Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
02/05 | 09:04 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
01/05 | 21:22 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
01/05 | 16:19 "Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
01/05 | 11:40 Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib
01/05 | 10:14 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək
01/05 | 09:59 Azərbaycanın minifutbol millisi beynəlxalq turnirdə iki oyun keçirib
01/05 | 09:15 Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb
30/04 | 22:13 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib
30/04 | 21:47 Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30/04 | 14:45 Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib
30/04 | 14:34 Azərbaycanın U-21 millisi yoldaşlıq oyunu keçirəcək
30/04 | 11:46 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29/04 | 17:06 Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
29/04 | 16:35 Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib
29/04 | 16:23 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29/04 | 14:47 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
29/04 | 11:26 Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazanıblar
29/04 | 11:10 Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar
29/04 | 09:56 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
29/04 | 09:44 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
28/04 | 22:02 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub
28/04 | 17:20 Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar
28/04 | 15:58 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
28/04 | 13:57 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
28/04 | 09:15 Azərbaycan Premyer Liqası: XXXII turun daha üç oyunu keçiriləcək
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Uduzmaq ayıb deyil, amma...
Tarix: 14.09.2021 | Saat: 08:19:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Portuqaliyaya uduzmaq istər səfərdə olsun, istər bitərəf meydanda, istərsə də dogma divarlar arasında, heç ayıb deyil.

Bu cümlədəki "heç"in yeri var və heç də əbəs işlədilməyib. Çünki Azərbaycan milli futbol komandasının bu mərhələdəki oyununa, lap elə boyuna-buxununa görə, ümumiyyətlə, qarşıya çıxan hər rəqibə uduzmaq olar, əlbəttə, ayıb deyil. Məsələn, Lüksemburqa uduzub, sonra bir hissədəki oyuna tərif vermək olar. Belə olanda, Portuqaliya kimi as komandaya uduzmağın özündə və sözündə ayıblıq nə ola bilər ki?! Uça-uça gəldilər, gəzə-gəzə üç qol vurdular, halalca üç xalla qaça-qaça getdilər. Doğrudur, lap azacıq zəhmət çəkdilər: soyunub-geyinmişdilər axı, üstəlik, meydana çıxıb top qovmuşdular, nə az, nə də çox, 90 dəqiqə üstəgəli ilə.

Millinin oyununa ikrah dolu kinayə və eyhamla söz açmağın özü də indiki halda bir lütfdür. Əlbəttə, yəqin Portuqaliya ilə Bakıda məşhur bir oyunu bir az stajlı azarkeşlər yaxşı xatırlayırlar. Arenadakı işıqlanma sistemi probleminə görə iki gün davam edən matçda Luiş Fiqu və komandasından qoparılan bir xalın Azərbaycan millisinə nəyə başa gəldiyini həmin tamaşaçılar yəqin çox yaxşı bilirlər. Əzm, iradə, mətinlik, istək, həvəs, coşğu və s. və i. Sonra bir neçə il davam edən ümid qığılcımı. Hərçənd hamı bilirdi ki, bu, od törətməyəcək qığılcımdır, hələ odunu yaşdır. Amma öldürəni olmayınca, ümid isitməsə də, ovunduran həmin ümiddir.

Bəli, bu dəfə heç oyundan söz açmağa dəyməz. Qüvvələr nisbəti heç müqayisə oluna bilməz, heç maraqlı da deyil. Amma tarix, təcrübə isbat edir ki, sadəcə, istək, quruca həvəs olan yerdə nailiyyət mümkündür. Elə buna görə arenaya "COVID-19" pandemiyası səbəbilə icazə verilən limit həddinə qədər toplaşan azarkeşlər, həvəskarlar, heç olmasa, futbolçulardan azacıq, kiçicik, bircə damla boyda həvəs gözləyirdilər.

Bu komanda məğlubiyyətlə barışmışdısa, niyə meydana çıxırdı görəsən? Belə uduzmaq üçün meydana, kimi desən, buraxmaq da olardı.

Əsla, qınamıram. Futbolçuları məzəmmət etmək fikrindən çox uzağam. Bilirsiniz niyə? Lüksemburqla oyundakı heyət, İrlandiya ilə matçdakı tərz, Portuqaliya ilə görüşdəki həm heyət, həm də elə oyunun özünü quranlar var axı.

Söz sahibi olanlar, görəsən, həqiqətənmi bu 3 oyunu belə görür və ona belə hazırlaşırdılar? Qəfil ildırım vurması effektindənmi, ya verilməyən sual kimi əyildiyimizdən, soruşmağı da ayıb bilirəm. Bax, hələ qarşılaşmaya qədər məşqçi korpusunun heyəti bu mat-məəttəl vəziyyəti yaratmışdı, elə o anda qarışıq hissli həvəs yoxa çıxmalı idi ki, bayrağın üç rənginə bürünmüş "Azərbaycan milli komandası" ifadəsi, heç olmasa, teleekran qarşısına dikilməyə məcbur edir.
Gör nə qədər bu heyətdəki oyunçuları öyrənməyəsən, rəqibi nə qədər tanımayasan ki, belə qərar çıxarasan! Çox yumşaq dedim axı, deyilmi?!

Söz yox ki, taktiki seçimdən, texniki tapşırıqlardan heç danışmağa dəyməz. Kim kiminlə əlbir olub hansı oyunu aparmalı idisə, yaxşısını məşqçi bilir, pisini isə meydanda əyani müşahidə etdik. Meydandakı hərc-mərcliyi arxadan ta önə qədər təsəvvür edib, qapıdan çıxarılan 3 topa şükür etmək lazımdır. Bunu portuqalların yorğunluğuna yazaq, yoxsa olimpiya stadionuna toplaşan o qədər azarkeşi, heç olmasa, estetik qollar şousunun tamaşaçısına çevirmək savab iş olardı.

Elə buna görə futbolçuları qınamağa dəyməz. Futbolçuya ruh verən yoxdursa, üstəlik, heyət belə alayarımçıq qurulursa, oyuna gəlib məşqçilər qarışıq mükafat və məvaciblər onsuz da paylanacaqsa, həvəsə nə ehtiyac, istəyə nə, cürətə nə! Çıx, pulunu al, get işinin dalınca. Oktyabrda doğma divarlar arasında yenə oyun var, toplaşarsınız "Allaha təvəkkül" deyib, bəlkə 6, olmasa, 4, lap olmasa, 3 xal ümidi par-par parıldayır axı.

Əlqərəz, qalan oyunları yola verib, mərhələni birtəhər danlaqsız, hələ bəlkə sonuncu olmadan qurtarmaq da olar. Yox, əlbəttə, hələ mövsümü bəh-bəhlə başa vurmaq üçün Bakıdakı iki oyuna ümidlər həqiqətən ölməyib. İkicə qələbə reallıqdır və dünyanı tərsinə dövran etdirmək olar. Lüksemburqa məğlubiyyəti bir kənara qoyub, komandanın ikinci hissədəki oyununa şərh vermək istəyənlər ordusunun buna ehtiyacı var.

Biz biçarələrsə meydanda komanda, bu olmasa da, iynə ucu boyda ümid, ya da bircəcik qığılcım gözləyirik. Hələ demirəm ki, bu komandanın sabaha ümidi Azərbaycanda yetişən futbolçularla olmayacaqsa, əvvəlki iki oyun üçün söylədiyimiz o nağılların sonu gəlməyəcək. Yəni ki, o üç almadan yerə düşəni olmayacaq. Almanın ağacda qalmayacağı bəlli olduğundan, haralara və kimlərə qismət olacağı isə məlum deyil. Naməlum sferada havada qalıb fırlana, yaxud kimsə onu elə havada qapıb gizlədə və özü ilə götürüb apara da bilər.

Həvəsdir bəsdir. Onsuz da bilirik ki, lap elə Byazi də gedib, kim gəlsə də, qayda və qayə dəyişməyəcək. Bu futbolu proqramlaşdırıb kökləməyincə nəsə dəyişməyəcək.

BATI YAR
Xəbər 419 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!
10.08.2021 Avrokuboklar: Həqiqət anı


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru