Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Avropa macərası yenə ikili hisslər yaşatdı
Tarix: 15.12.2015 | Saat: 14:50:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Bu, nəyisə öyrənmək üçün son dərs idi


Futbol klublarının Avropa kubokları uğrunda mübarizəsinin birinci mərhələsi sayılan qrup turniri başa çatdı və estafet pley-off mərhələsinə verildi. Açığı, təmsilçimizin bu dəfə, rəqiblərin səviyyəsindən asılı olmayaraq, məhz pley-offa qədəm qoyacağını gözləyirdik. Bu, təkcə kortəbii azarkeş inamı deyil, hesablara, qanunauyğunluqlara və psixologiyaya söykənən ümid idi. Ötən il «Qarabağ» hakim ədalətsizliyi ilə qrup turnirindən pley-offa son anda – son dəqiqələrdə çıxmayanda, elə düşünmək olardı ki, bəzi formalaşmış stereotipləri komanda bu il dağıtmağa çalışacaq və buna bütün qüvvəsini, bilik və bacarığını sərf edəcək. Eyni zamanda, iştah diş altında olduğu kimi, ötənilki uğura bərabər büdrəyiş, eləcə də rəqibn finala qədər yürüməsi təmsilçimizə ikiqat stimul verməli idi. Bütün bunlara onu da əlavə edək ki, bu il ilk dəfə idi ki, iki komandamız birdən qrüp yarışına vəsiqə almışdı.

Turdan-tura yarışla bağlı fikirlərimizi bölüşdürdüyümüzdən, indi yalnız ümumiləşmiş məqamlardan söhbət aça bilərik. Əlbəttə, ümumi götürdükdə, yarışın nəticələrini müsbət qiymətləndirməliyik. Hər halda, komandalarımız qrup yarışında mübarizə aparırlar. Əvvəllər oyununu canlı görmək imkanımız olmayan rəqiblər bir-birinin ardınca Bakıya gəlirlər. Amma söhbət kimisə, hansısa klubu görməkdən getmir. Azərbaycan futbolu və onun potensialı üçün bu, böyük hadisə sayıla bilməz. Digər yandan, bu gün şərait və imknalar baxımından klublarımız qitənin ortababları ilə ayaqlaşa bilməlidirlər. Lakin buna mane olan səbəblər var.

Birincisi, məhz bu yanlış əldə olunanla kifayətlənmək həvəsidir. Bu gün «Qəbələ»ni Avropa kuboku uğrunda yarışın qrup turnirində görmək möcüzə deyil. Üstəlik, bu mərhələyə vəsiqə qazanmaq artıq bütün nailiyyətlərin əldə olunması anlamına gəlmir. Əksinə, əcnəbi məşqçi, əcnəbilərdən ibarət heyətlə mübarizə aparılırsa, daha yüksək hədlərdən söhbət açmalıyıq. Belə olduqda, cəmi iki xal, özü də bərabər mübarizə aparmaq mümkün olduğu bir qrupda, üstəlik də, cəmi bir tutarlı oyunla yarışı başa vurmaq heç də böyük uğur sayılmamılıdır. Əgər baş məşqçi ixtiyarında olan yerli futbolçulara geniş meydan versəydi, bəlkə də ona haqq qazandırardıq. Öz sevimliləri ilə bu nəticəsi isə uğur deyil. Əksinə, o, yerli futbolçulara güvənsəydi və daha keyfiyyətli əcnəbilərə güvənsəydi, nəticə, əminəm, sanballı olardı. Son illərdə bu klubda görülən işlərin miqyası ilə müqayisə etdikdə, buna nailiyyət demək olmaz. Yəqin, klub rəhbərliyi də maksimalist olaraq, bu məsələyə diqqət yetirməyə çalışacaq.

Yalnız əcnəbilərin oynadığı bir yarışda klubun hansısa uğurundan söz açmaq olmur. Üstəlik, heyətdə hansısa təzə-təzə püxtələşməkdə olan futbolçu olmadığı halda, bu, lap yersiz olur.

Söz yox ki, bu mərhələdə əsas ümid və yazının preambulasında yazdıqlarımız «Qarabağ»a aiddir. Bu mərhələyə komandanın daha ciddi yanaşacağını gözləyirdim. Heyətdəki dəyişiklikləri də məhz bu baxımdan qiymətləndirirdim. Lakin zaman göstərdi ki, ilk, əvvəlki şübhələrdə heç də yanılmamışam. «Qarabağ», ilk növbədə, seleksiyasının zəifliyi və strateji vəzifləri düz qiymətləndirmədiyi üçün, azarkeşlərini belə, çox razı sala bilmədi. Ötənilki dirənişdən sonra komandanın bu il istənilən halda daha böyük və inamlı olacağını gözləyənlər haradasa haqlıdırlar. Axı, buna həqiqəi şərait və imkanlar da var idi. Çox təəssüf ki, komanda yenə heyətinə yalnız azərbaycan çempiqnatı baxımından əl gəzdirdi.

Klubun yanlış bilet satışı qərarından tutmuş, taktik həmlələrinə qədər çox yanlışlıqlarını gördük. Söz yox ki, çox güclü bir qrupda «Qarabağ» rəqabətdən geri qalmamağa çalışdı. Lakin bütün məqamlarda məhz baş məşqçinin düşüncələrinə, taktiki qərarlarına güvənmək doğru deyil. Komandanın oyunçu bazasının da təpəri olmalıdır. Yerli futbolçuların səviyyəsinin xeyli artdığı şübhəsizdir. Lakin əcnəbilər buna müvafiq deyil, bir baş yuxarı olmalı idilər ki, oyun planında artımdan, üstəlik, Qurban Qurbanovun çeşidli qərarlara imkanından söz açaq. Bu gün hətta əcnəbilər də oyundan-oyuna püxtələşib, yetkinləşirlərsə, bu münvalla komanda yalnız bir atımlıq barıt tesviri oyadacaq.

Əlbəttə, bu, «Qarabağ»ın iflasa uğradığı anlamına gəlmir. Əksinə, komanda bu il Avropanın ən yuxarı eşelonundakı komandalara yaxın olan rəqiblərlə də baş-başa vuruşa biləcəyini göstərdi. Hər üç rəqib məhz bu ampluada olanlardır, yaxşı vaxtlarında isə qitə futbol asları səviyyəsinə də yüksəlirlər. Bu isə ad-sanın qoyduğu irsi təcrübə, məktəbdir. «Qarabağ» məhz bu həddə çox yaxınlaşa biləcəyimizi göstərdi. Onu da hiss etdim ki, futbolçular, klub özü də daha böyük sıçrayışa ümidli idi. Lakin bu dəfə alınmadı. Təkcə son matç bunun səbəblərini əyani nümayiş etdirdi. Ona görə də bu yarış yüksəlişə doğru klublarımız üçün son dərs idi. İndi nəyi, harada və necə qurmalı, dəyişməli olduqlarını bütün klublarımız açıq-aşkar görməlidirlər. Bir sözlə, «Qarabağ» təkcə özü üçün deyil, hamı üçün, hətta «Qəbələ» üçün də yarışdı. Ona görə də məhz «Qarabağ»ın dərsləri, elə «Qəbələ»nin özü üçün də bir dərs olmalıdır. Çünki böyük olmaq istəyən qazandığı ilə kifayətlənmədən, yüksək mərtəbələri birdən hədəfə almağı bacarmalıdır.

BATI YAR


Xəbər 1095 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru