Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Hədəflərə aparan yolun sonunda
Tarix: 03.12.2019 | Saat: 16:00:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

İlğım, reallıq və həqiqətin aynasında

Azərbaycan milli futbol komandası daha bir seçmə mərhələni təkcə qrupunun deyil, ümumən bütün yarışın ən zəiflərindən biri kimi başa vurdu. Deyiləcək çox söz yoxdur, çünki oyunla bağlı dilə gətiriləcək nəsə qalmayıb.

Ümid sonda ölər prinsipi ilə, heç olmazsa, yarışı yaxşı bir nəticə və gələcəyə ilğım soraqlı nağılla başa vurmaq da olardı. Bunun üçün, səfərdə olsa belə, son nəfəsdə qarşılaşmaya cəsarət, cürət, inad və israrla çıxmaq lazım idi. Bunu nə məşqçidən, nə də futbol oynamaq üçün meydana çıxan əksər top qovanlardan görmədik. İki debütanta şans verməklə, işini bitmiş sayan məşqçinin hələ ötən görüşdən əvvəl gəncləşdirmə ilə bağlı "bir əfsanə" söhbətinin bu dəfə heç yeri də deyildi.

Əgər bu gənclərə qorxaq futbol təlqin olunacaqsa, onda 24 il əvvələ - Avropa rəsmi futbol səhnəsində ilk sınaqlar dövrünün həyəcanlı anları yada düşər və o halda əldə olunan indiki cəmi-cümlə bir xala görə kimisə qınamaq olmazdı. Amma üzərindən yeni nəsillər yetişdirilməli olan onilliklər keçib.

Baş məşqçi itiriləsi bir şey də qalmadığı halda futbolçulara güvənib, parlaq və açıq futbol oynaya bilərdi. Əvəzində əvvəlcə bir xalı, matçın sonrakı gedişində isə minimal hesablı məğlubiyyəti qorumağa yönəlmiş tərzin cəzası ağır ola bilərdi, əgər rəqib elə həmin imkanı şişirdilmiş Slovakiya olmasaydı. Bu seçmə mərhələdə obyektiv olaraq, millinin ən yaxşısı seçilmiş Ramil Şeydayev istisna olmaqla, heç olmazsa, şəxsi imicini qorumağa çalışan bir futbolçu da görmədik. Əlbəttə, birnəfərlik siyahıya, zorən ikincini də əlavə etmək məcburiyyəti yaransa, son oyunlarda etimad göstərilən Bəhlul Mustafazadəni əlavə edə bilərik. Bunların bir izahı var: Ramil ölkə xaricində özünü göstərmək üçün səylə çalışır və istəyi də yüksək səviyyədə oynamaqdır.

Əlbəttə, qrupu mürəkkəb saymaq olar, lakin bu yarışı cəmi 1 xalla, o da qrup favoritinin səhlənkarlığından hədiyyəsi ilə başa vurmaq absurddur. Yəni qalan rəqiblərdən heç olmazsa, birindən xal qoparılmalı idi. Yarışın əvvəlinə diqqətlə baxsaq, hər üç rəqib əlçatan idi və ünyetməz deyildi, əksinə, zərbələr vurmaq üçün ən münasib durumda idilər. Lakin hər dəfə özünə və məşqçiyə haqq qazandırmaq cəhdlərinin sonu belə də olmalı idi. Belədə milli komanda ilə bağlı "niyə" və "nədən" suallarının da yeri qalmayıb. Çünki bu gəldi-gedər məşqçilər kimi, yerli miqyasda qalıb, böyüməyə can atmayan, xəyalları olmayan və görünən odur ki, bu gedişlə olmayacaq - yalançı dəyər verilmiş və ya süni şəkildə şişirdilmiş futbolçular dərnəyinə zorən və həqiqi istedadlar gətirilməyincə belə də olacaq. Məşqçinin həqiqi uğuru məhz bu istedadlar ola bilərdi. Ona görə də gəncləşmə imici hələlik inandırıcı görünməyən və yalnız statistik yaş göstəricisindən başqa bir şey deyil. İlğım sözünün mənasını isə hər kəs bilir: təxəyyülün gücü, ürək yanğısının, fiziki taqətsizliyin psixikaya diktə etdiyi və reallıqlardan çox-çox uzaq xam xəyal.

Bütün bunların bir yekunu var: nə qədər ki, məşqçi normal şərtlər və tələblər daxilində seçilməyəcək, nə qədər ki, məşqçi obyektiv, arayıb-axtardığı kadrları (hətta zəif olsalar belə) seçməyəcək, dəyişən çox şey olmayacaq. Nisbi uğurlar da bunu dəyişməyəcək. Yadınızdadırsa, Foqts gətiriləndə, hədəf 2020-ci il idi. Bu da həmin hədəfin son göstəricisi: 1 xal və ötən illərin müqayisəli zəminində tarixin ən zəif nəticəsi.

"Nə dəyişməlidir?" - cavab yoxdur, çünki cavabdan yalnız sual doğur - "Nə dəyişməməlidir ki?"

BATI YAR
Xəbər 1054 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru