Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Xatirələrin Əhmədsiz illəri başlanır
Tarix: 05.10.2015 | Saat: 10:41:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Onun növbəti yubileyini - 80 yaşını qeyd edəcəydik. Yenə təriflər yağdırılacaqdı, bəlkə də, əgər buna lüzum görülsəydi, sağlığa badələr qaldırılacaqdı. Mənim üçünsə belə bir gündə onunla səmimi bir söhbət yerinə düşərdi. Çünki onun sözü-söhbətləri heç vaxt süni, boğazdan yuxarı, sözgəlişi, xatir üçün olmayıb.

Qismət, nəsib olmadı. Onu bu il mayın 19-da itirdik. Həmin gün Azərbaycan futbolu Sovet dövrünün ən böyük və yeganə nailiyyətinin memarını - Əhməd Lətif oğlu Ələsgərovu cismən də itirdi. Uzun illər yaşadığı Odessada dünyasını dəyişən Əhməd müəllim 3 gün keçmiş, "Çernomorets" stadionunun önündəki vida mərasimindən sonra, torpağa tapşırıldı.

Əhmədli uğurların Əhmədsiz xatirələri az olmayıb. Belə anlarda və ümumiyyətlə, əvvəllər ondan söz düşəndə, "Əhməd haradadır" deyib, məlum filmdən təskinlik üçün dilə gətirərdik. İndi isə həmin ifadələr yalnız qədir-qiymət haqqında istehza libaslı xatirələrə bürünür.

Əslində, onu çoxdan itirmişdik. Onun taleyi nədənsə həmişə bu kök üstə olmuşdu. 1966-nın ilk gəlişində də, "Bakı"ya son dönüşündə də gedəcəyi məlum idi. Əhməd Ələsgərov böyük məşqçilik arenasına qədəm qoyduğu ilk sınağın bəhrəsini dərərkən də ona münasibət belə olmuşdu: qısqananları, həsəd aparanları aşiqlərindən, sevənlərindən çox olmuşdu. Əslində, birincilər meydandakılar - futbol ictimaiyyəti və funksionerləri, ikincilər isə tribunadakılar - azarkeşlər və futbolsevərlər idi. Sonra da belə oldu.

Onun ilk uğuruna don geyindirmək istəyənlər, onun əsil, həqiqi olmadığını iddia edənlər də çox oldu. Amma bunu iddia edənlər unutdular ki, 1966-nın "Neftyanik"inin sükanı arxasında Vyaçeslav Sokolovu uzaqlaşdırtdırıb, yerinə məhz futbolçular özləri onu gətirtmişdilər. Onlar Azərbaycana xas, yaradıcı futbol oynamaq istəyirdilər. Bunu isə Əhməddən yaxşı duyan, bilən, ən əsası, nəzəriyyəni tətbiqi materiala çevirə bilən ikinci şəxs yox idi. Bu temperament ona dövrünün haqqı verilməyən novatorlarından biri olmağa kömək etdi. Bilirəm, indi çoxlarına inandırıcı görünməyən, kiməsə qəribə gələn, lakin o vaxtın məlum 4-2-4 taktiki oyun sxemini 4-4-2-yə dəyişən və həmin dövr üçün görünməmiş 4-3-3 variasiyasına da müraciət edən Sovet futbol pionerləri cərgəsində ilk uğur qazananı məhz Əhməd Ələsgərov idi. Özü də onun təlqin etdiyi üslub təbi və təbirindən göründüyü qədər hücum və ya müdafiə futbolu deyildi. Vəziyyətdən və yerindən asılı olaraq, əsl oyun, taktiki çeviklik nümunəsi idi. Onun komandalarının oyununu xoşlamamaq, bəyənməmək, onu sevməmək, ona azarkeşlik etməmək mümkün deyildi. Çünki o, nəticədən asılı olmayaraq, qurub- yaratmaq aşiqi idi. Yaradıcılıq onun hər kəlməsində, sözündə idi. Axı, onun böyük titulları, adı- sanı yoxdur. Amma deyim ki, 1966-cı il "Neftyanik"i ilə toxunulmaz taktiki qanunları pozmaq onun karyerasının nə ilk, nə də son uğuru idi. 1974-cü ildə daha bir ölkə "bürünc"ünü qazanaraq, yeganə nailiyyətini əldə edən "Çernomorets"i də ucaldan, SSRİ-də total futbol oynayan ilk komandanı qurmasını da misal çəkə bilərik. Bəli, o, Sovet dövrünün futbol qanunlarını istehsal edən iki müttəfiq respublikadan biri olan Ukraynaya öz futbol qanunları ilə getmişdi. Tacikistanda və Moldovada futbol məşəlini alovlandırmışdı. Bu respublikaların "Əməkdar məşqçi"si fəxri adını elə-belə, sadəcə, qara qaşına-gözünə görə almamışdı. Əhməd Ələsgərov tək Azərbaycana deyil, Ukraynaya, Tacikistana və Moldovaya möcüzə istehsal etməyə, öz töhfəsini verməyə getmişdi.

Onun haqqında, onunla irili-xırdalı, amma istənilən halda həmişə qısa görünmüş görüşlərin xatirələrindən çox danışa, yaza bilərəm. Amma Əhməd Ələsgərov haqqında nə yazsam, nə qədər yazsam da, yetməyəcək. Sözün özü az olacaq, bu məqam üçün çəkisi, sanbalı yetməyəcək.

Onun haqqında söz söyləmək üçün ölüm xəbərinə yazdığım kiçik məqalədəki kəlmələri bir daha təkrarlaya bilərəm: Əhməd Ələsgərov sözün həqiqi mənasında təpədən-dırnağa daim inkişaf edən məşqçi idi. Bunu da hər dəfə onunla söhbətdə müşahidə etmişəm. Heç vaxt heç nəyə hökmlə, mütləq fikirlə yanaşmazdı. Bunu dəqiq bilirəm.

Həmin məqalədən onu da bu sətirlərə köçürüm ki, təkcə 1966-cı ildə - 115 oyunda cəmi 6 qol vurmuş futbolçunun karyerasını yenicə başa vurduğu bir vaxtda - cəmi 31 yaşında atıldığı məşqçilik meydanında uğur qazanması nə qədər mümkün idi? Onu da yazmışdım ki, Əhməd Ələsgərov Banişevskinin İngiltərə meydanlarında top qovduğu bir vaxtda "Neftyanik"i SSRİ çempionatlarında ilk və son medalına qovuşduran mütəxəssisdir.

Əhməd haqqında quru rəqəmlərlə, quru faktlarla danışmaq olmur. Onun Vətən, Azərbaycan nailiyyətləri bununla bitdi, bitirildi. Qazandıqlarını ölkədən kənarda əldə etdi. Doğrudur, bir neçə dəfə Azərbaycana qayıtdı, Sovet dövründə, xüsusən də, müstəqillik illərində. Bir daha deyim ki, 1992-ci ildə, hər şeyin lap əvvəlində onun ulduzu futbola münasibətlə barışmadı. İllər sonra yenidən dözmədi, qayıtdı, amma yenə bir neçə parlaq oyun və ümid bəxş edib getdi.

Çox qəribə, paradoksal və müəmmalı idi: onu Azərbaycana dəvət edənlərin özləri də ona mane olurdular. Bəlkə dərhal da nüfuzunu görüb, ətrafdakılarla hətta ünsiyyətdə belə səmimiyyətini həzm edə bilmirdilər. Bəlkə də dilini sevmirdilər.

O ayrılıq çox yorğun oldu. Bəlkə mənə elə gəlmişdi. O çıxıb gedəndə, "belə dönüş bir daha olmayacaq" deyə düşünmüşdüm. "Qayıdarsınızmı", "Qayıdacaqsınızmı" sualarına da cavabları birmənalı olmuşdu...

Doğrusu, bir dəfə də qayıtdı, amma bu dəfə qısa müddətə. Aydın idi ki, tez də yola salınacaq. Hərçənd deyirdilər "Bakı"ya işləməyə gəlib, mənsə düşünürdüm ki, yumşaq desək, xeyir-dua verməyə gəlib - gedəcək. Çünki bilirdim ki, bu qayıdış o qayıdışdan deyil. Klubda çox iddialı danışanlar var idi. Belə yerdə Əhməd müəllim yalnız maneəyə çevrilə bilərdi.

Bəli, sonuncu dəfə onu "Bakı"da görməyə müvəffəq olduq.

Əhməd müəllim haqqında, qısaca, xasiyyətnamə versək, yenə köhnə sözlərə qaytmalı olaram: o, tipik azərbaycanlı və elə buna görə də xasiyyəti qəbuledilməz idi. Ona görə də onun üçün futbol hər şeyi nüfuza, ada-sana, titula qurban verə biləcəyi meydan deyildi. "Neftçi"də də, "Çernomorets"də də, müstəqillik illərində də onu ram etmək istəyənləri ən sərt şəkildə məlum yerə yollamaqdan çəkinmirdi. Elə buna görə futbolda ən yüksək zirvələri fəth edə bilməsə də, Əhməd elə buna görə Əhməd idi; əvəzedilməz xarakter və xasiyyət sahibi, bəzən güzəştə getməyəcəyi güman edilmədiyi halda - yumşaq, bəzən isə sərtlik gözlənilmədiyi halda - amansız Əhməd idi. Və o bu torpaqda sözün ən böyük mənasında üslub, dəst-xətt, tərz, yenilik gətirən ən böyük, hələ də yeganə, həm də əbədiyyət qazanmış, adı dillərdən düşməyəcək məşqçidir.

BATI YAR


P.S.Onunla bağlı, taktiki düşüncəsini, Vətənə bağlılığını, Vətən nisgilini əks etdirən bir neçə xatirəni bölüşmək istəyirdim. Amma xatirələr hələ də və o qədər canlıdır ki, onun ölümü ilə barışmır. Bəlkə qələm bu xatirələri keçmiş zamana kökləməyə, bir daha təkrarlanmayacaq anlar kimi həmin epizodlara müraciət etməyə nə vaxtsa imkan verəcək...
Xəbər 2351 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru