Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda idman mövzusunda beynəlxalq konfrans
Tarix: 27.11.2012 | Saat: 14:04:00 | E-mail | Çapa göndər
Bu gün paytaxtda «İdman qurğularının idarə edilməsi» mövzusunda beynəlxalq konfrans öz işinə başladı. İdman.com.az xəbər verir ki,MDB ölkələrinin İcraiyyə Komitəsi tərəfindən qəbul olunmuş 2012-ci il – «İdman və sağlam həyat tərzi ili»nin tədbirlər planına əsasən təşkil edilmiş tədbir bədən tərbiyəsi və idman sahəsində beynəlxalq təcrübə mübadilələri baxımından xüsusi əhəmiyyətə malikdir.

Konfransın açılışı Milli Olimpiya Komitəsinin inzibati binasında oldu. Öncə gənclər və idman naziri Azad Rəhimov çıxış etdi. O, ölkəmizdəki idman qurğuları barədə məlumat verdi: «Hazırda Bakı şəhərində Gimnastika kompleksi, Üzgüçülük Mərkəzi tikilir. Futbolsevərlər yaxın gələcəkdə 65 min yerlik Olimpiya stadionunda gözəl matçlar seyr edə biləcəklər. Bundan savayı, boks, cüdo və güləş idman növləri üzrə bazalar inşa olunur. İndiyədək müxtəlif bölgələrdə 35 olimpiya kompleksi də istifadəyə verilib. Bu onu göstərir ki, biz düzgün yoldayıq».

Sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə söz aldı. Mütəxəssis, Azərbaycanda tikilmiş idman infrastrukturlarını bir daha nəzər saldı: «Ölkə başçısı cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezidenti seçilməsindən sonra, ölkəmizdə sürətlə idman qurğularının inşasına başlandı. İlk öncə Bakı, Naxçıvan və Gəncə şəhərlərində olimpiya kompleksləri tikildi. Bununla paralel, Milli Olimpiya Komitəsinin inzibali binası istifadəyə verildi. Həmin idman qurğusunun açılışında ulu öndər Heydər Əliyev və Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Jaq Roqq da iştirak etdilər. Açılışından 2 həftə sonra həmin binada Avropa Olimpiya Komitəsinin toplantısı keçirildi. Zaman keçdikcə anladıq ki, bölgələrdə də olimpiya komplekslərinin inşasına ehtiyac var. İndi hər bir bölgəmizdə müasir idman qurğusu fəaliyyət göstərir».

Daha sonra MOK-un baş katibi Ağacan Abıyev idman qurğularının idarə edilməsi ilə bağlı zəruri məsələlərə toxundu. O, belə qurğuların sistemli şəkildə idarə edilməsinin vacibliyindən danışdı: «Əvvəllər nəinki Azərbaycanda, MDB ölkələrində də dünya standartlarına cavab verən idman komplekslərinin olmaması problemi vardı. Zaman-zaman biz bu məsələni həll etdik. İndi bir məqam düşünməyə əsas verir. Regionlarımızda inşa edilən idman qurğularını vaxtaşırı avadanlıqlarla təchiz etmək lazımdır. Əvvəl bunu xaricdən alırdıq. Çünki baza az idi. İndi vəziyyət başqadır. Demək, ölkədə bu idman avadanlıqlarını istehsal edən fabrikə ehtiyac var».

Tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan və Qırğızıstandan gələn idman sahəsi üzrə mütəxəssislərin, Azərbaycanda fəaliyyət göstərən olimpiya idman kompleksləri və digər idman qurğuları rəhbərlərinin «Bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı», «Regionlarda bədən tərbiyəsi və idmanın inkişafında idman qurğularının rolu», «İdman komplekslərinin tikintisində əsas tələblər» və başqa mövzular ətrafında məruzələr dinlənilib.

Sabah konfrans yekunlaşdıqdan sonra - günün 2-ci yarısında tədbir iştirakçıları Otüstü Hokkey Federasiyası, «Sərhədçi» Olimpiya İdman Mərkəzi və Şağan qəsəbəsindəki Olimpiya İdman Kompleksinin fəaliyyəti ilə yaxından tanış olacaq, Bakı Ekspo Mərkəzində 1-ci Azərbaycan Beynəlxalq İdman, idman ləvazimatı və geyim sərgisində iştirak edəcəklər.

Noyabrın 29-da qonaqlar idman qurğularının səmərəli fəaliyyəti və Tennis Akademiyası, «Sərhədçi» Olimpiya Mərkəzi və yenidən qurulmuş Tofiq Bəhrəmov adına Respublika stadionu ilə yaxından tanış olacaqlar.

Kamran HACI
Xəbər 2166 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.05.2021 Milli Olimpiya Komitəsində Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının prezidenti ilə görüş olub
17.06.2020 Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçkilər gələn ilin payızında keçiriləcək
09.06.2020 Milli Olimpiya Komitəsi “Olimpiya günü” tədbirlərini davam etdirir
22.05.2020 MOK-un təşəbbüsü ilə Olimpiya idman növləri üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub
22.05.2020 Milli Olimpiya Komitəsi “Olimpiya günü” nü eyvanlara çıxan Bakı sakinləri ilə qeyd etdi
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
18.05.2020 Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası təxirə salınıb
03.05.2020 MOK yeni layihəyə start verdi
03.05.2020 MOK idmançılar və federasiya rəsmiləri ilə videokonfrans təşkil edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru