Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə avqustda start verəcək. G qrupunda yer alan komandamızın yarış üçün ilkin heyəti müəyyənləşib.
Baş məşqçi Fərid Cəlalov hazırlıq prosesində 18 voleybolçunu sınaqdan keçirir. İlk görüşünü avqustun 15-də keçirəcək yığmamızın əsas 12-liyi isə yaxın günlərdə bəlli olacaq.
Millimizin ilkin heyəti
Hücumçular: Vüqar Bayramov, Pərviz Səmədov, Rəsul İbrahimov, Vadim Kutukov, Cavid Süleymanov, Aqil Ağazadə, Andrey Vasilenko, Ruslan Əliyev
Blokçular: Elmin Alışanov, Dmitriy Obodnikov, Dmitriy Baranov, İvan Kazaçkov,
Toppaylayıcılar: Aleksey Çervyakov, Tural Həsənli, Vüsal Rüstəmov
Liberolar: Kənan Allahverdiyev, Asif Əliyev, Emil Abdullayev
|