Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Rəşad Yazıçıoğulları: “Bakı” Çellenc kubokunu qazanmağa ən şanslı klubdur - MÜSAHİBƏ
Tarix: 02.03.2012 | Saat: 16:32:00 | E-mail | Çapa göndər
Qadın voleybolçular arasında “İqtisadçı” klubunun türkiyəli sabiq baş məşqçisi Rəşad Yazıçıoğulları paytaxta gəlib. İdman.com.az saytı xəbər verir ki, onun səfərininin məqsədi “Azərreyl”in Avropa Çempionlar Liqasının 1/4 final mərhələsində Kazan “Dinamo”su ilə cavab matçını izləmək olub. Təcrübəli mütəxəssis Bakı arenasında olarkən apasport.az-dan olan həmkarımız onunla söhbət edib:

- Bakıya səfəriniz nə ilə bağlıdır?
- Klublarınızın avrokuboklarda ev oyunlarını izləməyə gəlmişdim. Bakı İdman Sarayında keçirilən cavab görüşlərinə baxdım.

- Qarşılaşmaları necə dəyərləndirərdiniz?
- Təbii ki, dostum Faiq Qarayevin rəhbərlik etdiyi “Azərreyl”in oyunu mənim üçün çox önəmli idi. Matçın gedişində çox yaxşı oynadılar. Ancaq “qızıl set”də Yekaterina Qamova matçın taleyini həll etdi. “Azerreyl”in mübarizədən kənarda qalmasına çox üzüldük. Bu, həqiqətən də belədir və dəstəklədiyimiz komandanın “dördlər finalı”na çıxmalı olduğunu düşünürdüm. Bununla belə, “Bakı” ilə “Lokomotiv”in qələbələrinə sevindik. Fikrimcə, onlar Çellenc kubokunun finalında oynayacaq və “Bakı”nın kuboku qazanacağını düşünürəm.

- Deməli, “Bakı”nı daha şanslı sayırsınız...
- Bəli. Məncə, ötən il olduğu kimi, Çellenc kuboku Azərbaycanda qalacaq.

- Biz əsas diqqətimizi “dördlər finalı”na yönəltmişdik. Çünki bu turnir Bakıda keçiriləcək. Ancaq Çempionlar Liqasındakı hər 2 təmsilçimiz – “Rabitə” və “Azərreyl” buna nail ola bilmədi. “Rabitə”nin “Fənərbağça”nı keçəcəyinə inanırdınız?
- Əslində, heç ehtimal etmirdim. Hazırda “Fənərbağça” ilə başabaş oynamaq çətindir.

- Belə demək olar ki, Bakıdakı “dördlər final”nın qalibi olmağa ən şanslı məhz “Fənərbağça”dır?
- Ola bilər.

- İstanbul klubunun Kazan “Dinamo”su ilə yarımfinalda şansını necə dəyərləndirirdiniz?
- Mən bu komandaları finalda görürdüm. Fikrimcə, “Fənərbağça” Çempionlar Liqasının qalibi olmağa ən şanslıdır.

- Bəs “dördlər final”nı təşkil edən ölkənin təmsilçisinin olmamağına necə qiymət vermək olar?
- Bəli, hamımız Azərbaycan komandasının olmasını istəyirdik. Məncə, “dördlər final”ında heç bir komandanız yoxdur deyə, üzgünlük yaşamaq, ruhdan düşmək lazım deyil.

- “Rabitə” hazırda klublararası dünya çempionatının qalibidir. Təcrübəli mütəxəssis kimi, komandamızın enişdə olduğunu düşünürsünüz?
- “Rabitə” rəhbərliyi voleybolun inkişafı üçün böyük sərmayə qoyur. Sonda dünya çempionluğunu qazandılar, amma Çempionlar Liqasında uduzdular. Növbəti ildə Çempionlar Liqasının qalibi olub, digərini əldən verə bilər. Yəni, belə çıxışa üzülməmək lazımdır.

- Bakıya Faiq Qarayevin dəvəti ilə gəlmisiniz?
- Xeyr, dostum Tunc Əfşarın dəvəti ilə.

- Sizin kimi tanınmış mütəxəssis artıq 2 ildir işsizdir. Niyə klublar sizin kimi təcrübəli məşqçinin xidmətindən istifadə etmir?
- Bilmirəm. Bunu klublardan soruşmaq lazımdır. Biz peşəkarıq, işimizi görürük. Bəzən yaxşı olur, bəzən pis. Bəzən qazanırıq, bəzən uduzuruq. Bəzən çalışırıq, bəzən işləmirik.

- Keçmiş komandanızın çıxışını izləyirsinizmi?
- “İqtisadçı”nın oyunlarını izləmirəm. Ancaq keçən mövsüm mənim vaxtımdan qalan 2 voleybolçu, komandada çalışan dostlarımla salamlaşdıq. Onlar üçün darıxmışdım, görüşməyimiz yaxşı oldu.

- Maraqlıdır ki, “İqtisadçı”nın hazırkı baş məşqçisi həmyerliniz Bülənd Qarslıoğludur. Onun haqda nə deyə bilərsiniz?
- Keçmiş dostlarımdandır. Məndən yaşca kiçikdir. Ancaq istedadlı, enerjili, yaxşı bir məşqçidir.

- Ancaq bu komanda çıxış etdiyi CEV kubokunda mübarizəni erkən dayandırdı...
- Belə olur. Buna üzülməmək lazımdır. Komanda ölkə çempionatda mükafatçı, yenə bürünc medalçı ola bilər.

- Maraqlıdır, Qarslıoğlu “İqtisadçı”dan təklif alanda sizinlə əlaqə saxlayıb, məsləhətləşdimi, xeyir-duanızı aldımı?
- Yox. Əslində, həmin vaxt mən ölkə xaricində idim. Onun bura gəldiyini internetdən öyrəndim.

- Sizi yenidən Azərbaycan klubunda görə bilərikmi?
- Qismət. İnşallah, təklif olsa, yenidən Azərbaycanda çalışaram.

Xəbər 1064 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.04.2024 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
18.04.2024 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
23.12.2023 Voleybolçu qızlar arasında Azərbaycan birinciliyinə start verilib
22.12.2023 Yüksək Liqa: İlin son oyununda “Neftçi” qələbə qazanıb
07.12.2023 Voleybol üzrə Yüksək Liqada IV tura yekun vurulub
06.12.2023 Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” komandaları qələbə qazanıblar
04.12.2023 Azərbaycanın voleybol millisi beynəlxalq turnirə yollanıb
26.11.2023 EEVZA: Azərbaycan millisi son görüşündə də uduzub
23.11.2023 Azərbaycanın voleybol millisi bu gün Litva ilə qarşılaşacaq
23.11.2023 "Neftçi" Azərbaycan çempionatında ilk qələbəsini qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru