Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Yarıəsas heyətlə “Qarabağ"ın gücü nə qədərdir
Tarix: 28.08.2017 | Saat: 13:57:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru


İlk və gözlənilən məşqçi istefası baş verdi

Əvvəlki illərdən fərqli olaraq, budəfəki daxili klub futbol mövsümü başlayar-başlamaz Premyer liqa klubları ilə bağlı müzakirələrdə gözləmə mövqeyi tutmağa ehtiyac qalmadı. Çünki cəmi 8 komandası olan yarış iştirakçılarının tən yarısı Avropa arenasında çıxış etmişdi və püşklərin də nəticələrinə görə, tam formalaşma üçün kifayət qədər vaxt əldə etmişdilər.

Digər komandalardan yalnız debütant "Səbail"lə bağlı konkret fikir söyləmək olmaz. İlk növbədə, ona görə ki, ona hələ bu səviyyədə yarışa uyğunlaşmaq, bərkdən-boşdan çıxmaq fürsəti verilməlidir. "Neftçi", "Sumqayıt", "Gəncə" isə artıq neçənci ildir Avrokuboklara iddialı durumdadırlar.

İkinci tur ilk icmal qeydlərimizdə xüsusi vurğuladığımız, əslində, hələ ötən mövsümün qış fasiləsindən, yeri gəldikcə, təkrarladığımız məqamlardan birini, nəhayət, doğrultdu. "Neftçi" yenə baş məşqçisini dəyişdi. Bu isə çempionatlarımızın ən titullu klubunun yenə də özünə gəlmək üçün bir xeyli gözləyəcəyini və sönmüş ocağın külü ilə oynayacağını göstərir. Mövsümün ən hazırlıqsız komandası olduğunu "Neftçi" ikinci turda debütanta uduzmaqla da göstərdi. Əlbəttə, yaradılmış bir-iki epizoddan gileylənmək olar. Lakin komandanın ötən qışdan bu yana, ələlxüsus yay fasiləsində nə işlə məşğul olduğunu heç anlamaq mümkün deyil. Ya bivec yanaşma olub, ya da ənənəvi münasibət korluğu. Komanda elə dağınıq hazırlıq formasındadır ki, yeni məşqçi komandanın ipini yığmaq üçün əzab-əziyyətlərdən çıxmalıdır.

Təbii ki, vəziyyətin bu həddə qədər yuvarlanmasında, klub rəhbərliyinin rolu az deyil. Yaradılmış yeni idarəetmə sistemi, daha sonra onun dəyişdirilmiş forması özü artıq komandanın dağılan tifağının rüşeymləri idi və get-gedə böyüyür. Daha meydan kənarında komandanın azarkeşlərinin sayı da optimal aşağı həddə düşüb. Çünki bu münasibət də tam fərqlidir. Halbuki məhz "Neftçi" azarkeşlərinin gücü və rolu, ən əsası, onların dayanıqlığı və komandaya təsirləri az-çox digər klublara nümunə idi.

Yaranmış vəziyyətdən çıxış yolu isə yalnız güclü, iradəli, qətiyyətli və işinə kiminsə mane ola bilməyəcəyi bir şəxsiyyətin baş məşqçi kürsüsünə gətirilməsidir. Ya da ki, klub sanballı əcnəbi mütəxəssis gətirib ona kard-blanş verməlidir.

Mövsümün ən hazırlıqlı klubları sırasında "Zirə"nin öz yeri var. Lakin komanda Avrokubok oyunlarında debütant olsa da, öz imkanları həddində çıxış edə bilmədi. Hərçənd həmin qarşılaşmalar "Zirə"nin ölkə çempionatına tam hazırlıqlı qoşulmasına kömək etdi. İndi 3 qarşılaşma ərzində paytaxt təmsilçisinin turdan-tura daha kompakt oyuna meyilli olduğunu müşahidə etmək mümkündür. Bu vəziyyətin nə qədər sabit və inkişaflı olacağı indi günün məsələsinə çevrilib. Çünki elə son matçda bir sıra xroniki problemlər əyani görünür. Birinci məsələ komandanın hələ də ikiplanlı oyun qura bilməməsidir. Əgər hədəf gələn ilin də Avropa arenasıdırsa, bir sıra prinsiplərdə dəyişiklik baş verməlidir. Hətta gələn yaya qədər bunu təkamüllə yüksəltmək də olar.

"Kəpəz"lə "Sumqayıt"da ötən illə müqayisədə dəyişən bir şey yoxdur. Daha doğrusu, Abşeron təmsilçisi Gəncə təmsilçisi ilə müqayisədə bir qədər optimal hazırlıqlı görünür. Çünki "Kəpəz"də baş verən transfer və oyun siyasətinin təməli qaranlıq məsələyə çevrilib. Belə olmadıqda, hansısa sabitlikdən bəhs etmək düz deyil.

Çempionlar Liqasında yer almış "Qarabağ"ın bu uğurdan sonra ilk sınağı ən prinsipial mövsüm rəqibi "Qəbələ" ilə olması lap yerinə düşdü. Komandanın bu matça yarıəsas heyətlə çıxması çox maraqlı addım idi. Sirr deyil ki, çempionatın qədərini məhz bu klubların arasında keçiriləcək dörd matç həll edir. "Qəbələ" hətta bu halda belə rəqibinə sinə gərə bilmədi, səviyyələr

arasındakı fərqi əyani nümayiş etdirdi. İkinci hissədə "Qarabağ"ın daha iki aparıcı oyunçunu meydana daxil etməklə, elə də böyük səy göstərmədən istədiyi nəticəyə yetişdi. Bu isə iki komanda arasındakı fərqlə bağlı deyilənləri bir daha təsdiq edir. Halbuki son illərdə "Qəbələ" sabitliyin açarını tapmalıydı. Bunun nə üçün, niyə və nədən baş vermədiyinə isə qarşıdakı turlarda bir daha qayıdacağıq. Hələlik bir məqamı xüsusi vurğulayaq. İlk üç turla, xüsusən Avrokubokla müqayisədə komandanın oyun planında bir qədər geriləməsi müşahidə olunur. Bu, iki yarışa fərqli münasibət formalaşdıran çempionatda limit qaydası səbəbilə həmin tendensiya ilə irəliləyə bilməyən bir komanda üçün ilk mənfi göstəricidir. Məşqçi korpusu nə əlindəki heyətlə, nə də istədiyi heyətlə oyun qura bilir. Çempionatın daxili münasibətlərdə ən loyal və sabit komandasının düşdüyü bu vəziyyətə, yəqin, qarşıdakı turlarda aydınlıq gətiriləcək.

"Qarabağ"a bu tur az suallar vermədi. Komandanın oyunu, ilk növbədə, Avropa səviyyəsi ilə ölçülür. Dar ehtiyat oyunçular skamyasının nə olduğunu "Qəbələ" ilə matç göstərdi. Doğrudur, taktiki planda məşqçi korpusunun fərqli yanaşması alqışlana bilər. Bununla belə, bu gün "Qəbələ" ilə yalnız başabaş mübarizə aparan yarıəsas heyət, sabah "Roma", "Çelsi", "Atletiko" kimi nəhənglərlə hansı vəziyyətdə olacağını indidən düşünmək lazımdır.
Xəbər 1448 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru