Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Dəyişən yalnız cizgilər olacaq
Tarix: 12.01.2021 | Saat: 07:32:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Yeni ilin 5 turu sparrinq və axtarışlarla keçəcək

Milli futbol çempionatının yeni mövsümü COVID-19 koronavirus infeksiyası ilə mübarizə şəraitində keçir. Dekabr ayında mövsümün oyunlarının təxirə salınması planlara ciddi təsir etməyib.

Gözlənildiyi kimi, komandalar pandemiya şəraitində qış fasiləsini də ölkəni tərk etmədən keçirirlər. Mövsüm yanvarın 21-də bərpa olunacaq. Hazırlıq isə bütün klublarda yanvarın ilk günlərindən bənzər qaydada başlanıb. Heyətlərdə böyük yeniliklər gözlənilməsə də, əvvəlki dövrün təcrübəsinə əsasən, kollektivlərdə bəzi oyunçu yerdəyişmələri var. Ölkə xaricindən isə bir əlin barmaqlarının sayı qədər futbolçu transferinin gerçəkləşdirilməsi mümkündür. Komandalar pandemiya şəraitində əsas diqqəti mövcud hazırlıq səviyyəsini optimallaşdırmağa yönəldiblər.
Dekabr ayındakı virusa yoluxma seriyası nəinki turların təxirə salınmasına, eyni zamanda, komandaların fiziki hazırlıq komponentlərinə də əsaslı təsir göstərib. Bu təcrübəyə əsasən, klublar futbolçuların daha çox sağlamlıq və özünütəcrid məsələlərinə diqqət yetirməlidir. Bunun vacibliyini mövsümün əvvəlində xüsusi qeyd etmişdik. Lakin bu istiqamətdə xüsusi bir yanaşma müşahidə olunmadı və nəticəsi də komandaların fiziki natamamlığında özünü büruzə verir. Elə buna görə 14-cü turun görüşlərindən başlayaraq, komandaların təxminən 5-oyunluq seriyasını, hazırlıq matçlarında olduğu kimi, axtarışlar dövrünə bərabər tutmaq lazım gələcək. Sabitliyi qoruya bilən klublar turnir cədvəlində daha çox irəliləyə biləcəklər.

Hazırlığa gəlincə, çempion "Qarabağ" sparrinqlərə "Zirə" ilə başlayıb (14 yanvar), elə bu görüşlə də tamamlayacaq.

Prinsip etibarı ilə baş məşqçinin bu gedişini anlamaq olar. Komandanın optimal oyun sxemi bəllidir və heyətin gücü istənilən rəqiblə müvafiq səviyyədə oynamağa əsas verir. Buna görə daha çox məşqlər oyun kondisiyasını lazımi tempə çatdıra bilər. Klubda yeni oyunçu yoxdur. Bir futbolçu - gənc Musa Qurbanlı isə mövsümü "Zirə"də başa vuracaq.

"Neftçi"də daha fərqli mənzərədir. Komanda yoxlama matçında qüvvəsini sınayıb. Bazar günü "Kəpəz"lə keçirilən görüş 1:0 (Namiq Ələsgərov) hesabı ilə yekunlaşıb. Növbəti və sonuncu sparrinq "Keşlə" ilə ayın 14-də olacaq. Yeri gəlmişkən, kollektivin məşqçiləri sırasına bir əcnəbi əlavə olunub. Fiziki hazırlığa məsul məşqçi 28 yaşlı ispaniyalı Eduardo Karodur. O, əvvəlki mövsümdə "Sumqayıt"da çalışıb. Klubda yeni transfer də gözlənilir. Bu, ilk növbədə, komandaya uyğunlaşa bilməyən konqolu Prins İbarranın heyəti tərk etməsindən sonra gündəmə gəlib. Hələlik bilinən odur ki, yayda transfer edilmiş Cabir Əmirli icarə əsasında "Sumqayıt"ın formasını geyinəcək.

"Keşlə"nin də hazırlıq planında "Neftçi"dən savayı, daha bir qarşılaşma var. Klub bazar günü aşağı dəstədən MOİK-lə qüvvəsini sınamalı idi, lakin bu ideya daxili sparrinqlə əvəzlənib. Komanda yeni ili ilk əcnəbi transferi ilə qarşılayıb. Heyətə Moldovanın "Şerif" klubundan Anatol Abanq cəlb olunub. Kamerun millisinin heyətində 6 oyun keçirmiş 24 yaşlı mərkəz forvardla 1-illik müqavilə imzalanıb. Digər transfer Gürcüstan "Samtredia"sının formasını geyinən Nicat Qurbanovdur. Komandanı tərk edənlər də var. Bunlar özbəkistanlı Şahrux Qadoyev, braziliyalılar Artur Batişta və Alvaru Tavareşdir.

"Sumqayıt"ın hazırlığının əsas hissəsi "Zirə" ilə yoxlama matçı (3:2 - C.İmamverdiyev-2 qol, Hüseynov) olub. Qarşıda "Qəbələ" ilə sınaq da var. Mövsümə fövqəl yüksəlişlə başlayıb, hətta turnir cədvəlində liderliyi ələ alan kollektiv daha sonra uğursuzluqları ard-arda düzməklə yeni ili fərqli hisslərlə qarşılayıb. Maraqlıdır ki, komanda, həmişəki kimi, liderliyin və yaxud yuxarılarda olmağın psixoloji basqısına tab gətirə bilmir. Bu isə oyun nizamında əksini tapir. Hərçənd bunu keçirilən qarşılaşmalarda bir o qədər də hiss etmək çətin idi və ilk baxışda, komanda həmişəki oyununu nümayiş etdirir. Lakin dəyişən də məhz bu zaman yol verilən kiçik nöqsanların cəmində özünü büruzə verir. Klub Əmirlidən savayı, ötən mövsüm-də formasını geyinmiş Mehdi Şərifini də heyətinə cəlb edib. Məşqçi korpusu qış fasiləsi ərəfəsindəki enişin təsirlərini aradan qaldırmağa çalışmalıdır.
"Zirə"nin əsas oyun və oyunçu məlumatları əvvəlki klubların təqdimatında var. "Sumqayıt"la oyunun nəticəsi bəlli olan (2:3 - Volkov, Qurbanlı) kollektiv ayın 14-də çempionla gücünü sınayacaq. Məlumata görə, Musa Qurbanlıdan savayı, mövsüm bərpa olunana qədər komandanın bir əcnəbi futbolçu ilə anlaşma imzalaması mümkündür. Yeri gəlmişkən "Zirə"ni Rəşad Eyubov və braziliyalı Kayu Rangel tərk ediblər.

Klubun əsas problemi hazırda qeyri-sabitlikdir. Komandanın 3-cü pillədə olması isə daha çox "Sumqayıt" və "Keşlə"nin qeyri-sabit və eniş-yoxuşlu mövsüm keçirməsi ilə bağlıdır. Amma fasiləyə qədər baş məşqçi komandada müəyyən oyun nizamına yaxın sabitlik əldə etmişdi. Qış fasiləsindən sonrakı ilk turlarda bunun nə qədər oturaqlaşması və yaxud dəyişməsini görəcəyik.

Mövsümün ən çox məyusluq yaşadan və ümidləri doğrultmayan kollektivi, hazırda turnir cədvəlinin son pilləsində məskunlaşmış "Sabah" da hazırlığı cəmi bir oyunla - yanvarın 14-də "Səbail"lə tamamlayacaq. Ənənə üzrə istər qış, istər yay dövründə transferlərlə zəngin olan komanda bu dəfə moldovalı yarımmüdafiəçi Yevgeni Koçukla yollarını ayırmaqla gündəmə gəlib. Komandaya Bəxtiyar Həsənəlizadədən savayı, "Səbail"də icarə müddəti başa çatan Arsen Ağcabəyov qoşulub. Dünən "Sabah" heyətinə Finlandiya "İlves"inin 21 yaşlı kotdivuarlı hücumçusu Tiemoko Fofananı mövsümün sonuna kimi icarə əsasında cəlb edib. Klub Şakir Seyidovla müqavilə müddətini isə 2023-cü ilin iyun ayına kimi uzadıb.

"Səbail"in də hazırlığının heyətdən kənar sparrinq hissəsi "Sabah"la oyundan ibarət olacaq. Komandanın heyətini icarə müddəti bitmiş Arsendən savayı, Əli Sadıqov, Murad Qayalı, və Arazın o tayından Bəxtiyar Rəhmani tərk ediblər. Müqavilə ilə bağlı yeganə xəbər isə klubun 18 yaşlı yetirməsi Şamil Cəfərovla sazişi 2024-cü ilə qədər uzatmasıdır.

"Qəbələ"də də prinsipial yenilik yoxdur. Sabaha qədər Qəbələdə, daha sonra Bakıda təlim-məşqdə olacaq komanda yanvarın 14-də "Sumqayıt"ın qonağı olacaq. Bu komanda "Səbail"lə yanaşı, mövsümün ən zəif bəndi olmalı idi. Lakin sıx və optimal, həmçinin pandemiya dövründə ən doğru hazırlıqla kollektiv yeni il ərəfəsindəki nəticələri də nəzərə alınsa, ümidverici bir dövr keçirib və hazırda nə oyun, nə də heyətin hazırlığına görə rəqiblərindən geri qalmır.

BATI YAR

Xəbər 337 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru