Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin açılış mərasimi olub
Tarix: 22.09.2017 | Saat: 18:19:00 | E-mail | Çapa göndər
Sentyabrın 22-də Bakıda, Milli Gimnastika Arenasında qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin açılış mərasimi keçirilib.

Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdiyi çempionatın açılış mərasimi maraqlı konsert proqramı ilə başlayıb.

Sonra çempionatda iştirak edən ölkələrin dövlət bayraqları arenaya gətirilib və Avropa Voleybol Konfederasiyasının himni səsləndirilib.
Baş nazirin birinci müavini, voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Yaqub EYYUBOV açılış mərasimində çıxış edərək deyib:
- Hörmətli qonaqlar və voleybol azarkeşləri.
Hörmətli beynəlxalq və milli federasiyaların rəsmiləri.
Bu gün Azərbaycana daha bir idman bayramı gəlib. Avropanın ən güclü qadın voleybol kollektivləri qədim və gözəl Bakı şəhərinə toplaşıblar. Avropa çempionatının final mərhələsində iştirak etmək üçün “Odlar Yurdu” Azərbaycana təşrif gətirmiş bütün qonaqları səmimi qəlbdən salamlayıram. Hazırkı Avropa çempionları Rusiya kollektivinə, Almaniya, Belçika, Bolqarıstan, Çexiya, Hollandiya, Macarıstan, Polşa, Serbiya, Türkiyə və Ukrayna kollektivlərinə “Azərbaycana xoş gəlmisiniz!” deyirəm.

Bu gün Azərbaycan hər bir tədbiri, o cümlədən idman yarışlarını yüksək səviyyədə keçirməyə qadirdir. Bunun sübutu olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə iki il ərzində - 2015-ci ildə Bakı şəhərində keçirilmiş ilk Avropa və bu ilin mayında keçirilmiş IV İslam Həmrəyliyi oyunlarını, Ümumdünya Şahmat Olimpiadasını, Formula-1 Qran-Pri yarışlarını, idmanın bir sıra növləri üzrə dünya və Avropa çempionatlarını, Dünya Kuboku və “Böyük dəbilqə” yarışlarını, yüzlərlə beynəlxalq turniri sadalaya bilərik. Futbol üzrə UEFA Avropa Liqası turnirinin 2019-cu ildə keçiriləcək final oyunu və 2020-ci ildə Avropa çempionatının qrup oyunları da bu möhtəşəm silsilənin davamı olacaq.

Təbii ki, bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir. Ulu Öndərin siyasətini davam etdirən Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bilavasitə şəxsi təşəbbüsü ilə Azərbaycanın bütün regionlarında 40-dan çox Olimpiya Kompleksinin, möhtəşəm idman qurğularının tikilib istifadəyə verilməsi ilə idmançılara göstərilən xüsusi diqqət və qayğı nəticəsində əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artmışdır. Hələ keçmiş SSRİ dövründə belə Azərbaycan idmançıları arasında Olimpiya çempionları və mükafatçıları, dünya və Avropa çempionları var idisə də, bu gün bu çempionlarımızın sayı xeyli çoxalmışdır.

Bu gün Azərbaycan müasir, dünyəvi, sabit və demokratik bir ölkədir və Prezident İlham Əliyev tərəfindən insanların sağlam həyat tərzi sürməsi, gənclərin sağlam ruhda böyüməsi üçün hər cür şərait yaradılıb.

Qeyd etmək istərdim ki, Avropa Voleybol Konfederasiyasının 2016-cı ilin sentyabrında keçirilmiş yığıncağında 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin üç qrupunun oyunlarının, o cümlədən yarımfinal və final oyunlarının 22 sentyabr-1 oktyabr tarixlərində Azərbaycanda, bir qrupunun oyunlarının isə dost və qonşu Gürcüstanda keçirilməsi haqqında qərar qəbul edilib. Bu qərara görə Avropa Voleybol Konfederasiyasının rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk və Təşkilat Komitəsi adından bu çempionatın da dünya standartlarına uyğun və ən yüksək səviyyədə keçiriləcəyinə əmin olduğumu bildirmək istəyirəm.

Məlumat üçün nəzərinizə çatdırıram ki, bir qrupun oyunları Göygöl Olimpiya Kompleksində, digər oyunlar isə Bakı şəhərində hazırda iştirak etdiyiniz bu gözəl və möhtəşəm sarayda - Milli Gimnastika Arenasında keçiriləcək.

Eyni zamanda, biz bu çempionatda Azərbaycan yığma komandasının da uğurla çıxış edəcəyinə ümid edirik. Gözəl ənənələrə malik olan Azərbaycan voleybolunun 90 yaşı var. Bu illər ərzində dövlətimizin diqqət və qayğısı sayəsində Azərbaycan voleybolu böyük yüksəliş yolu keçib, müxtəlif illərdə qadınlardan ibarət klub komandalarımız Avropa Çempionlar Liqasının, Avropa “Top Komandalar” kubokunun, “Çelenc” və CEV Kuboku yarışlarının qalib və mükafatçıları olub. 2016-cı ildə isə qadınlardan ibarət Azərbaycan yığma komandası Avropa Liqasının qalibi olub və bununla da dünya Qran-Prisinə vəsiqə qazanıb. Ümidvarıq ki, bu nailiyyətlər bu çempionatda da davam etdiriləcək.

Əziz idmansevərlər.
Bir daha bütün voleybol ictimaiyyətini bu bayram münasibətilə ürəkdən təbrik edir, bütün iştirakçılara uğurlar və azarkeşlərə zövq bəxş etdirəcək oyunlar nümayiş etdirməyi arzulayıram.

X X X

Baş nazirin birinci müavini, Təşkilat Komitəsinin Yaqub Eyyubov qadınlar arasında voleybol üzrə Avropa çempionatını açıq elan edib.
Xəbər 548 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.04.2024 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
18.04.2024 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
23.12.2023 Voleybolçu qızlar arasında Azərbaycan birinciliyinə start verilib
22.12.2023 Yüksək Liqa: İlin son oyununda “Neftçi” qələbə qazanıb
07.12.2023 Voleybol üzrə Yüksək Liqada IV tura yekun vurulub
06.12.2023 Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” komandaları qələbə qazanıblar
04.12.2023 Azərbaycanın voleybol millisi beynəlxalq turnirə yollanıb
26.11.2023 EEVZA: Azərbaycan millisi son görüşündə də uduzub
23.11.2023 Azərbaycanın voleybol millisi bu gün Litva ilə qarşılaşacaq
23.11.2023 "Neftçi" Azərbaycan çempionatında ilk qələbəsini qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru