Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Sonu da əvvəli kimi çempionat
Tarix: 27.05.2013 | Saat: 20:18:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Problemlərin qabardığı yarışın natamamlığının səbəbləri haqqında bir neçə kəlmə

Milli futbol çempionatında yüksək dəstənin daha bir mövsümü başa çatdı. Mövsümün son oyununda artıq dalbadal 3-cü dəfə çempionluq zirvəsinə yüksəlmiş «Neftçi» «Bakı»ya uduzaraq, rəqibinin çempionluq altılığında sonuncudan bir qüllə yüksək yeri tutmasına köməkçi olub. AFFA yarışın qalib və mükafatçılarını elə arenada təbrik etmək qərarına gəlib. Bu məqsədlə təntənəli tədbir təşkil olunub. Oyun başa çatdıqdan sonra Röya Ayxan konsert proqramı ilə futbol azarkeşlərinin qarşısında çıxış edib. Mərasim zamanı “Qarabağ”a gümüş, “İnter”ə bürünc medallar təqdim olunub. “Neftçi”yə isə medallarla yanaşı, yarışın baş mükafatı - kubok da verilib. Yekunda “Neftçi”nin dalbadal 3-cü çempionluğu şərəfinə atəşfəşanlıq təşkil edilib.

Ümumən son tur, əslində, formal xarakter daşıyırdı. Bütün suallara finiş ərəfəsində cavab verilsə də, həlledici oyun günü cəmi bir ciddi məsələyə aydınlıq gətirilməli idi: ikinci yeri kimi tutacaq?

«Bu mövsüm tarixdə hansı iz qoyacaq?» sualının isə yalnız bir cavabı var: «Neftçi»nin futbolumuz tarixində ilk dəfə Avropa Liqasında oynamasını, vəssalam. Komandalar nə oyun, nə də oyunçu sarıdan elə bir irəliləyişə nail oldular. Məşqçilər, əsasən, daha çox səhvləri, yanlış oyunçu seçimləri ilə gözə girdilər. Təbii ki, bu mənada ən sabit vəziyyət heyətini məşqçi dəyirmanına çevirməyən klublarda olmalı idi. Lakin builki mövsümdə bu komandaların daha çox geriləməsi mövsümə məhz qeyri-kafi qiyməti verməyə hər bir əsas verir. Çünki məşqçiləri gətirib-yola salmağa öyrəncəli olmuş komandalardan hər hansı irəliləyiş heç gözlənilmirdi də.

Əlbəttə, bu mövsüm iki Qərb klubunun, özü də Azərbaycan futbolunun dayaqlarından olan iki bölgənin böyük futbolsuz qalması, ələlxüsus da, «Turan»ın ilk dəfə elitanı tərk etməsi ilə daha bir bədbin sətrini yazmış oldu. Söz yox ki, əgər Azərbaycan futbolunun özünəməxsus üslubu, oyun tərzi varsa, bu, ilk növbədə, Qərb regionunda formalaşan dəst-xəttin nümunəsi idi və bütün bunların cəmləşdiyi mərkəz isə Bakı idi.
İllərdir birinci divizionun formalaşdırılması ilə bağlı əsaslı layihə və proqrama kəskin ehtiyacdan söz açırıq. Çünki elitada heç vəchlə futbolumuzun rəmzinə, onun yüksəliş məqamını təmin edəcək orta klub təbəqəsinin yaradılması da mümkün olmur. Bu yöndə hər hansı iş də aparılmır. Buna görə də, təkcə, mükafatçılara veriləcək məbləğlə səviyyə qaldırmaq mümkün deyil. Yerli futbol məktəblərini bərpa etmək və əksərən yenidən qurmaq üçün AFFA çoxsaylı proqramları işə sala bilərdi. Əfsus ki, bu istiqamətdə işlər yalnız «U» komandaların yarışının təşkili ilə başlanıb-bununla da yekunlaşdı. Hərçənd indiki dövrdə futbolçunun göbələk kimi, fitri istedad sayəsində yetişməsinin qeyri-mümkünlüyü və bunun səbəbləri futbola yaxın-uzaq hər kəsə bəllidir. Bütün bunların əvəzinə vəziyyət o həddə çatıb ki, AFFA elitadakı klubların sayını 10-a endirmək və 4-dövrəli çempionat təşkil etmək məcburiyyətində qalıb. Lakin bu da son olmayacaq. Çünki dedi-qodusu özündən də öndə olan, heç bir klub təsərrüfatı işləməyən bir yarışda irəliyəyişdən söz açmaq mümkün deyil. Bu gün klubların qarşısında nə rəhbərliyi, nə sahibkarı, nə də başqa bir qurum tələb qoymur. AFFA isə bunun üçün lazım olan mühiti də təşkil etmək fikrini heç konfransında da açıqlamır. Bu qurumda müxtəlif cəmiyyət və təşkilatlarla yanaşı, klubların da yer almasını nəzərə alsaq, hərəkətsizliyin bədbin fikirlərə yol açması təbii görünər.

Bütün bunlar hamısı illərlə yığılan problemlərin bu mövsümün payına düşən ağırlıq mərkəzidir. İl ərzində ən sabit komandalarımız «Neftçi» ilə «Qarabağ» oldu. Lakin onlar da, həmişəki kimi, bəzən elə eniş-yoxuşa düşdülər ki, qəribə, təzadlı suallar özünə yol açdılar. Hərçənd bu gün adı Premyer Liqa qoyulmuş yüksək dəstəmizin məhz elitasında yer alan komandalar dəb formalaşdırmalıdırlar. Elitarlar isə, əksinə, kimi harada və necə görməsindən asılı olmayaraq, nəinki sistemli qərarlar vermir, heç öz dəst-xəttini formalaşdırmaq üçün ciddi addımlar da atmır. 90-cı illərdə nəinki «Neftçi», «Turan», «Kəpəz» və «Qarabağ»ın, hətta yüksək və aşağı dəstələrdə yer alan komandaların da özünəməxsusluğu var idi və onlar məhz buna görə seçilirdilər. Həmin illərdə buraxılan kobud səhvlərin bu gün bir qədər fərqli tərzdə təkrarlanması isə futbolumuzun inkişaf perspektivlərində yeni nəsil futbolçu yetişdirilməsi kimi böyük vəzifənin üzərindən xətt çəkir. Diqqət etsəniz, həmin illərdə daha parlaq futbolçular yetişirdi, nəinki indi. Bu isə məhz həmin özünəməxsusluqdan irəli gələn coşğunun (əsla, peşəkar yanaşmanın deyil) nəticəsi idi.

Təəssüf ki, bu mövsüm nə üçün meydana çıxdığı bəlli olmayan AzAL və «Rəvan» kimi komandalara gənclərdən üz döndərmiş «Sumqayıt», habelə güclü baza qurmaq iddiasında olan «Xəzər Lənkəran», «Bakı» və «Qəbələ» də qoşuldu. Son 3 klubun məşqçi dəyirmanına çevrilməsi isə elə bir təəccüb də doğurmur. Bunun səbəblərindən qəzetin sonrakı saylarında söhbət açacağıq.

Hələlik, mövsümün ən uğursuz klubları sırasına «İnter»i də əlavə edə bilərik. Çünki bir mövsüm əvvəl sabitliyi və oyunçulardan hərtərəfli istifadə etməsi ilə xoş təəssürat oyatmış «beynəlmiləlçilər»in qəfil uçuruma yuvarlanması təəccüblə yanaşı, ikrah hissi də doğurur. Axı, bunlar yalnız qeyri-ciddi şəraitdə mümkündür.

Əslində, bütün bunlar gözlənilən sonluqlardır. Belə ki, əcnəbi futbolçulara hər cür yaşıl işıq yandırılan çempionatda hər hansı bir meyarın formalaşdırılmaması əks təsirini göstərməlidir. Çox qəribədir ki, «Neftçi»nin Avropa Liqasına vəsiqə qazanması da komandaları hərəkətə gətirmədi. Bütün gözlənilənlərin sonu isə baş məşqçilərin bir-bir yola salınmasıdır. Bunun da sonu hələ görünmür və mövzu yenə açıq görünür.

İndi isə mövsümə son nöqtə qoymaq üçün cəmi bir oyunu gözləmək qalır – ölkə kubokunun finalını. Ondan sonra əsas məsələlərdən söz açmağa da macal qalmayacaq. Axı, növbəti mövsümün qapılarını yenə Avropa kubokları uğrunda mübarizə döyəcək. Görək, «Neftçi» Çempionlar Liqasının, «Qarabağ», «İnter» və kubok finalçısı «Xəzər Lənkəran» bu yarışa nə ilə gedəcəklər.

Xəbər 1983 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru