Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Köçkün" statussuz ilk oyunun vida ümidləri
Tarix: 03.12.2020 | Saat: 08:20:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

“İmarət" arzularına aparan müjdələrlə

Torpaqlarımızın 20 faizinin 30 ilə yaxın sürən işğal tarixinə son qoyan zəfər günlərində bu həsrətin idman rəmzi olan Ağdamın "Qarabağ" futbol klubu ən böyük arzuların tamamilə yeni mərhələsinə qədəm qoyur.

Bəlkə də, bu da rəmzidir ki, vaxtilə "Rusenburq"la oyunda - məhz Ağdamın işğalı günündə başlayan yüksəliş və Avropalı illərin daha bir nidası indi daha fərqli məcrada davam edəcək. Belə bir ovqat işərisində məcburi köçkün statusunu itirən kollektivin oyununu izləmək özü qürurverici idi. Hələ onu da deyim ki, Azərbaycan çempionunun bu yeni statusla, azad şəhərin komandası kimi ilk beynəlxalq oyununu nəinki Ağdamdan, hətta ölkədən kənarda keçirməsinin özü bəlkə də rəmzidir. Dərhal 90-cı illərdə beynəlxalq futbol qurumlarının qərarı ilə milli komandamızın ev oyunlarını Trabzonda keçirməsi yada düşür.

Olsun. Bu da bir tarixdir. Əlbəttə, gün gələcək Ağdam da məşhur "İmarət"ində beynəlxalq yarışları qürurla qəbul edəcək.

Müstəqilliyimiz bərpa edildikdən sonra bəlkə də ilk dəfədir futbolumuza belə ümid, inam gəlir. Ali Baş Komandanın qətiyyəti ilə müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etməsi, bütün sahələrə olduğu kimi, idmana, xüsusən futbola yeni nəfəs bəxş edib. Elə 90-cı illərdəki kimi, komandamız "doğma divar" anlayışını qardaş Türkiyə ilə başlayır. O da xoşdur ki, "ev-eşikli" "Qarabağ"ımızın ilk rəqibi elə qardaş ölkənin təmsilçisi oldu.

Oyunu izləyərkən, bir də ona sevindim ki, matç özü də qəribə təzadların ağuşunda, lakin böyük ümidin qayıdışının rəmzinə çevrildi. Söz yox ki, matçla bağlı fikirlərə lap oyundan əvvəlki soraqlarla başlamaq lazımdır. Onu da “Qarabağ"ın bu illərdəki uğurlarının memarı səsləndirməlidir. “Hər zaman komandama hansı şəhəri təmsil etdiyimizi, hansı adı daşıdıqların məsuliyyətini izah edirdim. İndidən sonra bu işğal haqda yox, bu zəfərdən danışacağam. Şükürlər olsun ki, ordumuzun şücaəti nəticəsində artıq torpaqlarımız düşmən işğalından qurtuldu, inanıram ki, məcburi köçkünlərimiz tezlikdə öz evlərinə qayıdacaq. Həmin şəhərlərimizdə oynayacağımız günü səbrsizliklə gözləyirəm", - deyən Qurban Qurbanovun - əsas futbol ümidimizi, hələ "Qarabağ" adı altında dirçəldən mütəxəssisin sözlərindən sitatın yeri var.

Viran qoyulmuş Ağdam torpaqlarının noyabrın 20-də - ordumuzun ixtiyarına keçdiyi gün onun başqa sözləri yerinə düşür: "İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam şəhəri artıq bu gün işğaldan azad olunur. İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırovun və digər şəhidlərimizin ruhu şaddır. Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik".

Elə biz də bu arzuların qanadında komandanın Avropa liqasında nəzəri şanslarını qorumaq üçün vacib olan matça kökləndik. Onu da bu məqamda xüsusi qeyd etmək lazımdır ki, 90 dəqiqənin yeganə üzücü xəbəri futbol əfsanəsi, kimin üçün tarixin dahi futbolçusu, kimin üçün iki dahisindən biri, kimin üçün əlçatmaz, kimin üçün ünyetməz futbol şəxsiyyətinin haqq dünyasına qovuşması oldu. Bütün dünya idman arenalarında olduğu kimi, "Qarabağ"ın "Sivasspor"la matçı da dünya çempionu, UEFA kubokunun sahibi Dieqo Maradonanın anım mərasimi ilə başlandı.
"Qarabağ" qarşılaşmaya məlum virus, zədə və cəza səbəbilə 5 əsas üzvü olmadan çıxdı. Onsuz da ehtiyat skamyası dar olan kollektiv üçün ağır olan itkilər şəraitində həyəcan daha çox idi. Doğrudur, rəqibin də itkiləri var idi, amma qüvvələrin qeyri-bərabər şəraitində matç lap əvvəldən bəlkə də, son illərdə izlədiyim ən həyəcanlı "Qarabağ"ı gördüm. Artıq ikinci ildir zəifləyən komandanı izləməyimiz, ağrılı iki ili geridə qoyduğumuz, üstəlik, mövcud qəbahətlər içində hər qarışda mübarizə aparan kollektiv görmək özü elə ümidlərin işığı idi. Bu qarşılaşma ovqatı ilə 90-cı illərə apardı - vaxtilə hər mərhələdə güclü rəqiblərə badalaq atan milli komandanın matçlarını xatırlatdı. Hələ bütün bunlar komandanın arxa xəttinin, demək olar ki, tam sıradan çıxdığı bir şəraitdə baş verirdi. Hətta belə düşünmək olardı ki, kaş kollektiv əvvəldən yarışa, bax, beləcə ovqatı yüksək köklənəydi
Görüşün hər hansısa taktiki, strateji elementi deyil, 90 dəqiqə cəmi bir əvəzlənmə ilə keçirən kollektivin məğlubiyyətində qəbahət ənənəvi problemlərlə bağlı oldu. Doğrudur, hakimin şübhəli penalti qərarı olmasaydı, bəlkə də rəqib daha çətin anlar yaşayacaqdı və nəticə də fərqli olacaqdı. Hər şey buna doğru gedirdi. Ümumiyyətlə, "Qarabağ"ın bu oyunu məşqçi korpusunun böyük dəyişikliklərə risksiz də əl atmasının mümkünlüyünü göstərdi.

Maraqlıdır ki, mübarizənin keyfiyyətinə təkcə mütləq konsentrasiya deyil, həmçinin hər mövqedə ən azı bir səmərəli oyunçunun olması diqqət çəkdi. Bu isə kollektiv sıxlıq şəraitində komandanın mübarizliyinin kökü oldu.
Söz yox ki, belə qarşılaşmalarda futbol elementlərindən çox danışmaq olmur. "Qarabağ"ın builki Avropa macərası yeni ümidləri doğurduğu gün də başa çatdı. Komadanı qarşıda iki Avrokubok matçı gözləyir. Bu görüşlərin ümidi isə komandanın qazanacağı xallar ola bilər.

Əsas sabaha ümidlərdir. "Qarabağ"a ən vacib matçları elə gələn ildən doğma şəhərinin meydanında - "İmarət"ində keçirəcəyi ümidindən söz açmaq, həm də tarixinin yeni başlanğıcı olacağını arzu etmək indi daha vacibdir. Bu arzuların qanadında "Qarabağ" klubunun üzvləri noyabrın 28-də diplomatik nümayəndələrin Ağdama səfəri çərçivəsində doğma "İmarət"ində olub. 27 il əvvəl "Turan"la oyundan sonra bir daha doğma şəhərində meydana çıxmayan komanda dağıdılmış stadionunun daşı-daş üstə qalmayan ərazisində məşq edib, rəmzi oyun keçirib, kollektivin üzvləri doğma şəhərin məscidində Allaha ibadət edib, namaz qılıb. Onlar Milli Qəhrəman, torpaqlarımızın azad olunması uğrunda canını fəda etmiş əfasanəsi Allahverdi Bağırovun məzarını da ziyarət edərək ruhuna dualar oxuyublar.
Bu, böyük qayıdışın başlanğıcı olmalıdır.

BATI YAR

Xəbər 370 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru