Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Son ümid folu - yeni ümidə əsas olacaqmı?
Tarix: 29.08.2018 | Saat: 08:56:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Son illərdə futbolumuz nə qədər yerində saysa da, "Qəbələ", ələlxüsus "Qarabağ"ın Avropa klub kuboku yarışlarında əsas mərhələlərə qədər irəliləməsi sayəsində solğun ümidlər canlanmağa başlamışdı.

Lakin budəfəki Avropa uğursuzluqları fonunda futbolumuzun yenə Ağdam təmsilçisinə möhtac qalması son ümid foluna bənzəyir. Elə çempionun özünün şansını qrup ərəfəsi son matça qədər uzatması da son ümid folu dəyərindədir. Çünki Azərbaycan klub futbolunun lideri heyətə əl gəzdirmək cəhdinə çox uğursuz tərəfdən baş vurdu və əslində, bununla strateji planlamada zəif cəhətlərini üzə çıxardı. İndi "Qarabağ" öz günahı üzündən bu zərbəni dəf etmək üçün bütün diqqətini toparlamalıdır.

İlk növbədə, komandanın strateji planlaşdırmanın tərkib hissəsi kimi, həm oyunçu siyasəti, həm də oyun quruculuğunun düzgün olmadığı açıq-aşkardır. Yeni mövsümün debüt görüşləri tamam-kamal iş qurulmadığını əyani nümayiş etdirdi. Söhbət transfer edilmiş yeni oyunçuların keyfiyyətindən getmir. Bunu zaman göstərəcək. Əsas məsələ, onların heyətə uyğunlaşmasıdır. "Qarabağ" “at”ını artıq elə bir səviyyədə çapır ki, oyunçu əldə etməzdən əvvəl planlı şəkildə özünə uyğun gələnləri zərgər dəqiqliyi ilə seçməlidir. Çempionlar Liqasının qrup mərhələsinin dadını duymuş klub böyük futbolun bir parçası olmaq üçün Avropanın aparıcı olmasa belə, orta səviyyə təmsilçilərinin nümunəsindən örnək götürməlidir. Heç olmasa, bir transfer uyğunlaşma baxımından özünü doğrultmursa, deməli, iş kökündən düzgün qurulmur. İllərdir bu mənzərə dəyişmir. Hər transfer dövründə oyunçu baxımından səhvlərə yol verdiklərini israrla qeyd edirik. Futbolçu təkcə klubun imkanlarına görə deyil, həm də üsluba, tərzə uyğun araşdırılıb alınmalı və ya seçilməlidir. Kortəbii mövqe transferləri təklifdən asılı olaraq, həll edilir. Hər hansısa klubumuzun konkret oyunu izinə düşməsini görməmişik. Belə olanda, "tutar qatıq..." məsəli gündəmə gəlir.

Bu mənada indiyədək konkret strateji hədəf də olmayıb. Əvvəlcə, "Qəbələ", indi də "Qarabağ" bu yolda uğursuzluğa düçar olur. Hərçənd rəsmi mövsümün açılış qarşılaşmasından sonra "Qarabağ"ın oyun planında nisbətən irəliləyişə nail olması ümid vermişdi. Bu tempin davam etməməsi məhz oyunçuları ampluasına görə heyətə götürərək, potensial uyğunlaşma imkanlarına göz yumulmasıdır. Bu səbəbdən Emeqara fəal olsa da, hələ də faydalı iş əmsalı çox aşağıdır. Slavçev isə sanki dənizdə tənha gəmidir. Delarjın nəyi harada axtardığı bilinmir və s. Bunlar məşqçi korpusunun natamam işinin məhsuludur.

BATE ilə görüşlərdə "Qarabağ" çox aciz göründü. Hərçənd hər iki oyun da göstərdi ki, rəqibdən zəif deyil. Bəzi məqamlarda hətta üstündür də. Lakin meydanda sanki uduzmuş deyil, bir top fərqilə qalib gəlmiş "Qarabağ" var idi. Qəribə təzadla Belarus çempionu istədiyini asanlıqla gerçəyə çevirdi. Buna tək heyətin yeni yığılması səbəb göstərilə bilməz. Məsələ daha dərindir - məşqçi korpusunun da buraxdığı səhvlər iki oyunun cəminə görə acınacaqlı minimal məğlubiyyətdə az rol oynamadı.
İlk oyunun səhvlərindən səfərdə nəticə çıxarılmadısa, daha bir problemdən söz aça bilərik. Açığı, əvvəlki illərdə də bu məsələni dəfələrlə qabartmışıq: rəqiblər ciddi təhlil edilmir. Amma bu il hətta ən zəif rəqib belə "Qarabağ"ı çözə bilmişdi. Sükançının özünün ətrafında hər oyunu çözə biləcək mütəxəssis komandası formalaşmayıb. Məşqçilər yerində və tamam-kamal olmayanda, nəticələr də alayarımçıq olur. Təhlil gücü üçün bu komandanın Qərb futbolundan köməkçi kimi sanbalı olan məşqçiyə kəskin ehtiyacı var. İndi gücsüzlük konkret matçlarda özünü büruzə verir. Bunu da əvvəldən gün kimi görmək çətin deyil: rəqiblər "Qarabağ"ın illərdir formalaşmış oyununu görür və buna hazırlaşırlar. Çünki Avropa arenasında əldə olunan uğurlar son illərin əvəzedilməz Azərbaycan çempionunun ciddi qəbul olunmasını təmin edib.

Daha bir məsələyə də nəzər salaq. Son günlər adı çox hallandırılan Rəşad Sadıqovun ifrat yüklənməsi sözünü deyir. Məncə, kapitan artıq qərar verməlidir: məşqçilik, yoxsa oyunçu karyerası. Çünki bir əldə iki qarpızla o, yalnız Azərbaycan çempionatında jonqlyorluq edə bilər. Avropa səhnəsində hətta orta səviyyədən də aşağı klublarla qarşılaşmalarda bunun əks effekti, yorğunluq və s. özünü büruzə verir. Müstəqillik dövründə yetişmiş ən istedadlı futbolçularımızdan biri karyerasını heç də xoş olmayan notlarla başa vura bilər və illərlə zəhməti hesabına qazandığı nüfuzu qurban verməməlidir. Əgər "Qarabağ" ona əvəz tapa bilmirsə, deməli, yenə menecment sahəsindəki boşluqdan danışmalıyıq. Maraqlıdır, ardıcıl Avropa təcrübəsi bu komandaya yenədəmi normal futbol sistemini qurmağı öyrətmədi? Sanki 90-cı illərin futboluna qayıdrıq və yerli bazarda fərqlənə biləcək bir heyət qurulur. Bəs illərlə formalaşdırılmış heyət nəyə lazım idi? Onu inkişaf etdirmək lazım ikən, nəsil dəyişikliyini təqib etmək, inqilabi deyil, təkamüllə heyətə əl gəzdirmək əvəzinə, klub indi ən yaxşı halda yerində sayacaq. Hələ unutmayaq ki, "Qarabağ" həm də milli futbol komandamızın baza klubuna çevrilib - baş məşqçisi əsas millinin sükanı arxasındadırsa, başqa fikirlər söyləməyə də dəyməz. İstəsək də, istəməsək də yığmanın bütün planları bu klubun bazasında cızılacaq. Boşluqlar mənfi təsirini hər iki cəbhədə göstərəcək. Hələ, üstəlik, diqqət edin: oynayan məşqçi Rəşad Sadıqov öz üzərinə Qurban Qurbanovdan da ağır yük götürüb. Sadəcə, bunun fərqində deyil, ya da özünü supermen hesab edir.

Bu qeydləri ona görə indi qələmə alırıq ki, "Şeriff"lə cavab matçının nəticəsinə görə qol çırmaladığımız zənn edilməsin. Əlbəttə, yazdıqlarımız qarşıdakı matçda Ağdam təmsilçisinin məğlub olacağına işarə deyil. Əksinə, qalib gələcəyi təqdirdə artıq hər şeyi 180 dərəcə dəyişmək üçün “arifə bir işarə”dir. Bu dəfə də komanda buraxdığı səhvlərdən nəticəni mütləq çıxarmalıdır, yoxsa son üç ildə "Qəbələ" haqqında dediklərimizi onun haqqında da söyləyə bilərik. Belə də sonu bəllidir: "Qəbələ"nin düşdüyü vəziyyətə baxın. Ondan əvvəl bu aqibəti daha betər yaşayanları da xatırlayıb, qarşıdakı oyunu klub futbolumuzun son ümid folu da adlandıra bilərik - məcazla desək, qapıçı təkbaşına bütün komandanın yeganə ümidinə çevrilib.
"Qarabağ" vəziyyəti xilas etmək üçün mütləq bir həftə ərzində hətta futbola ənənəvi baxışını dəyişməliydi. Məşqçi korpusunun öz düşüncə tərzinə, təxəyyülünə əl gəzdirməsi bundan sonrası üçün lazımdır. Təbii ki, həm də yığmanın sükançısı olan bir mütəxəssis üçün çətin məqamlardır.

Deyilənə görə, ümid sonda ölür. Sözsüz ki, ölən hər ümidin yerində yenisi parlmağa başlayır. Bircə o fərqlə ki, Azərbaycan futbolu üçün budəfəki ümid ölərsə, nəticəsi ağır olacaq. Çünki hər şeyi yenidən - sıfırdan, təzə səhifədən başlamaq lazım gələcək.

"Şeriff"ə qalib gəlməyin yolları da çox sadədir. Bunu səfər matçı əyani göstərdi. Rəqib "Qarabağ"ın zəif-güclü tərəflərini yaxşı öyrənə bilsə də, moldovalıların hələ də gücsüz qala biləcəyi detallar var. Bu səbəbdən "Qarabağ" son ümid folunu qırmızı vərəqəsiz alıb.

Gəlin qısa nəticə müqayisəsi aparaq. Fikrimcə, Belarusdakı oyunda ev sahibi öz gücü ilə "Qarabağ"a az, ya çox sinə gərə bilmişdisə, Moldovada tam tərsi oldu - "Qarabağ" özü-özünə uduzdu.

İndi komanda özünə də, iradəsinə də, tamahına da qalib gələrsə, çox fərqli şəkildə rəqibi Bakıdan, kobud desək, təpəsi aşağı yola sala bilər.

Qarşıdakı matçda hər şey məşqçi korpusunun quracağı və əvvəlkindən fərqlənəcək taktiki gedişlərdən tam asılı olacaq. Hələ də cinahların tam şəkildə qurucu oyuna qoşulmasını gözləyirik. Hələ də oyunun iki fərqli zonadan - müdafiə və ön xətdən ibarət olmadığını, komanda oyunu üçün, yeri gələndə, arxadan qurula biləcək hücum, ya da öndən qurulacaq müdafiə dəst-xəttini görmək istəyirik. Müdafiəçilər, sadəcə, quruculuqda iştirak və say artırmaq xatirinə toplaşmamalıdırlar. Hər oyunçu konkret idarəedici və yönəldici funksiyasını bilməlidir. Zonadan-zonaya keçidlər, sadəcə, topun bir yerdən o biri tərəfə ötürülməsi deyil. Oyunçular taktiki gedişlərin tərkib hissəsi olmalıdır. Bu isə məşqlər zamanı Qurban Qurbanovun təlimatı ilə köməkçilərinin əsas vəzifəsiqə çevrilməlidir. Ancaq bunu nə hiss edir, nə görürük. Elə transferlərin oturuşmaması bundan irəli gəlir.

Bir həqiqət də var: "Şeriff"i keçmək futbolumuza çox lazımdır. Fəqət səhvlərdən dərs çıxarılmayacaqsa, komanda yenə mədhiyyələrə uyub, hər şeyi unudacaqsa, o ucalığa dırmanmağa dəyməz.

"Şeriff" üzərində qrupa vəsiqə qələbəsi son ümid foluna münasibəti formalaşdıracaq: həmin ümid sonluqda öləcək, yoxsa dirçələcək? Məğlubiyyət bu ümidi, əlbəttə, öldürəcək və yenisinin özünü doğruldub, təsdiqlədib və nəhayət, qəbul etdirib həqiqətə çevrilməsi üçün daha bir neçə mövsüm hədər gedəcək.

BATI YAR

Xəbər 1466 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru