Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Yorğun “Qarabağ" və təqibçiləri
Tarix: 28.12.2019 | Saat: 07:10:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Mövsümü canlandırmaq mümkün olacaqmı?

Milli klub futbolu mövsümündə kubokun 1/4 final görüşlərindən sonra uzun fasilə başlandı. Kubokun bu mərhələsində bütün iştirakçıların elita təmsilçiləri olduğunu nəzərə alsaq, nəticələr fasilə dövründə klublara son istiqamətverici göstərişləri kimi qəbul oluna bilər. Üstəlik, yarışın formatı bu məsələni çempionatdan daha qabarıq şəkildə üzə çıxarır.

Beləliklə, yanvar ayı ərzində elitarlar yeniləşmək üçün son cəhdlərini göstərəcəklər. Fevralın 1-də bərpa olunacaq Premyer liqa turnirinə kimin nə ilə çatacağını indidən söyləmək çətindir. Çünki klubların hələ də ciddi bir planının və yenilik üçün prioritetlərinin olmadığı aşkardır. Hər halda ilkin araşdırmalar göstərir ki, elita təmsilçilərinin, ən azı, transferlərlə bağlı konkret planları yoxdur və ya məhdud çərçivədədir. Ənənə üzrə "oradan-buradan" prinsipi ilə heyətə uyğun gələn adlar axtarılacaq.

Söhbətə "Qəbələ"dən başlamaq olar. Çünki son illərdə əsaslı iş görmək istəyən klubda vəziyyət qeyri-müəyyənliyə üz tutub. Böyük futbol anlayışı ilə əsaslı təsərrüfat qurub, sistemli fəaliyyət üçün zəmin yaratması fonunda əsas komanda ilə bağlı yaranan suallar qeyri-sabitliyin mənbəyinə çevrilməkdədir. Bu vaxta qədər belə klubların sıradan çıxması futbolumuz üçün ağır nəticələnib. Hər dəfə əsas komandanın rəqabətdən çıxması ilə bütün qurulmuş sistem dağılıb. Bunun acı təsirləri mərkəzləşmiş qaydada tənzimlənməyən futbolunun taleyində də əksini tapır. Buna görə də AFFA-nın uşaq futbolunda nizam-intizam yaradaraq, onun təşkilati dayaqlarının möhkəmləndirilməsinə nail olmasına kəskin zərurət yaranıb. Ən azı, sığortalanmış və yaxud dəstəkverici, stimullaşdırıcı tədbirlərə, bu işin məhsuldarlaşmasına təsirli addımlar yetərli olmalıdır.

Əlbəttə, bütün bunlar barədə zamanla söhbət açırıq. Hazırda isə fasilə - yeni axtarışlar dövrünə qədəm qoymuş cari mövsümə nəzər salmaq lazımdır.
Son illərin əvəzsiz liderinə çevrilmiş "Qarabağ"ın Avropa səhnəsinin əsas yarış mərhələlərində artıq ənənəyə çevrilmiş iştirakına rəğmən, nisbi uğursuzluqları müşahidə olunurdu. İlk əvvəl bu, komandanın milli çempionatdakı nəticələrinə təsir etmirdi. İkinci dövrə oyunlarında əsaslı eniş hiss olunmağa başlandı. Bu yorğunluqla əlaqələndirilsə də, zənnimcə, komandanın heyəti Premyer liqada iddialı rəqabət üçün yetərlidir. Bu səbəbdən yorğunluğun daha çox psixoloji əsaslarını axtarmaq lazımdır. Son illərdə komandanın məhz bununla bağlı ciddi problemləri aşkar görünür. Onun Avropadakı oyunu ehtiyat skamyasının kiçikliyi və darlığı ilə izah oluna bilər. Lakin motivasiyanın yetərincə olmaması da bunun tərkib hissəsidir.
Oyun sarıdan problemlər daha çox "Neftçi" ilə oyunda özünü büruzə verdi. Kluba futbolçu standartlarına ənənəvi baxışı dəyişmək lazımdır. Daxili rəqabətdən çox, yetişməkdə olan yerli futbolçulara münasibətdə və onların heyətlə həmahəng məşq prosesinə münasibətdə də axsamalar var. Bundan savayı, illərdir Avropaya çıxan bir klubun hələ də oyunçu transferləri siyasətini dəyişməməsi qəribədir. Konkret vəzifələr də aydın deyil. Əlbəttə, bütün bunlar heç də yerli futbol arşını ilə sadalanmır: bu mənada hər şey qaydasındadır. Çünki fasilədən sonra "Qarabağ"ın fikri yalnız çempionata köklənəcək.

Mövsümün ən çox rəqabət ümidi bəslənilən komandası kimi, "Neftçi" ziqzaqları yenə labirintə çevrilməkdədir. Əlbəttə, yeni sükançı ilə çox şey dəyişib. Fəqət bunlar oyun sabitliyindən çox, qeyri-müəyyən eniş-yoxuşlarla gündəmə gəlir. Avropada "Arsenal" üzərində qələbədən sonrakı eyforiya ilə qəfil enişin milli çempionata təsir etməsi, sonrakı yüksəliş və ardınca yenidən qəfil eniş komandada peşəkar yanaşma tərzindəki təzadları əyani nümayiş etdirir. Bu, sabitliyə doğru addımlara mane olur. Ümumi fiziki və funksional hazırlıqda müsbət tendensiya bəzən oyunlarda konkret vəzifələrin doğru seçilməməsi ilə təzadları dərinləşdirir. Nəticədə, qarşıdakı dövr böyük seçim qarşısında qalan klubun konkret hədəflərə köklənməsi üzərində qurulmalıdır.

Ötən mövsüm elitadan aşağı yuvarlanmalı olan "Keşlə"nin yüksələ biləcək bir komandanın olmaması səbəbi ilə Premyer liqada qalması düşərli olub. Əslində, elə keçən mövsüm hiss olunurdu ki, komanda dəyişir. Bunun da nəticəsi görünür və artıq medallar uğrunda rəqabət aparılır. Hərçənd dəyişmək üçün yeniliklərə ehtiyac var. İlk əvvəl oyunçulara. Çatışmayan sabitliyin başlanğıcı buradadır. Baş məşqçinin mövcud potensialdan tam istifadə etdiyi aydındır. Uğurlu Frutos transferi ilə yanaşı, "Keşlə"nin daha bir neçə mövqedə, xüsusən orta sahədə yeni təpərli futbolçularla güclənməsinə ehtiyacı var.

Ümumən hazırda ikinci pillədə növbə ilə bir-birini əvəz edən "Neftçi" ilə "Keşlə"nin hazırkı durumunun əsas səbəbkarları heç də özləri deyil. Buna digər rəqiblər qeyri-sabitliyi ilə daha çox yol açıb.

Turnir cədvəlinə əsasən, "Sumqayıt" və "Zirə"nin medallara yaxınlaşma şansları daha yüksəkdir. Kubokda yarımfinala çıxmış kollektivlər üçün prioritet vəzifələr aydındır: oyunçu potensialını gücləndirməklə ümumi baxışları tənzimləmək. "Sumqayıt" ümumən son illərdə formalaşmış kursunu bir qədər korrektə etməlidir. Ümumi prinsiplərdə transferlər daha əsaslı və məqsədyönlü olmalıdır. Çünki Avropa arenasına çıxmaqla yanaşı, orada uğur üçün təməl qoyulmasa, milli çempionatda yüksək vəzifələrdən bəhs etmək mümkün deyil. Bu məsələ həm də klubda inkişafın yeni mərhələsinin başlanğıcını qoya bilər. Mövcud heyət bunun üçün yetərli olmayacaq.

"Zirə" köklü və təsirli qərarlarının müvəqqətliliyinə nəzər salmalıdır. Təkcə vəsaitin xərclənməsi və sabit heyət quruculuğu deyil, işə konseptual yanaşmanın zamanı yetişib. Bu olmadan qərarlar elə builki məşqçi dəyişiklikləri kimi dəyişkənliyi və nəticədə, qeyri-sabitliyi xarakterik problemə çevirəcək.

Son pillələrdə qərarlaşmış üç klubdan daha çox "Sabah"ın yüksəliş ümidi əsaslı görünür. Onun ortabab güclülərdən olmaq üçün oyunçu potensialı var, amma bu iddialı olmağa kifayət etmir. Bəlkə ötənilki temp daha peşəkarcasına yönləndirilsəydi, effekti görünərdi. Qeyri-sabitliyin ləngərə çevrilməsinin başlanğıcı infrastruktur problemləri ilə bağlıdır. Komandanın ümumi kursunu yönləndirə biləcək kadr potensialı çatışmır. Bu mövsüm üçün əsas məqsədlər hələ indi yeni sükançı ilə ortaya qoyulmalıdır. Qış fasiləsində komandanın simasının müəyyən edilməsinə cəhd göstərilməlidir.

"Səbail"in vəzifələrinin aydınlaşması artıq klubun idarəedici strukturundan asılı olacaq. Bu mənada qərarlar daha çox kollektivin məqsəd və vəzifələrinin müəyyən olunmasından başlamalıdır. İstənilən halda möövcud sonuncu pillə reallığın aynasıdır. Qazanılan xallar isə əksinə, mümkün təpərin olmasını, lakin yaşananların da izsiz ötüşməyəcəyinə işarədir. Nəyisə dəyişmək üçün qəfil oyanış lazımdır. Bunun reallığı hələlik şübhə doğurur.

BATI YAR

Xəbər 1052 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru