taekvondoçumuz Londona vəsiqə əldə edib. Amma daha bir atletimizin və boksçumuzun da lisenziya qazanması yaxın vaxtlarda qəti təsdiqini tapa bilər. Ümumənsə, olimpiadaya komandamızın əvvəlki illərlə müqayisədə, daha geniş heyətlə qatılması gözlənilir. Bu mənada avarçəkənlərin də rolu ola bilər. Söz yox ki, həmişə olduğu kimi, bu dəfə də güləşçilərimiz, boksçularımız və cüdoçularımız ön planda olacaqlar. Pəhləvanlarımızın oyunlarda bütün çəkilərdə təmsil olunması da reallıqdır. Bu ilin sonuna qədər əksər idman növlərində olimpiya iştirakçılarımızın adlarını öyrənəcəyik. Bu mənada, Bakıda keçiriləcək daha bir yarışı - boksçuların dünya çempionatını isə canlı olaraq izləmək imkanımız da olacaq.

8 min dəliklik 3-halqalı məşəl

Yarışa hazırlığa gəlincə, birilliyin təntənələrində təşkilat komitəsinin sədri Lord Sebastyan Kou deyib ki, hər şey qrafik üzrə gedir və ən əsası, onlar müəyyən olunmuş büdcədən kənara çıxmırlar. Artıq olimpiya məşəli estafetinin də detalları məlumdur. Qızıl suyuna çəkilmiş və alüminiumdan hazırlanacaq məşəl üz tərəfdən 8 min dəliyi olan 3 dəyirmi halqadan ibarət piramidadır. 3 halqa Londonun olimpiadanı 3-cü dəfə qəbul etməsinin rəmzi kimi düşünülüb. Dəliklərin sayı isə qət ediləcək məsafə və insanların sayına işarədir. 8 min məşəl Koventri qraflığında hazırlanıb və hava şəraiti, külək və yağışa davamlılığı Almaniyanın Münhen şəhərində BMW konsernində sınaqdan çıxarılacaq. Məşəl Britaniyaya gələn il mayın 18-də çatdırılacaq və iyunun 27-dək ölkənin 74 yaşayış məskənində gəzdiriləcək.
- 8 min iştirakçı alovu 8 min mil məsafədən keçirərək, 70 gün ərzində Londona çatdıracaq. Hazırda əsas diqqət infrastrukturun və xidmət səviyyəsinin təftişinə yönəldilib.

Test, test və bir daha test - hər şey dəqiq olmalıdır, - deyə Kou onu da əlavə edib ki, onlar bundan əvvəl keçirilmiş Pekin-2008-lə rəqabətdə deyillər və heç bir vəchlə ondan da yaxşı Oyunlar keçirmək məqsədini qarşıya qoymayıblar. Çünki olimpiada üçün ən vacibi onun bir ölkədən digərinə, bir mədəniyyətdən digərinə ötürülməsidir və bu məsələdə hər bir ölkə ən yaxşı cəhətləri təqdim edir.

İrsiyyət və ənənə

- London Oyunları Pekin olimpiadasından nə yaxşı olacaq, nə də pis. Bu, tam fərqli olimpiada olacaq, - deyərək o, qeyd edib ki, London Oyunlarında ən xırda detallara qədər hər bir məsələyə ciddi fikir verəcəklər.
Ser Kounun sözlərinə görə, onlar Londonda keçirilmiş əvvəlki iki olimpiadının irsinə arxalanır və məsuliyyətini tam dərk edirlər.
- Əvvəlki London oyunlarının hər biri olimpiya hərəkatında yeni söz deyib. 1908-ci ildə idmançılar ilk dəfə böyük stadionda yarışmışdılar və ilk dəfə hər bir idmançı, konkret olaraq, öz ölkəsinin şərəfini qorumağa başlamışdı. 1948-ci ildə könüllülər dəstəsi peyda oldu və bu gün olimpiadanı onlarsız təsəvvür etmək belə mümkün deyil. Elə o vaxtdan daimi və müvəqqəti idman obyektlərinin konsepsiyasının ənənəsi qoyuldu - deyən Kou olimpiadadan sonra obyektlərin istifadəsiz qalmasından da narahat deyil. - Barselonanı misal çəkə bilərəm. 1992-ci ildə inşa olunmuş obyektlərdə bu gün də idman yarışları keçirilir. Deyim ki, Londonda inşa olunan "Akvatik mərkəz" olimpiada dövründə 17 min tamaşaçı tutacaq. Amma sonra tutum 2,5 min nəfərə qədər dəyişdiriləcək və burada Britaniya və hətta Avropa çempionatlarını tam sərbəst keçirmək olacaq. İnşaat işlərində bu incəliklər nəzərə alınıb.
Kou əmindir ki, olimpiada Londonu tarixə yaradıcılıq vüsəti, dinamik inkişaf edən meqapolis, tolerant şəhər kimi salacaq.

Olimpiya tarixinin ən ağır medalı

Hər bir idmançı üçün Londonda qalib gəlməyin yaddaqalan daha bir tarixçəsi olacaq. Axı, burada idmançılara olimpiya tarixinin ən iri medalları veriləcək. Medallar ictimaiyyətə "Oyunlara bir il qaldı" təntənələrinin məşhur Trafalqar meydanında cərəyan edən şənliyində təqdim olunub. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqun da qatıldığı mərasimdə onu Britaniya şahzadəsi Anna nümayiş etdirib. Mükafatın tərtibatçısı məşhur rəssam Deyvid Uotkinsdir. Qalib və mükafatçıların qənimətinin diametri 8,5 sm, qalınlığı 7 mm, çəkisi 400 qramdır. Onun üz tərəfində, ənənəyə uyğun olaraq, qədim yunan əsatirlərinin qələbə ilahəsi Nika və arxa fonda Oyunları qəbul edən Panteon məbədi təsvir olunub. Əks tərəfdə isə 5 rəmz var. Bu rəmzlər sırasında Temza çayını qeyd etmək lazımdır. Onun fonunda isə oyunların loqotipi qiymətli daş cizgiləri ilə verilib. 2100 medalın hamısı Cənubi Uelsdə Llantrizant şəhərindəki "Royal Mint" müəssisəsində hazırlanacaq.

Açılışda Makkartni ifası
Əfsanəvi müğənni Ser Pol Makkartni oyunların açılış mərasimində öz ifasından nümunələr səsləndirməyə razılıq verib. 69 yaşlı müğənni artıq indidən mahnıların mətni və şounun konsepsiyasına uyğun musiqi mətnləri üzərində işə başlayıb. Təşkilatçılar burada bütün Britaniya musiqi əfsanələrini toplamaq istəyirdilər. Lakin "Rollinq Stounz", "Led Zeppelin" kimi klassik rok qrupları, həmçinin "Bitlz"ın daha bir üzvü Rinqo Star mərasimə qatılmaqdan imtina ediblər.

Birilliyin nailiyyətləri

Yarışlara bir il qalmış təşkilat komitəsi uğurlarının bir qismi haqqında məlumat dərc edib.
* Artıq birinci mərhələdə satışa çıxarılmış 3,5 milyon bilet sahiblərinə qovuşub.
* Olimpiyaçıların qulluğunda dayanacaq 250 min könüllü iş başına keçməsini gözləyir. Onlardan 70 mini artıq müvafiq təlimatı da alıb.
* Oyunlarla bağlı bütün dünyada keçirilən tədbirlərdə 12 milyondan artıq uşaq iştirak edib.
* Oyunlarda müxtəlif mükafat və hədiyyələr üçün 700 milyon funt sterlinq xərclənəcək və artıq 900 mindən artıq məhsul hazırdır.

Olimpiya parkında son işlər gedir

Təşkilat komitəsi əsas yarışların məskəni olacaq Olimpiya parkında işlərin 88 faizinin başa çatdırıldığı barədə məlumat yayıb. Eyni zamanda nəqliyyat infrastrukturu artıq indidən kifayət qədər yaxşılaşmış sayıla bilər. Su yolları da tam təmizlənərək ideal vəziyyətə gətirilib. Bütün nəqliyyat işləri üçün ayrılmış 6 milyard funtluq işlərin 98 faizi artıq görülüb.
Tezliklə 17 minlik Hokkey mərkəzində, eləcə də Olimpiya parkından kənarda olan Atçılıq mərkəzində və Qrinviç Parkda da işlər yekunlaşacaq. Başa çatdırılan tikinti layihələri sırasında Su idmanı mərkəzi də var. Burada da 17 min tamaşaçı üçün yer var. Artıq arena suya tullananların iştirakı ilə sınaqdan da çıxarılıb. Qeyd edək ki, bu, Olimpiya parkının istismara verilən 6-cı obyektidir. Buna qədər Olimpiya stadionu, həndbol və basketbol arenaları, velodrom və Beynəlxalq teleyayım mərkəzinin inşası yekunlaşmışdı.
"Örlz Kort" da istifadəyə hazırdır. O, tarixi bina sayılır. Çünki burada 1948-ci il olimpiadasının boks, ağırlıqqaldırma, güləş və gimnastika yarışları keçirilmişdi. İndi onun 15 oyun qəbul edəcək voleybol meydançası sınaq üçün hazırdır. Burada bir neçə komandanın iştirakı ilə turnir planlaşdırılıb.

BATI YAR
Xəbər 1481 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.05.2020 Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
09.01.2019 Lozannada 2020-ci ildə gənclər arasında III Olimpiya oyunlarının talismanı təqdim edilib
12.11.2018 İtaliya 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
29.12.2016 AİJA 2016-nın laureatlarını elan edib
26.04.2016 Avropa qran prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışı olub
22.11.2014 Patrik Hikki: Avropa oyunlarına hazırlıq yüksək səviyyədədir
21.11.2014 Azərbaycan Prezidenti AOK-un Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib
20.11.2014 BOK prezidenti AzDBTİA-nın fəxri doktoru adını aldı
19.11.2014 Tomas Bax AzDBTİA-nın fəxri doktoru olacaq
14.11.2014 İlk Avropa Oyunlarının məşəli Yanardağda alovlansın!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru