Azərbaycanın daha üç boksçusu Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında ilk görüşlərini qələbə ilə başa vuraraq yarımfinala vəsiqəni, həmçinin bürünc medalları təmin edib.
Maqsud Xasmetov (60 kq) 1/4 finalda rusiyalı Nurlan Səfərovu məğlub edib.
Boksçumuz 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə qələbə qazanıb. Xasmetov yarımfinalda Denis Parilovla (Rusiya) üz-üzə gələcək.
Ümid Rüstəmov (57 k1) da adını yarımfinala yazdırıb. O, 1/4 finalda Rusiya çempionu Yevgeni Lyaşkovu mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Rüstəmov ikinci qarşılaşmasında Maksim Pankovla (Belarus) döyüşəcək.
Ruslan Rüstəmov (63,5 kq) isə 1/4 finalda Aleksandr Kirsanovdan (Rusiya) güclü olub. Boksçumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, finala gedən yolda Nikita Birenkovu (Rusiya) sınağa çəkəcək.
Yığmamızın digər üzvlərindən Mirşərif Kazımzadə (75 kq) finala vəsiqə üçün Yeqor Şapoçanski (Rusiya) ilə, İlqar Salahov (67 kq) isə Ruslan Abdullayevlə (Özbəkistan) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarışda yarımfinal qarşılaşmaları mayın 17-də olacaq.
|