Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Çaya su gəlməmiş çırmananda...
Tarix: 15.11.2016 | Saat: 11:40:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

İki oyunluq eyforiyanın Belfast dərsindən nəticə çıxarmağa vaxt var

Final mərhələsi 2018-ci ildə Rusiyada keçiriləcək Dünya kubokunun Avropa seçmə zonasında Azərbaycan futbol möcüzəsi hələ ayaq açıb yeriməmiş yerini elə həmin avropalıların təəccübünə verib. Çünki formalaşmaqda, iştahı yeni açılmaqda olan komandanın birdən-birə bu qədər yolundan sapması mümkün deyil.

Avropalılar üçün Azərbaycan millisinin bu mərhələdə ilk dəfə qapısından qol buraxaraq məğlub olması deyil, onun Belfastda iflasa uğrayaraq, böyük hesablı məğlubiyyətlə barışmalı olması təəccüblüdür. Bu onlar üçün gözlənilməz olsa da, millimizin bərkinə-boşuna bələd olanlar üçün normal soyuq duş effektli, amma normal məntiqdir. Biz çaya su gəlməmiş çırmananları, hətta belələrini də selin yuyub aparmasını çox görmüşük. Komanda oyun ərzində ikinci hissənin ilk ondəqiqəliyindən sonrakı 10 dəqiqə ərzində təşkil etdiyi hücumlarla kifayətləndi; sonuncu şokedici qolu nəzərə almasaq, eyni tərzdə - ənənəvi şimal oyununun standart vəziyyətlərində həmişəki acizliyini nümayiş etdirərək məğlub oldu. Beləliklə, əvvəlki illərdəki kollektivlərə nəinki bənzədi, hətta onları kölgədə qoydu.

Ötən iki uğurlu oyundan sonra ehtiyatlı qeydlərimiz bu dəfə özünü tam doğrultdu. Komanda Norveç və Çexiya komandaları ilə oyununun əsas qayəsinin doğruluğunu, ondan gözlədiklərimizi əyani nümayiş etdirdi. Halbuki, elə həmin oyunlar üçün onu da vurğulamışdıq ki, bu uğurlu oyunlar komanda üçün fürsəti layiqincə dəyərləndirmək baxımından mühüm şansdır və onu qaçırmaq olmaz.

Məblubiyyətin səbəblərini araşdırsaq, çox sözdən bəhs etməyə dəymir. Ənənəvi çatışmazlıqlar qalan məsələlərdə də özünü tam çılpaqlığı ilə büruzə verdi. Eyforiya kəlməsi matçda təpədən-dırnağa qədər bu komandanın hər bir üzvünün boyuna biçilmişdi. Əlbəttə, hər şey məşqçi korpusunun işinə məsuliyyətsiz yanaşmasından başlamışdı. Belə hazırlıqsız, qeyri-ciddi komandanı çoxdan idi izləməmişdim. Əlbəttə, son xətdəki iki mərkəz müdafiəçisinin, bir də bu vəziyyətlər üçün aciz olan qapıçını, yaxud Rahidin kimisə haradasa axtarmasını, Əfranın canfəşanlığını qeyd etmək istəyənə də əks-cavablar var. Nə kapitan, nə arxa xətt oyunçuları heç olmasa, oyunçuların ipini yığa bilmədilər. Bu oyunda hansısa oyunçunun ardıcıl dürüst taktiki, texniki, funksional oyununu görən oldumu? Sanki bir-birini ilk dəfə görən futbolçuları qəfil dəvətlə bir yerə yığıb meydana buraxmışdılar.

Rəqib lap əvvəldən standart vəziyyətlərdən, bu halda yan xətdən topu oyuna daxil edərkən planlaşdırdığı təhlükələrin təzyiqini artıraraq, tam üstünlüyünü təmin etdi və məsələni qısa zamanda həll etdi. Əlbəttə, ikinci hissənin əvvəlindəki vəziyyətin bərpa edilməsinin mümkünlüyünə yaranan ümidlər də tezliklə, ənənə üzrə, öz-özünə söndü. Çünki bu hücumlardan yalnız birini çıxmaq şərtilə qalanlarının nə məntiqi, nə də oyun sonluğu var idi. Tilsimlənmiş bu oyunda rəqib sükançı komandasının potensialı bir kənara, komandamızın zəif cəhətlərini o qədər dəqiqliklə ölçüb-biçmişdi ki, əvvəlki iki oyundan sonra özü-özünü tərifləyib şişirtmiş bir komandanı göylərdən yerə çırparaq qaytardı. Sadəcə, maraqlıdır, komandamız cəmi iki oyunda qazandığı - əslində, rəqiblərin süstlüyü şəraitində əldə etdiyi - 4 xalın təsirinə bu qədərmi güvənirdi ki, meydana hətta adi ciddiyyəti də qorumadan çıxmışdı? Axı üzünü yaxından görmədikləri nailiyyətlər, titullar bir kənara, ardıcıl uğurlu seriyaları, bir mərhələdə ümidverici nəticələri belə yoxdur. Mən hələ yalnız reklam çəkilişlərindən əldə olunan gəlirlərdən və s. qeyri-meydan məşhurluğundan söz açmıram. Çünki bu nəsil futbolçuların doğma azarkeşlər önündə heç 1990-cı, 2000-ci illərdəki futbolçuların nüfuzu qədər inamı, etibarı belə yoxdur, bəs nəyə güvənirlər?

Məşqçi korpusundan isə çox söz salmıram, axı, o, da Bertinin komandası kimi, hesabatsızlığa öyrəşməkdədir. Məsələn, ötən iki oyundakı çatışmazlıqlar barədə komanda ilə hansısa iş aparıldığını xəbər alsan, absurd eşidirlərmiş kimi, rəsmisindən məşqçisinə qədər hər kəsin, ən azı, təəccüblü qınağına səbəb olarsan. Yaxud məşqçinin heyətə əl gəzdirməsinin, meydanda oyun təcrübəsi olmayanlara yer verməsinin səbəbini də xəbər almağın yeri yoxdur. Çünki bu futbolçular elə klublardandırlar ki, millinin sükançısının bu qərarların təsir və təzyiqinə düşməyəcəklər. Onlar oyunla yerlərini möhkəmlətməli, ya da gəlib burada ulduzluq etməlidirlər. Bu araşdırmaları uzatmadan, bizə daha maraqlı olan son sualı yadda saxlayıb, qeyd edək ki, nə yaxşı, hələ böyük yolun başlanğıcıdır. Komanda üçün qarşıda az-çox qazanmağa başladığı nüfuzunu bərpa etməyə, etibarını qaytarmağa hələ imkanı var. Çünki hələ çexləri, britaniyalıları evdə qəbul edəcək. Norveç səfərinə də ümidlə çıxa biləcək. San Marinonu isə qeyd etmək istəmirəm. İndidən diqqəti, ağlı-kamalı yenidən cəmləmək üçün vaxt da var, şans da. Gözləyək, görək.


"C" qrupu
4-cü tur
Şimali İrlandiya - Azərbaycan
4:0 (2:0)
11 noyabr. Belfast. "Uindzor Park"
stadionu. 18,404 tamaşaçı.
Hakimlər: Kleman Türpen - Siril Qrinqor, Nicolya Dano - Frank Şneyder (Fransa).
Qol: Lafferti, 27, Makouli, 40, Maklaflin, 66, Brant, 83.
Sarı vərəqə: Ş.Fergüson, 72, K.Evans, 75//Mahmudov, 39.
Şm.İrlandiya: Maykl Makqovern, Konor Maklaflin, Qaret Makouli, Conni Evans, Kris Brant, Coş Macennis, Stiven Deyvis (kap.), Korri Evans (Paddi Maknayr, 81), Şeyn Fergüson (Nayall Makginn, 73), Oliver Norvud, Kayl Lafferti (Uill Qriqq, 61). Baş məşqçi: Maykl O`Nil.
Azərbaycan: Kamran Ağayev, Maksim Medvedev, Bədəvi Hüseynov, Məhəmməd Mirzəbəyov, Qara Qarayev (Ağabala Ramazanov, 75), Rahid Əmirquliyev (kap), Arif Daşdəmirov, Əfran İsmayılov, Emin Mahmudov (Dmitri Nəzərov, 70), Ruslan Qurbanov, Ramil Şeydayev (Dəniz Yılmaz, 46). Baş məşqçi: Robert Prosineçki.

Digər oyunlar: Çex Resp. - Norveç 2:1 (Mixal Krmençik, 11, Yaromir Zmrqal, 47//Coşua Kinq, 87), San Marino - Almaniya 0:8 (Sami Xedira, 7, Serj Qnabri, 9, 58, 76, Yonas Hektor, 32, 65, Mattia Stefanelli, 82-öz qap., Kevin Folland, 85).


Xəbər 1713 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru