Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Tokio-2020": Hər növün öz təsnifat qaydası var
Tarix: 15.02.2019 | Saat: 12:15:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Kimlər və necə seçiləcək?


2020-ci il olimpiadasına vəsiqələr uğrunda növlər üzrə təsnifat qaydaları və əsas yarışları barədə növbəti məqaləni oxucularımıza təqdim edirik. Sayca üçüncü məqalədə 5 fərqli növ və sistem barədə söz açacağıq. Onlardan biri olimpiya proqramının qonağıdır və gələcək aqibəti də bəlli deyil.

Kamandan oxatma -5 medal dəsti

2020-ci il iyulun 24-də başlanacaq və avqustun 1-inə qədər davam edəcək kamandan oxatma yarışları 3 proqramı ilə diqqət çəkir. Turnir "Yumenosima Köen" ("Arzular adası") parkında inşa olunan oxatma meydanında keçiriləcək. Kişi və qadınların qarışıq turniri də ilk dəfə keçiriləcək. Cəmi 5 medal dəsti uğrunda mübarizəyə şahid olacağıq.

Tən yarısı qadın olmaqla, 128 oxatan olimpiadada əlinin və gözünün itiliyini yoxlayacaq. Hər Milli Olimpiya Komitəsi ən çox 6 lisenziyaya ümid edə bilər. Fərdi yarışlara hər ölkəyə bir idmançı çıxarmağa icazə veriləcək. Komanda yarışlarında isə 16 komanda üçün yer ayrılacaq. 128 lisenziyadan 6-sı ev sahibinə verilib. Daha 4 vəsiqəni Üçlər komissiyası (Beynəlxalq federasiya, Yay Olimpiya Oyunları Federasiyaları Assosiasiyası və Milli Olimpiya Komitələri Assosiasiyası) verəcək. Qalan lisenziyalar təsnifat qaydası ilə təqdim olunacaq və hər idmançı lisenziyanı ölkəsinə qazanacaq. Qarışıq komanda yarışlarında iştirak etmək üçün, təbii ki, hər ölkə olimpiadaya ən azı bir qadın və bir kişi oxatanla yollanmalıdır.

Olimpiya turniri oxun 70 metrlik məsafədən atılması ilə keçiriləcək. Hər idmançı cəmi 72 dəfə hədəfi nişan alacaq. Olimpiadaya lisenziya almaq üçün minimal təsnifat xalı həddinə çatmaq lazımdır. Bu məqsədlə kişilər 640, qadınlar 605 xal toplamalıdırlar.

Dünya çempionatında ilk 8 yeri tutanlar "Tokio-2020"də komanda ilə təmsil olunacaq. Əgər bu 8-likdə Yaponiya da yer alarsa, komandalar üçün final təsnifat turniri daha bir lisenziyanı verəcək. Dünya çempionatının fərdi turnirində ilk 4 yeri tutanlar da (komanda yarışlarında vəsiqələr istisna olmaqla) ölkəsinə lisenziya qazandıracaq. Qitə Oyunlarında (Avropa, Asiya, Amerika) qalib gələnlər hər gender üzrə bir lisenziya sahibi olacaqlar. Bundan savayı, hər qitədə təsnifat yarışları da olacaq. Ümumən, yekun fərdi təsnifat yarışı da planlaşdırılır. Beləliklə, dünya çempionatı 24 komandaya, fərdi yarışda ən yüksək yeri tutmuş, lakin komandası vəsiqə əldə etməyən idmançılar 4, qitə Oyunlarında qarışıq qoşa yarışlarda fərqlənənlər 5, qitə Oyunlarında fərdi yarışlarda fərqlənmiş 3, qitə təsnifat turnirlərində 13 (Avropa - 4, Asiya və Amerika - hərəyə 3, Afrika - 2, Okeaniya - 1), yekun təsnifat turnirində 3 qalib komandaya 9 yer, fərdi yarışlarda 1 yer "Tokio-2020"yə aparan heyəti tam formalaşdıracaq.

Asiya Oyunları 2018-ci ildə İndoneziyanın paytaxtı Cakartada keçirilib. Qarışıq komanda yarışında yaponlar qalib gəldiyindən, 2-ci yerin sahibi olan Şimali Koreya hər gender üzrə 1 olimpiya vəsiqəsi alıb. Çin qadınlarda, Cənubi Koreya isə kişilərdə qalib kimi, müvafiq kateqoriyada bir lisenziya alıblar.
Digər yarışların cədvəli isə belədir:

Dünya çempionatı: 10-16 iyun. Hertegenboş, Niderland;
Qitə Oyunları: Avropa - 21-30 iyun. Minsk, Belarus; Okeaniya - 8-20 iyul. Apia, Samoa; Panamerika - 26 iyul-11 avqust. Lima, Peru; Afrika - oktyabr. Kasablanka, Mərakeş;

Təsnifat turnirləri: Asiya - noyabr. Banqkok, Tailand; Amerika - 20-26 aprel 2020-ci il. Mexiko, Meksika; Avropa - may 2020-ci il. Antalya, Türkiyə; Okeaniya - naməlum; Dünya (komanda və fərdi) - iyun 2020-ci il. Berlin, Almaniya.

Atletika - 48 medal dəsti

Yarışlar 2020-ci il iyulun 31-dən avqustun 9-dək yeni inşa olunan Olimpiya stadionunda keçiriləcək. 2016-cı il Oyunları ilə müqayisədə əlavə olaraq daha bir medal dəsti uğrunda mübarizəyə şahid olacağacıq. 48 medal dəstindən 24-ü kişilər, 23-ü qadınlar, 1-i isə qarışıq estafet (4x400) m üçün nəzərdə tutulub.
Lisenziyaların verilməsi bu olimpiya oyunları üçün dəyişdirilib və əsasən, dünya reytinqi əsasında qurulacaq. Təsnifat dövründə hər bir idmançının reytinqi orta hesabla 5 ən yaxşı nəticə göstərdiyi yarışdakı nailiyyətləri nəzərə alınmaqla hesablanacaq. Reytinq üzrə vəsiqə əldə edə bilməyənlər üçün təsnifat qaydaları müəyyən olunur. Bu standartlar 2019-cu il noyabrın 1-də elan ediləcək. Bütün lisenziya mərhələləri 2020-ci il iyunun 29-da başa çatacaq. Hər fərdi yarışa bir ölkə ən çox 3 idmançı çıxara bilər. Qarışıq yarışlar üçün 24, marafon yarışı üçün 80 idmançıdan ibarət limit tətbiq edilib.

Marafon, 10 min metrə yürüş, idman yerişi və qarışıq yarışlar üçün təsnifat dövrü 2019-cu il yanvarın 1-dən 2020-ci il iyunun 29-na olan dövrü əhatə edəcək. Qalan yarışlar üçün seçim meyarları 2019-cu il iyulun 1-dən tətbiq ediləcək. 2019-cu il dünya çempionatının estafet yarışlarının 8 ən yaxşı komandası lisenziya sahibi olacaq. Qalanları isə yenə dünya reytinqi ilə müəyyən ediləcək. Yarışlarda iştirak etmək üçün yaş limiti də var: idmançı 2005-ci il yanvarın 1-dən gec dünyaya gəlməməlidir. Yəni yarış zamanı iştirakçının ən azı 16 yaşı olmalıdır. Marafon və idman yürüşlərində aşağı yaş həddi 18-dir.

Beləliklə, lisenziya almaq üçün iki şərtdən birinə əməl etmək vacibdir: təsnifat mərhələsinin sonunda İAAF reytinqdə müvafiq yerdə olmaq; təsnifat dövründə seçmə normativləri yerinə yetirmək.

Sonda onu da qeyd edək ki, 2019-cu ilin dünya çempionatı sentyabrın 27-dən oktyabrın 6-dək Qətərin paytaxtı Dohada keçiriləcək.

Olimpiadada həm kişi, həm də qadınların yarışlarında idmançı sayı belə olacaq.

100 m, 200 m - hər birində 56;
400 m, 800 m - hər birində 48;
1500 m və 3000 maneələri dəf etməklə - 45;
5000 m - 42;
110 m və 400 m - hər ikisi sədləri dəf etməklə - 40;
10000 m - 27;
Marafon - 80;
İdman yerişi - 20 km, 50 km (kişilər) - 60;
Uzunluğa, üç təkanla, şüvüllə tullanma, ağırlıq, disk, nizə, çəkic atma - 32;
Onnövçülük (kişilər), yeddinövçülük (qadınlar) - 24;
4x100 m (kişi, qadın, qarışıq), 4x400 komanda estafetləri (kişi, qadın, qarışıq) - 16.

Badminton - 5 medal dəsti

Badminton yarışları "Musaşino no mori" ("Musaşino meşəsi") idman sarayında keçiriləcək. 10 min nəfərlik arena məhz "Tokio-2020" üçün 3,5 ilə tikilib və 300 milyon dollara başa gəlib.

5 medal dəsti kişi və qadınların fərdi və cütlüklərlə yanaşı, qarışıq komanda yarışında oynanılacaq. Təsnifat yarışları 2019-cu il aprelin 29-dan 2020-ci il aprelin 26-dək davam edəcək. Dünya Badminton Federasiyasının yekun reytinqi 2020-ci il aprelin 30-da elan ediləcək. Komandalar hər gender kateqoriyası üzrə ən çox 8 idmançı ilə təmsil oluna bilər. İlk 16-lıqda yerləşənlər iki, sonrakı 22-likdə yer alanlar isə 1 idmançı ilə Oyunlara yollanacaqlar. Cütlüklərdə isə 8-likdə yer alanlar 2 cütlük, qalanları isə 1 cütlüklə Tokioya gedəcəklər. Əgər qeyd edilən reytinqdə ölkənin daha çox təmsilçisi olacaqsa, yerli MOK özü idmançılar arasında seçim edəcək. Cəmi 172 badmintonçu Tokioda olimpiya fəxri kürsüsü uğrunda yarışacaq. Üç yer isə Üçlər komissiyasının qərarı ilə veriləcək. Bu zaman qitələrin təmsilçiliyinə diqqət ediləcək.

Beysbol/softbol - hər biri 1 medal dəsti

Olimpiya proqramına yenicə salınmış bu növlər üzrə turnirlər 2020-ci il iyulun 29-dan avqustun 8-dək hər biri 30 min yerlik "Yokohama" və "Fukusima Azuma" stadionlarında keçiriləcək. Bu iki mövcud stadiondan Fukusimadakı yenidən qurulub.

Olimpiadada hər növdə 6 komanda mübarizə aparacaq. Lakin kişilərin beysbol və qadınların softbol növlərinin 2024-cü ilin olimpiya proqramında yer alması hələ dəqiq deyil.
Beysbolda yarış hərəsində 3 komanda olmaqla iki qrupda başlayacaq. Bu turnirin yekununda yarış belə davam edəcək:
1. A3 - B3 (məğlub olan olimpiadanı tərk edir)
2. A2 - B2
3. A1 - B1
4. Qalib-1 - Qalib-2
5. Məğlub-2 - Məğlub-3 (məğlub olan olimpiadanı tərk edir)
6. Qalib-3 - Qalib-4 (qalib gələn qızıl medal qarşılaşmasına yollanır)
7. Məğlub-4 - Qalib-5 (məğlub olan bürünc medal qarşılışamasına yollanır)
8. Məğlub-6 - Qalib-7 (məğlub olan bürünc, qalib - qızıl medal qarşılaşmasına yollanır)
9. Bürünc medal: Məğlub-7 - Məğlub-8
10. Qızıl medal: Qalib-6 - Qalib-8

6 olimpiyaçı komandanın seçim turları da maraqlıdır. Yaponiya ev sahibi kimi artıq vəsiqə sahibidir. Daha 2 komanda 2019-cu ilin "Premyer12" turnirindən lisenziya qazanacaq. Bu turnir noyabrın 2-dən 17-dək Cənubi Koreya və Meksikada təşkil ediləcək. Həlledici mərhələ Tokioda olacaq. Yarış iştirakçıları Yaponiya, Cənubi Koreya, ABŞ, Kuba, Çin Taypeyi, Meksika, Niderland, Avstraliya, Kanada, Puerto Riko, Venesuela, Dominikan Respublikası olacaq. Nəticə etibarı ilə Amerikanın və Asiya ilə Okeaniya tandeminin ən yaxşıları olimpiadada iştirak edəcək. Yaponiya qalib gələrsə, sonrakı iki komandaya da bu hüquq veriləcək. Amerikanın daha bir təmsilçisi qitə təsnifatından vəsiqə alacaq (mart 2020-ci il). 2-3-cü yerlərin sahibləri dünya təsnifat yarışında qüvvəsini sınayacaqlar. Bir vəsiqəni Afrika və Avropanın qarışıq təsnifat turniri verəcək (18-22 sentyabr; Parma-Bolonya, İtaliya). Bu yarışda Avropa çempionatının ilk 5 kollektivi və Afrika çempionatının qalibi iştirak edəcək. İki qitənin təsnifat yarışında 2-ci yeri tutan kollektiv dünya turnirinə olimpiya vəsiqəsi ardınca yollanacaq. Nəhayət, son lisenziya uğrunda dünya təsnifat turnirində mübarizə aparılacaq (mart-aprel 2020-ci il). Yuxarıda qeyd edilənlərdən savayı, yarışda Asiya çempionatının və Okeaniya təsnifatının qalibləri də dünya finalında yer alacaq.
Olimpiadanın softbol yarışında 6 komanda vahid yarışda iştirak edəcək. 17 oyunun nəticəsində medalçılar məlum olacaq. Təsnifat turnirlərində iştirak etsə də, Yaponiya ev sahibi kimi olimpiya lisenziyasının yiyəsidir. Yaponiyanın Çiba şəhərində keçirilmiş 2018-ci il (2-12 avqust) dünya çempionatının qalibi kimi, ABŞ da artıq bu hüququ əldə edib. Qalan komandalar qitələr üzrə təsnifat yarışlarından çıxmalıdır. Avropa və Afrikanın birgə turniri iyulun 23-28-də Niderlandın Utrext şəhərində keçiriləcək. Mübarizədə qitə çempionatlarının ən yaxşı 8 komandası (Avropa - 6, Afrika - 2 komanda ilə) iştirak edəcək. Amerika turniri iki vəsiqə verəcək və yarış avqustun 25-dən sentyabrın 1-ə qədər Kanadanın Sürrey şəhərində baş tutmalıdır. Asiya və Okeaniyanın yarışı sentyabrın 24-dən 29-dək Çinin Şanxay şəhərinə salınıb. Bu yarışa da Asiyadan 6, Okeaniyadan 2 kollektiv qoşulacaq.

BATI YAR
Xəbər 2474 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru