Millimizin ilkin heyəti müəyyənləşib | |
Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə avqustda start verəcək. G qrupunda yer alan komandamızın yarış üçün ilkin heyəti müəyyənləşib. Baş məşqçi Fərid Cəlalov hazırlıq prosesində 18 voleybolçunu sınaqdan keçirir. İlk görüşünü avqustun 15-də keçirəcək yığmamızın əsas 12-liyi isə yaxın günlərdə bəlli olacaq. Millimizin ilkin heyəti Hücumçular: Vüqar Bayramov, Pərviz Səmədov, Rəsul İbrahimov, Vadim Kutukov, Cavid Süleymanov, Aqil Ağazadə, Andrey Vasilenko, Ruslan Əliyev Blokçular: Elmin Alışanov, Dmitriy Obodnikov, Dmitriy Baranov, İvan Kazaçkov, Toppaylayıcılar: Aleksey Çervyakov, Tural Həsənli, Vüsal Rüstəmov Liberolar: Kənan Allahverdiyev, Asif Əliyev, Emil Abdullayev |
|
Xəbər 874 dəfə oxundu. |
|
|