Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun təşkilatçılıq səviyyəsi yüksək qiymətləndirilib
Tarix: 11.03.2016 | Saat: 09:40:00 | E-mail | Çapa göndər

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun iştirakçıları təşkilatçılıq səviyyəsini yüksək qiymətləndiriblər.

Bu barədə fikirlərini bölüşən Belarus gimnastı Hanna Harchonak dünya kubokunda qızıl medal qazanmaqdan duyduğu sevinci belə ifadə edib: "Bir az çətin idi. Birincisi, finalın səhər saatlarında olması bizim üçün yeni idi. Axşam saatlarında tullanmaq daha asandır. Proqram çətindir, rəqiblərim də biri digərindən güclüdür. Layiqli çıxış nümayiş etdirmək üçün çox cəhd göstərməli oldum. Bu, ilk növbədə öz üzərimdə qələbəmdir, çünki proqram yeni idi. Düzünü desəm, təsnifat mərhələsində də öndə olmağıma baxmayaraq, qızıl medal qazanacağıma ümid etmirdim. Qızlar hami güclüdür. Əvvəlcədən çətin olacağını bilirdim. Fikirləşirdim ki, ən yaxşı halda ilk üçlüyə düşəcəyəm. Buna görə də bu mənim üçün böyük hədiyyədir”.

O, Azərbaycanın növbəti dəfə yüksək təşkilatçılıq qabiliyyətini göstərə bildiyini qeyd edərək deyib: “Burada İlk Avropa Oyunları zamanı olmuşam və çox gözəl təşkilatçılıq işi ilə yanaşı, tamaşaçıları da xüsusi qeyd etmək istərdim. Belarusda yarışlara az sayda azarkeş gəlir və çox sakit davranırlar. Sizdə isə azarkeşlər idmançılarını ucadan dəstəkləyirlər, bu çox gözəldir”, - deyə Belarus idmançısı əlavə edib.

Azərbaycanda batut gimnastikası üzrə dünya kubokunda fərdi və sinxron çıxışlarda qızıl medal qazanmış Rusiya batutçusu Dmitri Uşakov isə qeyd edib ki, Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək Avropa çempionatına böyük məmnuniyyətlə qayıdacaq. O, bildirib ki, qızıl medal qazanmasına görə çox şaddır və çıxışından tam razıdır. İdmançı deyib: “Cüzi səhvlərə baxmayaraq, qələbə qazana bildim. Bütün yarışlar ərzində Bakı və İlk Avropa Oyunları barədə xoş təəssüratlarla bağlı yaxşı əhval-ruhiyyə var idi və bu çox kömək etdi. Kubok mərhələsi əla təşkil edilib, yarışlar tam cədvələ uyğun gedir. Bu, çox əladır. Milli Gimnastika Arenası artıq mənə uğur gətirən məkana çevrilir. Böyük məmnuniyyətlə 2018-ci ildə Avropa Çempionatında iştirak etmək üçün bura gələcəyəm”.

Hərəkətlərin icrası üzrə ən yüksək xal topladığına görə Azərbaycan Gimnastika Federasiyasının xüsusi mükafatını qazanmış Polşa idmançısı Artur Zakrjevski isə qeyd edib ki, Bakıda batut gimnastikası üzrə Dünya Kuboku onun iştirak etdiyi ən yaxşı yarışlardan biridir. “Yarışlar ən yüksək səviyyədə təşkil edilib. Bu, mənim iştirak etdiyim ən yaxşı yarışlardan biridir. Mükafatıma gəlincə demək istəyirəm ki, yarım il əvvəl Polşada mənim nəticəm ən aşağı nəticə idi, lakin indi ən yaxşı idmançılar sırasındayam. Bu mənim iştirak etdiyim ilk finaldır. Bu, həmçinin Polşa üçün 1980-ci ildən bəri fərdi yarışlarda ilk finaldır, buna görə özümlə fəxr edirəm”, - deyə gimnast bildirib.

Azərbaycanın növbəti dəfə idman yarışlarını möhtəşəm təşkil etdiyini dünyaya göstərdiyini vurğulayan Britaniya gimnastı Ketrin Driskol bildirib: “Mən artıq İlk Avropa Oyunları zamanı Bakıda olmuşam. Demək istəyirəm ki, təşkilatçılıq növbəti dəfə möhtəşəmdir. Dünyadakı hər bir arena belə şəraitlə öyünə bilməz. Mən, həmçinin insanların səmimiyyətini və azarkeşləri qeyd etmək istəyirəm, onlar çox yaxşıdırlar", - deyə Driskol qeyd edib.
Xəbər 753 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
05.05.2024 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
04.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
03.05.2024 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03.05.2024 Bakıda ilk Avropa kuboku keçirilir
29.04.2024 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
27.04.2024 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
20.04.2024 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
15.04.2024 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru