Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Tokio-2020": olimpiadaya kimlər və necə gedəcək
Tarix: 15.01.2019 | Saat: 12:27:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Əsas təsnifat yarışlarının süzgəci

İdman dünyasının hər dördillik dövrünün ən əsas yarışı hesab edilən olimpiya oyunlarının növbəti yay mübarizəsinin ev sahibi Yaponiya paytaxtı Tokio olacaq.
2020-ci il iyulun 24-dən avqustun 9-a qədər keçiriləcək yarışlara 555 gün qalır. Təxmin edilir ki, yeni inşa olunan Milli stadionda təşkil olanacaq açılış mərasiminə 207 ölkənin təmsilçiləri qatılacaqlar. İdmançıların sayı isə 12 minə yaxın olacaq.
Əlbəttə, şəhər infrastrukturunun münasib şəraitə hazırlanması, mübarizə arenalarının inşası, təmiri və bərpası ilə yanaşı, diqqət təsnifat yarışlarına da yönəlib. Tokioda 33 idman növü üzrə 50 proqramda mübarizənin və bunların yekununda 339 medal dəstinin mükafatçılara verilməsinin şahidi olacağıq. Bu olimpiadada idman növləri ilə bağlı bir çox yeniliklər olacaq. 2016-cı il avqustun 3-də Braziliyanın Rio de Janeyro şəhərində keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin 129-cu sessiyasında karate, sörfinq, beysbol, qayayadırmanma və skeytbordinq yarış proqramına salınıb.

Lakin bu növlər yalnız "Tokio-2020" üçün nəzərdə tutulub. Sonrakı Oyunlarda idman növləri üzrə "əsas paket" bunaqədərki olimpiadadakı kimi olacaq və əlavələr, dəyişikliklər barədə sessiyalarda qərarlar veriləcək. Bununla belə vurğulayaq ki, olimpiya proqramının "şişirdilməsi" BOK rəhbərliyinin planlarına daxil deyildi. Çünki bu halda idmançıların sayı artar, yarışın keçirilməsi isə iqtisadi cəhətdən səmərəsini, idman marağı baxımından cazibəsini itirə bilər. Eyni zamanda, bu qayda ilə yarış günlərini artırmaq lazım gələ bilər. Təsəvvür edin ki, yeni növlərlə medalların sayı birdən-birə 33 dəst artır. Onların sayı Rio Olimpiadasında 306 idisə, "Tokio-2020"də 339 olacaq. Yen növlər və proqramlar həm də 474 əlavə idmançı deməkdir. Medal dəstlərinin 18-i məhz yeni əlavə olunmuş 5 idman növünə aiddir. Qalanı isə ənənəvi növlər üzrə dəyişmiş proqramların hesabınadır. Əvvəlcə, artıma diqqət edək:

- Akademik avarçəkmədə ikikürəkli sükançısız qadın dördlükləri mübarizə aparacaq;

- Basketbolda stritbol kimi də tanınan 3x3 növü həm qadın, həm kişilərin mübarizəsi ilə proqramda yer alacaq. Yeri gəlmişkən, stritbol ilk dəfə məhz Bakıda birinci Avropa Oyunları zamanı olimpiya debütünü edib və formatı ilə diqqət çəkib;
- Velosiped idmanında kişi və qadınların trek üzrə medison, həm də BMX sərbəst yürüşləri (fristayl) əlavə olunub;
- Cüdoda komanda yarışları da olacaq;
- Atletikada qarışıq 4x100 m estafeti proqramın yeni əlavəsidir;
- Stolüstü tennisdə qarışıq cütlər medallar uğrunda yarışacaq;
- Üzgüçülükdə kişilərdə 800 m, qadınlarda 1500 m və qarışıq dördlüyün 100 metrə komanda estafeti diqqət çəkəcək;
- Kamandan oxatmada qarışıq komanda yarışı mübarizəni daha maraqlı edəcək;
- Üçnövçülükdə də qarışıq komanda yarışları olacaq.
- Qılıncoynatmada qadınların rapirada, kişilərin isə sablyada komanda mübarizəsi iddialı ölkələrin medal şansını daha da artıracaq.

Dəyişikliklər təkcə əlavələrlə bağlı deyil. Bəzi proqramların ləğv edilməsi olimpiadada idmançı sayını tənzimləməyə kömək edib.

- Boksda kişilərin iki çəki dərəcəsi ləğv edilərək, qadınların mübarizəsinə iki çəki əlavə olunub;
- Güllə atıcılığında pnevmatik tapançadan və uzanılı vəziyyətdə tüfəngdən 50 metrə atəş proqramları olimpiya statusunu itirib. Dabl-trap yerini qarışıq yarışa verib;
- Yelkən idmanında katamaranlar sinfində dəyişiklər var;
- Kanoe-kayakda kişilərin əvəzinə təkyerlik kanoe və ikiyerlik kayak sprinti yerini qadın kanoesinə verib;
- Kanoe slalomda kişilərin ikinəfərlik kanoesi yerini təkyerlik qadın kanoesinə verib;
- Akademik avarçəkmədə kişilərin dördnəfərlik yüngül qayıqla yürüşü Tokioda qadınların mübarizəsinə çevriləcək.

Bütün bunların məqsədi gender bərabərliyini təmin etməklə, iştirakçı sayını tənzimləməkdir. Diqqət etsək görərik ki, proqram yeniləşməsi sayəsində lisenziyaların sayı atletikada 105, ağırlıqqaldırmada 64, güləşdə 56, güllə atıcılığı və yelkən idmanında 30 pay azalıb. Bundan savayı, növlərdə sifarişlərə də yenidən baxılıb. Su polosunda 13 əvəzinə 11 nəfər sifariş olunacaq. BMX-də əlavə olunan 14 idmançı, veloşosenin payından götürüləcək. Eyni zamanda, qarışıq yarışların hesabına medallar artsa da, say artmır. Çünki qarışıq yarışlarda iştirak edənlər elə olimpiya lisenziyasının sahibləri olacaq və onlar üçün bu, daha çox medal qazanmaq şansı deməkdir. Bir sözlə, bütün bunlar ənənəvi növlərdə 285 idmançının azalması deməkdir.

Lakin ən vacib məsələ bunlar deyil. Məsələ dəyişikliklərin mahiyyətindədir. Artıq BOK dövrün nəbzini tutaraq, zəmanənin iqtisadi-sosial, mədəni-ictimai dəyişikliklərini öz fəaliyyətində əks etdirmək istəyir. Bunun üçün olimpiya yarışlarının növləri, formatı və miqyası dəyişdirilir. Hələ 2016-cı ildə baş verən dəyişikliklərə BOK prezidenti Tomas Baxın bəyan etdiyi münasibət çox şeyi deyir:
- Cəlbedici beş yeni növlə yanaşı, təsdiq etdiyimiz təzə yarışlar olimpiya proqramının dəyişdirilməsinə doğru növbəti addım idi. Çox fərəhləndirici haldır ki, olimpiya oyunları bir qədər gəncləşib, daha da şəhərliləşəcək və zərif cinsin daha çox nümayəndəsini ətrafında cəmləyəcək.

Olimpizm yeniləşməklə gənclərin maraq dünyasına doğru addımlayır. Bu səbəbdən şəhər və yaxud küçə əyləncə yarışlarını gələcəkdə olimpiya proqramında görsək, təəccüblənməyək. Bir çox küçə yarışları sadəliyi ilə yanaşı, həm də gündən-günə kütləviləşir. Sürətlə böyüyən şəhərlərdə, meqapolislərdə qaydaya çevrilən bu əyləncə formatını olimpiya proqramına salmaqla BOK həm də dünyəvi əhəmiyyətli iş görür. İlk növbədə, BOK özünün məhz gənclərin dəyişən marağına görə mühafizəkar, "qocalan" təşkilat kimi nüfuzunu qoruyur, artırır və möhkəmlədir. Axı, istənilən halda, olimpizm daha çox gənclərə yönəlmiş bir hərəkatdır. Bu isə BOK-a daha çevik hərəkət etməklə zamanın nəbzini tutmaqla, müstəqilliyini dərinləşdirmək, deməli, ictimai təsir dairəsini saxlamaq və hətta genişləndirmək imkanı verəcək. Lakin təkcə BOK-un maraqları deyil, bəşəriyyətin, cəmiyyətlərin, ictimai mühitin bundan faydalanacağı məqamlar çoxdur. Bu addımlar pərakəndə vəziyyətdə olan bir çox əyləncəli idman növlərini təsir altına almaqla onların təşkilatlanmasına, mənfi təsirlərdən mühafizəsinə, inkişaf edərək sağlamlığa xidmət edən həyat tərzinə çevrilməsinə dəstək olacaq. Onlara münasibət bununla daha da ciddiləşməklə növlərin proqramlaşıb inkişaf etməsinə, deməli, yönləndirilməsinə təsir göstəriləcək. Bununla da bu idman növlərinin zərərli mühitin alətinə çevrilməsinin təsirləri xeyli azalacaq.

Rio ilə müqayisədə Tokioda qadınların sayı 3 faizdən çox artaraq, 48,8 faizə çatacaq. Bəzi hallarda qadın və kişilərin birlikdə yarışacağı növlərin sayı çoxalır və bu meyillər, fikrimcə, alqışlanmalıdır. Tokioda qarışıq yarışların sayı iki dəfə artırılıb və 9-dan 18-ə çatdırılıb. Onların çiyin-çiyinə olması fəlsəfi mənada bərabərliyin, tarazlığın ən gözəl nümunəsi, həm də vahid komanda anlayışı üçün töhfədir.
Nəhayət, bu dəyişikliklərlə olimpiadaya lisenziyaların verilməsinə yeni baxış gətirilməsinin təməli qoyulur. Bəs görəsən olimpiya vəsiqələri necə paylanır və 33 idman növündə, yaxud 50 proqram üzrə təsnifat yarışları necə keçirilir?
Qeyd edək ki, bu proses artıq gedir və hətta bəzi ölkələrin təmsilçiləri olimpiadaya vəsiqələr əldə ediblər. Lakin ən əsas yarışlar bu il ərzində və gələn ilin birinci rübündə keçiriləcək.

Gələn nömrəmizdən bəzi növlər üzrə olimpiadanın təsnifat proqramına nəzər salmağa başlayacağıq.
Bizi izləyin.

BATI YAR


Xəbər 1267 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru