Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Dövrənin lap əvvəlində qış arzuları
Tarix: 22.10.2019 | Saat: 07:57:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Burulğan çempionat

Milli futbol çempionatının Premyer liqasında ikinci dövrə start götürdü. Birinci dövrə hadisələr burulğanında o qədər qarışıq, qeyri-sabit və ümumən o qədər ağır keçdi ki, elə bil bir çempionatlıq yol keçilib.

Ümumi mənzərəyə baxanda, bir komandanın - zirvədə qərar tutmuş "Qarabağ"ın sabitqədəm oyunu var. Bu da bəlkə zəruri təsadüfdəndir ki, tarixdə ilk dəfə avrokubok uğuruna sevinmək şansı yaranıb və milli səviyyədə rəqiblərdən yaranmış xal fərqi bir proloq, bir fürsətdir.

Lakin ikinci dövrə başlayar-başlamaz, tam rahatlaşmış, arxayınlaşmış "Qarabağ" mövsümün autsayderliyinə potensial namizəd olan "Qəbələ" ilə görüşdə iki xal itirdi. Əlbəttə, dəyişən və ya dəyişdirən böyük hadisə baş vermədi - komanda zirvəsində məğrurcasına tək dayanıb. Belə müəmmalı durumları olmasa, yəqin ki, bu məqamdan ona aşağı salmağa cürəti çatan olmayacaq. Bir sözlə, "Qarabağ" bu mövsüm özü-özü ilə yarışmaq fürsəti əldə edib. Yekunda çempion olsa da, olmasa da, səbəbkarı özü olacaq. İndi onun ikinci yerlə fərqi 8 xaldır, başqa sözlə üç qələbəyə bərabər məsafədədir. Yeri gəlmişkən, ikinci yerlə sonuncunu da elə bir o qədər, yəni 8 xal ayırır. Lakin xal fərqi eyni olsa da, xarakteri fərqlidir. Bu da məhz sabitliklə bağlıdır. Qalan 7 klubun hər biri o birinə badalaq vura-vura 8 xallıq tam əridə bilər.

Onların arasında ən sabit oyun göstərməyə iddialı və buna potensialı olan "Neftçi"dir. Hətta ikinci dövrənin açılış turu da göstərdi ki, böyük hesaba rəğmən, kollektiv üçün təhlükələr sovuşmayıb. Lakin əldə olunan qələbələr, yüksəldiyi ikincilik inam gətirə bilər və oyunçu səviyyəsi ilə strateji hədəfləri doğru müəyyən etsə, 8 xallıq fərqi aradan qaldırmasına böyük stimul əldə edə bilər. Bunun üçün mətbəx söhbətlərinə son qoymağı bacarmaq, heyəti toparlamaq lazımdır. Bir sözlə, bu iki komandanın əsas fərqi heyətin bişmiş taktiki çərçivələri ilə bağlıdır. "Neftçi" qəribə şəkildə sanki formalaşmaqda olan düzülüşü və sxematikliyini itirməklə yeni yol axtarışındadır və bu da şübhələrin təməlidir.

Maraqlıdır ki, bu gün ölkə çempioantında ilk üçlükdə yer almaq uğrunda mübarizə aparacağı gözlənilən iki klub hazırda "Qəbələ" ilə ən aşağı qatları paylaşır. Bu üç kollektivin qeyri-sabitliyinin ən əyani göstəricisi məşqçi qərarsızlığıdır. "Zirə"də bu mənada çox maraqlı və müəmmalı dürüm var - son belə addım Samir Abbasovun gedişidir.
Əlbəttə, "Səbail"lə "Sumqayıt"ın da əsas problemi oyunçuların potensial imkanlarının müəyyən edilməməsidir. Lakin hər iki halda məşqçi korpusu ilə bağlı məqam çox azdır. "Səbail"də bunu daha çox maliyyə burulğanı iddiası ilə əsaslandırılırsa, "Sumqayıt"da artıq illərin vərdişinə çevrilmiş və kök salmış psixoloji durum sözünü deyir. Onun formalaşması üçün lazım olan iki-üç güclü və idarəedici funksiyalı liderin tapılmasıdır.

Ümumən çempionat iştirakçılarının fiziki hazırlığı qəribə şəkildə elə ilk turlardan rəsmi oyunların tempi ilə artmaq əvəzinə geriləyir. Komandaları mənasızlaşdıran əsas elementlərdən biri müdaifəyə meyilli oyun xarakterinin də düzgün seçilməməsidir. Halbuki "ilk səhvə qədər" prinsipi ilə bunu normal şəkildə tətbiq etmək mükün deyil və təbii ki, qeyri-sabit nəticələrə də aparan budur. Yekun olaraq, elə bu natamamlığa görə hansısa inkişaf sürətindən danışmaq olmur.
Bəlkə də son tur istisna olmaqla bu mənada az-çox "Keşlə" irəlidədir. Komandanın orta oyun sürəti turdan tura maraq doğurur. Potensial əksərən normal şəkildə oyun ərzində xərclənir. Buna görə də imkanları da optmail dəyərləndirməyə yaxındır. Əslində, komanda oyunçu planında belə digər prinsipial rəqiblərindən irəlidə deyil. Diqqət çəkən məqam klubda müdafiədən hücuma doğru anlaşılan oyun sxeminin və dəst-xəttin formalaşmasıdır. Burada daha çox və məhz "dəst-xətt" anlayışı kluba məzmun və forma yaxınlığını gətirir. Təəssüf ki, elə "Sabah"la matçda bir-birinin ardınca rahatlıqla, arxayınlaşma, bəlkə də haradasa yorğunluğun gətirdiyi sayıqlığın itirilməsi ilə yaradılan hücum epizodlarının əldən verilməsi rəqibin istədiyi sonluğa yol açdı.

O da maraqlıdır ki, baş məşqçili dövründə, daha sonra köməkçisinin rəhbərliyi ilə, indi isə İqor Ponomaryovla "Sabah" bir-birindən fərqli templi, xətli, düzülüşlü oyun göstərib. Elə təkcə "Keşlə" ilə matçda üç-dörd tipli komandanı müşahidə etmək mümkün idi. Belə bir heyəti toparlamaq üçün məhz məşqçi əli lazımdır. Müqayisə üçün bu mənada "Zirə" daha öndə idi, lakin sükançı dəyişikliyi ilə indi buna yenidən başlamaq lazım gələcək.

UEFA-nın maliyyə vəsaitinə də qovuşmuş "Səbail"in bundan sonrakı halı maraqlı olacaq. "Sumqayıt"ın illərin axtarışlarına nə vaxt çatacağını müəyyən etmək hələlik çətindir. Bu dəfə komandanı çox maraqlı ampluada görmək olur. İndi məşqçi korpusu rəhbərliyinin etimadı və bir az da dəstəyi ilə əsas strateji hədəfləri düz müəyyən etməlidir. Sümqayıtlılar qoldan sonra tam geri çəkilmədən meydanda öz şərtlərini də diktə etməyə çalışdılar. Elə bu da dediklərimizə daha bir əsasdır. Deyərdim ki, buna səfi yerində olmayan "Səbail" də təkan verdi. İstənilən halda, belə məqamların cəmi komandaların simasını və perspektivini müəyyənləşdirməyə kömək edir.

Bax, beləcə, gördüyünüz kimi, bir klubdan danışanda, o birini ona tay tutur, bir oyundan söz açanda, mütləq bənzər təzadlar ortaya çıxarırıq. Deməli, bu yarışda kimin kimdən güclü olması prinsipi əsas deyil. Bəlkə fasilə nəyisə dəyişdi. Az qala mövsüm başlayandan qış fasiləsindən söz açırıq. Bu isə mövsümün burulğan içində olmasını və hələ də dəyişməyən mənzərə içində olduğunu göstərir. Qış fasiləsinə qədərsə gah o yana, ga da bu yana qanrılan klublardan hansısa yola düzlənsə, daha sürətlə finiş xəttində istədiyi məqama çatacaq.

BATI YAR

Xəbər 1042 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru