Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Yenə ümid yalnız çempionadır
Tarix: 31.07.2018 | Saat: 08:47:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

“Qarabağ" pusquda duran ovçu olmalıdır

Azərbaycan klublarının builki Avropa kubokları uğrunda mübarizəsində inanmaq istəmədiyimiz, dilə gətirməyə çəkindiyimiz baş verdi.

Açığı, hətta "Qəbələ" ilə "Keşlə"nin də uğur üçün hər bir əsası var idi. Bunu cavab görüşləri də əyani nümayiş etdirdi. Fəqət təmsilçilərimiz qüvvələrini doğru hesablamadılar. Daha doğrusu, ikinci oyun ərəfəsi "Keşlə"də nə baş verdisə, baş məşqçi istefa verdi. Bəlkə də ilk görüşdəki məğlubiyyət səbəbi bir gün məlum olacaq bu istefanın preambulası idi. Bəli, bəzi nağılların sonu yaxşı bitmir. Cavab görüşündə komandanın ruhsuz bədənə oxşaması da yəqin buradan irəli gəlirdi. Açığı, fiziki, funksional natamamlıq bir kənara, əgər klubun problemi yalnız məşqçi ilə bağlı olsaydı, tam fərqli oyun da görə bilərdik. İlk növbədə, meydanda döyüşkən kollektiv olmalı idi. Görünür, "Keşlə" hələ böyük problemlərindən ayrılmayıb.
"Qəbələ" şansının tükənməməsini elə ikinci matç da əyani nümayiş etdirdi. Lakin burada məşqçi səhvlərindən daha çox danışmaq olar. Təcrübəsizlik bir yana, rəqibin ilk görüşdən sonra da öyrənilməməsi qarşıdakı dövrdə bu kollektivi çətin sınaqların gözlədiyini aşkar göstərir. Vəziyyətdən çıxmaq üçün rəhbər, məşqçi və futbolçusuna qədər hər kəsin bir məqsəd ətrafında birləşməsi lazımdır. Əks-təqdirdə, "Qəbələ"nin yolu eniş-yoxuşlu olacaq. Bunun üçün, ilk növbədə, məqsədlərə, hədəflərə aydınlıq gətirilməli, imkanlar doğru qiymətləndirilməli və konkretliyə doğru addım atılmalıdır. Əvvəlki sükançının dövründə komandada peşəkarlıq ab-havasını az-çox baş məşqçinin nüfuzu və ona verilmiş kard-blanş həll edirdisə, bu dəfə etimadın həddi ilə bağlı qərarlar verilməlidir.

Bu mərhələdə acınacaqlı vəziyyətə ölkənin ən titullu və məşhur klubu düşdü. Uzun sürən xəstəlikdən və qış fasiləsindən sonra özünə gəlməyə başlayan komandanın yenidən reanimasiyalıq olmaması üçün indi çox iş görmək lazım gələcək.

Kollektivin problemlərində özünü günahlandıran baş məşqçi açıq-aşkar səhlənkarlığa yol vermişdi. Komandanın oyununun qısa müddət ərzində dağılması daha çox psixoloji problemlərə bənzəyir. Elə bil 90-cı illərin əvvəlləri qayıtmışdı. Klubun hazırlıq prosesini layiqincə keçə bilməməsi bir kənara, qarşılaşmaya bu qədər dağınıq, ehtiyatsız çıxması da qəribə təzad idi. Taktiki çiylik, rəqibi dəyərləndirməmək məğlubiyyətin təməlini qoymuşdu. Çünki ilk matçdakı nəticə macarların Bakı səfərinin pərdə arxasında qalan məqamlarının məhsulu idi. O oyunda yekun nəticə "Neftçi"yə, sadəcə, özünəinam gətirməli, daha fərqli taktika ilə cavab görüşünə çıxmağa yetərli olmalı idi. Bunun əvəzində, elə ilk dəqiqələrdən qəribə mənzərəni müşahidə etməyə başladıq. Hələ ilk qola qədər çox şey bəlli idi.
İndi özünə bəraət üçün komandanın tam fərqli bir yol keçməsi və yeni mövsümə ildırım sürəti ilə başlaması lazımdır. Əks-təqdirdə bu dəfə də "Neftçi" yenicə qalxmağa başladığı hündürlükdən əvvəlkindən də betər enə bilər.

Yeni Avrokubok mövsümünün tək ümidi "Qarabağ" olacaq. Dəyişən püşkatma şərtləri komandanın qarşısındamünbit şərait yaradıb. Doğrudur, "Qarabağ" tam yeniləşmə kursuna da ağır və ləng bir proseslə başlayıb. Lakin bu dəyişiklik sabitlikdən durğunluğa düşməmək üçün lazımlı idi.

"Qarabağ" oyundan-oyuna özünə gəlmək üçün stimulu keçdiyi mərhələ ilə qazanıb. Lakin Bakıda səfərdəkindən də zəif nəticə göstərsə də, əslində, komanda oyununda irəliləyiş müşahidə olundu. Müsbət məqam məşqçi korpusunun öz yoluna sadiq qalması idisə, çatışmayan doğma divarlar arasında taktiki səhvlərə yol verilməsi idi. Əlbəttə, yeni qurulan heyət üçün bəzi çatışmazlıqlar qəbul ediləndir. Amma bunun əsas səbəblərindən biri də təlim-məşq dövründə buraxılan nöqsanlardır. "Qarabağ" bu dəfə istəyinə doğru çox ləng addımlar atdı. Ötən il Çempionlar Liqasının qrup mərhələsinə düşdükdən sonra nisbətən toparlanan kollektiv budəfəki hədəflərini gec müəyyən etməklə, çox şey itirib. Bu, 7-8 il əvvəlin "Qarabağ"ına daha çox bənzər bir durumdur. Görünür, klub rəhbərliyi hələ də futbol konstruktivizminə nail ola bilməyib və hər dəfə vəziyyətdən asılı addımlar atır. Hərçənd bu vaxta qədər əldə olunan nailiyyətlər bir qədər əsaslı, fundamental işlərə başlamaq üçün ciddi əsas idi. Ümid edək ki, bu dəfə klub rəhbərliyi bu istiqamətdə fərqli iş görməyə başlayacaq.

Qarşılaşmanın ən vacib məqamı nikbinliyə köklənən orta səviyyədə güclü, artıq formalaşmış ənənələrin özünü bir daha təsdiq etməsi idi. "Qarabağ" adlardan asılı olmayan sistemini nəhayət bərqərar etməkdədir. Bu isə, ilk növbədə, məşqçi korpusunun qələbəsidir. Çünki təsnifatın ilk addımlarında üz-üzə gəldiyi rəqib heç də sadələrdən deyildi. Bu prinsipial rəqabət klubun iştahını diş altında saxlamaqla, onu daha inamlı oyuna təhrik etməlidir. Hər halda, ümid edək ki, Ağdam təmsilçisi qarşıdakı matçlarda rəqibini də çözməyə çalışıb. Çünki budəfə, hər şeyin uğurla davam edəcəyi tədirdə, ondan sonrakı mümkün rəqib də təhlükəlidir. Çünki səviyyə etibarı ilə nə çox güclü, nə də çox zəifdir. "Qarabağ"ı ciddi qəbul edərək, onun formalaşmış imicinə qarşı taktiki fəndlər də işlədiləcək. Elə bu səbəbdən öz oyun tərzinə xilaf çıxmadan "Qarabağ" ən azı qarşıdakıı alban təmsilçisinə yuxarıdan aşağı baxmamalıdır. Azərbaycan çempionuna bu rəqabətdə rəqibin gizlənpaç oyunu ola bilər. Lakin təmsilçimizin də təbiri rəqibə qarşı ən böyük silahdır. "Qarabağ" pusquda duran ovçu olmalıdır. Hər an zərbələrinə kəsər qatıb hücum üçün bir az da kombinasiyalı variantlar üzərində düşünüb, üzü rəqib qapısına tərəf olmaq, hər fürsətdə hədəfi nişan almaq vacibdir. Məhz öz oyununu oynayıb "iynələr"inin kəsərini artıracağı təqdirdə, "Kukeş" davam gətirməyib hissə-hissə sönə və nəhayət, dağıla bilər.

BATI YAR

Xəbər 1182 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru