Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Koronavirus çempionatı bitirdi
Tarix: 29.06.2020 | Saat: 16:43:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Köhnə-təzə çempion və Avrokubokun daha bir ilk iştirakçısı


Azərbaycanda mart atında dayandırılmış milli futbol çempionatının başlanması ilə bağlı sevincli günlərin ömrü 17 gün oldu.

May ayının 31-də "COVID-19" pandemiyası ilə əlaqədar tətbiq edilmiş xüsusi karantin rejiminin növbəti yumşalma mərhələsi idman məşqləri və yarışlarının keçirilməsinə də münbit şərait yaratmışdı. Fürsətdən istifadə edən AFFA-nın müvafiq slahiyyətli orqanları mövsümün başlanması ilə bağlı dərhal müvafiq qərarlar verdi.

Mövsüm bərpa olunur

Mayın 31-də klublar komitəsi müzakirələrdən sonra yarışların aqibəti ilə bağlı müvafiq razılığını və tövsiyələrini verdi. Ertəsi gün İcraiyyə Komitəsi pandemiya dövründə oyunların keçirilməsi ilə bağlı bir sıra təşkilati çətinlikləri nəzərə alaraq, birinci divizionda və Gənclər liqasında yarışları dayandırdı və yekunların mövcud turnir cədvəlləri əsasında elan edilməsi qərarını çıxardı.

Premyer liqa və ölkə kuboku uğrunda yarışların isə 5 əvəzetmə və matçlardan 48 saat əvvəl "COVID-19" testinin keçirilməsi ilə bərpası qərara alındı. Bununla əlaqədar PFL əsasnaməsində koronavirusla bağlı müvafiq yenilikləri, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun dəyişiklikləri edərək yenidən dərc etdi və təqvim hazırlandı.

Mövsüm bərpa olunmadı

Əfsuslar olsun ki, ölkədə pandemiya dalğasının yeni mərhələsi sərtləşdirmə tədbirlərini gündəliyə gətirdi və naməlum vəziyyət futbol mövsümünün meydanlarda tamamlanmadan başa şatdırılmasından başqa çarə qoymadı.
Nəhayət, iyunun 18-də bundan əvvəl Birinci divizionla bağlı verilmiş qərarın təkrarı elan edildi. Qəbul edilmiş qərara görə, klubların turnir cədvəlindəki mövqelərinə uyğun yekunlar elan edilir (11 səs lehinə, 1 səs əleyhinə), yarışı tərk edən olmur, yeni mövsüm yarışları, eləcə də milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması üçün işçi qrup yaradılır, cərimələrin tətbiqi ləğv olunur. Komandaların yeni mövsümə Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara və tövsiyələrə riayət etməklə hazırlaşmasına icazə verilir.

Yekun necə oldu

PFl İcraiyyə Komitəsinin qərarlarından sonra yekunları açıqladı. Beləliklə, "Qarabağ", ardıcıl 7-ci dəfə olmaqla, 8-ci çempionluğunu qeyd edir və ölkəmizi UEFA Çempionlar liqasında təmsil edəcək və ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Bununla kollektiv, həm də "Neftçi"nin tarixi nailiyyətini də təkrarlamış oldu. Bu, həm də kollektivin 14-cü fəxri kürsüsüdür. Bu cəhətdən komanda yalnız "Neftçi"dən geri qalır.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov üçün bu nəticələr əlamətdar tarixdir. Çünki o, bununla 7-ci çempionluğunu yaşayır və cəmi 11-ci dəfə mükafatçı olaraq, özünə məxsus rekordu bir qədər də möhkəmləndirir. Komandanın mükafatları iyunun 20-də təqdim edilib.

18-ci dəfə medallara sahib çıxan "Neftçi" isə dalbadal ikinci ildir gümüş mükafatçı olur. Klubun "sükançı"sı Füzuli Məmmədov üçün bu, ilk belə mükafatdır və bunnunla o, medalçı olan 38-ci məşqçi kimi də tarixdə yer aldı.

"Keşlə" ikiillik həsrətə son qoyaraq, medalçılar sırasına düşür. Maraqlıdır ki, kollektiv cəmi bir il əvvəl liqanı tərk etməyə namizəd idi. Yalnız aşağı dəstədən lisenziyalaşdırma tələblərinə əməl edən tapıılmadığı üçün yerini qorumuşdu. Klubun yüksəlişinə nail olan baş məşqçi Tərlan Əhmədov iki il öncə "Neftçi"ni də bataqlıqdan çıxararaq eyni uğuru təkrarlamışdı.

PFL-in məlumatına əsasən, 1992-ci ildə ilk dəfə keçirilmiş milli çempionatın elitasında bu vaxta qədər 17 klub mükafatçılar sırasında yer alıb.

"Neftçi" və "Keşlə" ilə yanaşı, ölkəmizi avrokuboklarda 4-cü yerin sahibi "Sumqayıt" təmsil edəcək. Hər üç kollektiv UEFA Avropa liqasında qrupa düşmək üçün səy göstərəcək. Yeri gəlmişkən, bu, sumqayıtlıların tarixində ilk Avrokubok sevdası olacaq. Hər 3 klub çempionatda ev oyunlarını keçirdiyi stadionlarda avropalı rəqibləri qəbul edəcəklər.

Premyerliqada ən məhsuldar oyunçu siyahısında isə dördtirəlik yaranıb. Hərəyə 7 qol vurmuş "Sumqayıt"dan Peyman Babayi və "Qarabağ"lı Mahir Emreli, "Neftçi"dən Stiven Monroz və Baqali Dabo bombardir kimi mükafatlandırılacaqlar. Birinci divizionda isə Musa Qurbanlı ("Qarabağ-2") 15 qolla bombardir olub.

Yeni mövsümə və Avropkuboklara nə ilə

Yeni mövsümü avqustun 16-sı başlamaq planlaşdırılır. Amma hər şey pandemiya ilə bağlı vəziyyətdən asılı olacaq. Yeri gəlmişkən, AFFA-nın lisenziya komissiyası yeni mövsümdə UEFA klub turnirlərində və ölkə Premyer liqasında iştirak etmək üçün klubların müraciətinə də baxıb. Avropa klub kuboku yarışlarında "Qarabağ", "Qəbələ", "Neftçi", "Sumqayıt", "Zirə", "Səbail, "Keşlə" və "Sabah" iştirak edə bilər. Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş "Kəpəz", "Ağsu", "Turan Tovuz", "Qaradağ-Lökbatan" və "Zaqatala" klublarına lisenziya verilməyib. Beləcə, gələn növsüm də milli klub futbolunda elitanın tərkibi dəyişməyəcək.

Komandaların yeni mövsümə hazırlığını da artıq başlamış saymaq olar. Çümpion Maqaye Geye ilə yollarını ayırıb və ilk transerini reallaşdırıb. Bu, Portuqaliya "Deportivu Şaviş"indən 27 yaşlı kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medinadır. Klubu braziliyalı qapıçı Vaqner da Silva, onun həmvətəni Aylton Silva və mərakeşli müdafiəçi Feysəl Rerras da tərk edir.

"Neftçi" də bəzi qərarlarını açıqlayıb. Klubun ilk transferi "Keşlə"dən Cabir Əmirli oldu və 23 yaşlı müdafiəçi ilə 2-illik müqavilə bağlanıb. Komandanı Vild-Donald Geryedən sonra yarımmüdafiəçilər Vangelis Platellas və Soni Mustivar, eləcə də müdafiəçi Tural Axundov tərk ediblər. Baqali Dabonun sosial şəbəkədəki yol verdiyi yanlışlıq klubun imicinə xələl gətirdiyi üçün futbolçuya maliyyə sanksiyası tətbiq edilib və o, komandanın gələcək oyun planlarına daxil olmadığından müqaviləsi bitdiyi 30 iyun tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək.

Əmirlini "Neftçi"yə təslim etmiş "Keşlə" yarımmüdafiəçi Ruslan Qurbanovla müqaviləni qarşılıqlı razılıq əsasında yeniləməyib. Komanda iyulun əvvəlindən toplanışlara başlamaq niyyətindədir.

Yeri gəlmişkən, "Sabah" digərlərinə nəzərən daha fəaldır. "Qəbələ"dən Amin Seydiyev, Samir Məhərrəmli və İdris İnqilablını heyətinə cəlb etmiş klub yarımmüdafiəçi Vadim Abdullayev və müdafiəçi Kərim Diniyevlə vidalaşıb, hücumçu Xulio Rodrigeslə müqaviləni yeniləyib.

Hələlik, klublar özləri də kornavirus bəlası ilə bağlı suların nə vaxt durulacağını bilmədiklərindən hazırlıq planlarını da tam açıqlaya bilmirlər.

UEFA-nın qərarları

Avropa futbolunun başbilənləri ümumi vəziyyəti müzakirə edərək, qitə klub kuboku yarışlarını "Səkkizlər finalı" formatında Lissabonda başa vurmaq qərarına gəliblər. 1/8 finalın "Yuventus" - "Olimpik"Lion, "Barselona" - "Napoli", "Mançester Siti" - "Real"Madrid və "Bavariya" - "Çelsi" görüşləri avqustun 7-8-də keçiriləcəklər ("Atalanta", "Atletiko"Madrid, PSJ və "Leypsiq" 1/4 finaldadırlar). Lakin yerlə bağlı qərar açıqlanmayıb (Mümkün variant - Portudakı "Estadiu du Draqau" və Gimaraeşdəki "Estadiu Dom Afonsu Henrikeş"). "Səkkizlər finalı"nın 1/4 finalı - 12-15 avqust, 1/2 finalı - 18-19 avqust, finalı isə 23 avqusta planlaşdırılıb. Oyunlar "Eştadiu da Luş" və "Joze Avalade" stansionlarında olacaq. Bu səbəbdən İstanbul gələnilki, Sankt-Peterburq isə 2022-ci ilin finallarının ev sahibləri olacaqlar.
Avropa liqası eyni qayda ilə Almaniyada - Köln, Duysburq, Düsseldorf və Gelzenkirxendə 10-21 avqustda başa çatdırılacaq. 1/8 final oyunları avqustun 5-6-da keçiriləcək. Sonra 1/4 final 10-11 avqustda, yarımfinal - 16-17 avqustda, final 21 avqustda (Köln) olacaq.

İyulun 10-da püşkatmalar keçiriləcək.

Qdansk Avroliqanın finalını gələn il qəbul edəcək və bu qayda ilə digər finalların məkanları (Sevilya, Budapeşt) bir il sonrakı yarışa yekun vuracaqlar.
Bizi maraqlandıran isə gələn ilin təqvimidir. UEFA hər iki yarışın formatını təsdiqləyib. Çempionlar liqasında, pley-off raundu istisna olmaqla, digər təsnifat yarışları bir oyundan ibarət olacaq. Avropa liqasında isə qrupa qədər hər mərhələ bir oyundan ibarət keçiriləcək. Ev sahiblərini püşk müəyyən edəcək.

Təqvimə də nəzər salaq

Çempionlar liqası: ilkin təsnifat - 8 və 11 avqust, 1-ci təsnifat - 18/19 avqust, 2-ci təsnifat - 25/26 avqust, 3-cü təsnifat - 15/16 sentyabr, pley-off - 22/23 və 29/30 sentyabr.
Qrup mərhələsi: 20/21 və 27/28 oktyabr, 3/4 və 24/25 noyabr, 1/2 və 8/9 dekabr.
Avropa liqası: ilkin təsnifat - 20 avqust, 1-ci təsnifat - 27 avqust, 2-ci təsnifat - 17 sentyabr, 3-cü təsnifat - 24 sentyabr, pley-off - 1 oktyabr.
Qrup mərhələsi: 22 və 29 oktyabr, 5 və 26 noyabr, 3 və 10 dekabr.
Qrup mərhələsinin püşkü Afinada oktyabrın 1-2-də keçiriləcək.
Builki Superkubok oyunu sentyabrın 24-də Budapeştdə "Puşkaş Arena"da, növbəti illərdə isə Belfastda (2021), Helsinkidə (2022) və Kazanda (2023) keçiriləcək.

BATI YAR

Xəbər 551 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru