Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Artıq dəyişmək lazımdır
Tarix: 24.09.2019 | Saat: 11:00:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Belə qrupda uğurun təməli oyun və güc nümayişidir

"Qarabağ"ın Avropa liqasında daha bir macərası başlandı. Lakin əvvəlki illərdən fərqli bu dəfə ümidlər də, tələblər də əsaslı şəkildə komandanın qrupdan çıxması üzərində qurulub.

Əlbəttə, ilk matçda mütləq favoritlə üz-üzə gələn komandanın məğlubiyyətində gözlənilməz heç nə yoxdur. Ən əsası, qalanları qrupdan çıxmaq üçün kollektivin dişinin altında olan iştaha bab olan rəqiblərdir. Özü də birinin üzərində səfər qələbəsi var, digərinə də qalib gəlməmək üçün elə bir bəhanə də yoxdur. Söz yox ki, bu rəqibləri asanlardan da asan hesab etmirik, sadəcə, onların yenilməsi reallığın elə özüdür. Amma meydan da, şeytan da göstərir ki, rəqiblərə yuxarıdan aşağı baxmaq olmaz. Ən azı, APOEL-in Bakıda parlaq qələbəsinin şahidi olmuşuq, Lüksemburq klubu isə elə Kiprdə qələbə qazanmaqla ötən ildən başlanan yüksəlişin əsassız olmadığını bir daha əyani nümayiş etdirib. Lakin ehtiyatlı danışmağa da hər bir əsasımız var. Təkcə APOEL-ə Bakıdakı məğlubiyyət, yaxud "Düdelanj"ın qələbəsi deyil, "Sevilya"ya məğlubiyyətin tərzi və təhəri, oyunun ruhu və məğzi komandamıza fərqli gözlə baxmağa vadar edir. "Sevilya"ya münasibət, əvvəldən əyilən boyunun mənasını anlamaq çətindir. Bu gün meydanda mübarizə göstərməyən "nə tökərsən aşına" məsəlini də unutmamalıdır.

Çox maraqlıdır ki, "Sevilya" "Qarabağ"a diqqət edib, onu öyrəndiyinin damlası qədər Ağdam təmsilçisi rəqibinə sayğı göstərmədi, heç məlumat toplayana da oxşamadı. Yox, əgər belə deyilsə, bu qədər diqqətsizlik mümkündümü? Başqa sözlə, məşqçi korpusundan oyunçusuna qədər tam yanlış bir taktiki-strateji plan üzərində oyun qurulmuşdu. Ya da belə çıxır ki, səhvən "Sevilya" əvəzinə "Atletiko" klubu barədə məlumat toplanılmışdı.

Bəlkə yenə əsas vəzifə - qrupa düşmək öhdəliyi yerinə yetirilib deyə, bundan sonra oynamaq fikrindən daşınıb kollektiv. Təbii ki, "Qarabağ"ın "Sevilya" barədə ümumi məlumatının olmaması absurddur. Heç olmasa və yəqin televiziya ilə oyunlarına baxıblar. Amma bir planlı işin əksini meydanda görməyəndə, başqa qiymət vermək olmur. Bəlkə komanda aqibəti ilə əvvəldən barışıb. Amma bu təslimçi ruhunda meydanda 90 dəqiqə var-gəl etməyə haqq vermir. Bu gün mübarizə göstərməyənin sabah qələbə qazanmağa haqqı olmamalıdır.

Əvəzində, "Sevilya"nın qalib gələcəyini əvvəldən də böyük gümanla müəyyən etdiyi "Qarabağ"ı dərindən mənimsəməsi, çözməsi, ona diqqətlə yanaşaraq, hər detalı öyrənməsi oyunun gedişində də aydın görünürdü və nəticədə, həzm prosesini sadələşdirdi. Elə bu səbəbdən əndəluslar ikinci hissəyə tam eyni və aram ritmlə çıxıb, get-gedə istədiyini bənd-bənd icra etdi. Yəqin "Sevilya" çoxdandır, ən azı İspaniya çempionatı başlayandan bu yana, bu qədər ləzzətli qələbə qazanmamışdı.

"Nə üçün meydanda ləng, qorxaq, hətta ilk hissəsi, daha sonra tam bir saatı heç-heçə bitən qarşılaşmada hər şeyi rəqibin ixtiyarına vermişdi", - deyə soruşsaq, əminəm ki, düz-əməlli bir cavab da tapmaq və almaq mümkün olmayacaq. Baş məşqçinin dəyişikliklərinin mənası aydın idi. Lakin artıq həmin vaxta qədər tamam solmuş, sanki illərin yorğunluğundan çıxmış bir komandanı qəflət yuxusundan ayıltmaq mümkün deyildi. Belə bir qənaətə gəlmək olar ki, "Qarabağ" əsl praqmatizm nümayiş etdirərək özünü yormadan növbəti oyunlara hazırlaşır. Bəs elə isə bunu əvvəldən deyib, azarkeşləri yormamaq da lazım deyildimi? Əlbəttə, ritorikadır və meydanda baş verən əzik-üzük oyunun şərh əvəzi təsvir vasitəsidir.

Meydanda məğlubiyyətin hesabından asılı olmayaraq, döyüşən, ən azı taktiki cəhətdən nəyəsə cəhd göstərən bir komanda görməyəndə, ümidlər də əsaslı zərbə alır, tamaşa olmayanda isə azarkeş meydandan qaçır. Elə bu oyunda da tribunaların tam dolu olmaması günün nəbzidir. Halbuki "Sevilya" kimi bir rəqib Bakıya gəlibsə, bişmiş, yetkin, əsl peşəkar futbol görmək istəyən hər kəs meydana axışardı. Çünki tək rəqib deyil, bu rəqibə qarşı Azərbaycan çempionunun hər addımda oyunu 90 dəqiqə ərzində futbolsevərə bir mövsümlük ləzzəti verə bilərdi.

Deməli, azarkeş "Sevilya"nın ifasında peşəkarlığı qəbul etməsə də, "Qarabağ"ın layiqli rəqabət göstərməsinə güvənmədiyindən meydana axın etmədi və yanılmadı da. Özü də bu daha çox azarkeş tutumu olan Olimpiya stadionu da deyildi.

İndi isə ümid edək ki, "Qarabağ" qarşısındakı rəqibləri öyrənmək üçün səy göstərəcək. Çünki APOEL-lə səfərli-Bakılı tamaşadan sonra da Kipr təmsilçisi xeyli dəyişib. Deməli, onu yenidən öyrənmək, təhlil etmək, çözmək vacibdir. Bir sözlə, artıq təfəkkürü-düşüncəni, baxışı-yanaşmanı dəyişmək, elə bu məsələdə, Avropalaşmaq zamanıdır.

Belə qrupda növbəti mərhələni ciddi düşünməmək cinayət olar və bunun üçün oynamaq, oyun göstərmək, güc nümayiş etdirmək lazımdır.

BATI YAR

Xəbər 939 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru