Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azarkeş niyə stadiondan üz döndərir və yaxud bir əlifbalıq oyun
Tarix: 05.10.2015 | Saat: 09:23:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

İkinci turdan məqamlar

Avropa futbol liqası yarışının birinci turunun əsas məqamlarından bəhs edərkən, komandalarımızın rəqibin səhvləri, ilk növbədə, çatışmazlıqları üzərində oyun qurmasının vacibliyini xüsusi qeyd etmişdik. Çünki təmsilçilərimizin böyük yarışlar üçün həqiqətən nə böyük təcrübəsi, nə oyunçu potensialı, nə də başqa bir üstünlüyü və bacarığı var. Buna görə də hər fürsət uğura doğru bir addımdır prinsipi ilə oynamaq və düşünmək lazımdır.

Rəqibi öyrənmək heç də asan vəzifələrdən deyil. Futbolumuz üçün yad olan bu ünsür məşqçi korpusunun ahəngdar fəaliyyətini təmin etməklə, onların detalları görmək bacarığını tələb edir. Açıq yazsaq, əslində, ötən turda da bir-birindən fərqli yanaşma ilə meydana çıxan və yenə fərqli nəticələr göstərən təmsilçilərimiz rəqiblərini layiqincə qiymətləndirməmişdilər. Hərçənd «Qarabağ» qonağına istədiyini həzm etdirməklə bunu kompensasiya etdirdi; «Qəbələ» isə, əksinə, məhz bunun qurbanı olaraq, yaxşı təsir bağışladığı matçdan məğlub ayrıldı və ilk oyunda olduğu kimi, çəkilən zəhmət hədər getdi. Bir sözlə, iki oyuna komanda əlavə 3 xaldan məhrum oldu.

Bu dəfə səfərdə meydana çıxan «Qəbələ» hələ də nə praqmatik, nə konkret strateji oyun planı ilə meydana çıxmağı öyrənib. Elə bil futbolçular rəqibin zəif-güclü tərəflərini meydanda özləri araşdırırlar. Dərhal sual doğur: bəs məşqçi korpusu və onların məşqsədyönlü məşqləri nə üçün hesablanır? Axı, budəfəki rəqibi öyrənmək üçün Rusiya çempionatı da yetərli idi. Krasnodar təmsilçisi bu mövsüm ötənilkindən azacıq fərqli oynayır. Hiss olunur ki, hələ axtarışlar, arayışlar yolundadır. Ötənilki yüksəlişdən sonra üzdə qalmaq üçün komanda dəyişməlidir. Bu isə «Qəbələ»yə xal fürsəti deməkdir. Rusiya çempionatının ilk turları məhz bu məqaları əyani nümayiş etdirir. Fəqət doğma divarlar arasında PAOK-la matçda ən böyük fürsəti qaçıran qəbələlilər Şimal səfərindən ən azı bir xalı əldən verdi.

Doğrudur, matçın ilk hissəsindəki oyun heç nə vəd etmirdi. Dağınıqlıq, qeyri-müəyyənlik, konkret oyun xəttinin olmaması, vəziyyətə görə hərəkət etmək niyyəti inad və israrı heçə endirirdi. Erkən qol isə planları lap alt-üst etdi. İkinci hissədə vəziyyət Azərbaycan futbol məktəbinin ilk yetirməsi meydana daxil olandan sonra düzəlməyə başladı. Oyuna sanki fərqli ruh gəldi. Üstəlik, ev sahiblərinin də oyun tərzini əyişməməsi lap yerinə düşdü. Bundan təmsilçimiz yetərincə faydalandı. Sonrakı dəqiqələrdə isə lap qələbə topunu da vura bilərdi. Rəşad Sadiqov tiri nişan aldı. Əlbəttə, rəqib də qələbəyə yaxın idi. Fəqət həqiqət anı matçın sonuna az qalmış aşkara çıxdı.

Söz yox ki, «Qəbələ» məğlub olmaya da bilərdi. Amma hər belə məğlubiyyət fərqli dərs olmalıdır. Baş məşqçi də elə bunu deyir. Əslində, bu qısa turnirdə artıq təmsilçimizin fərqli çıxış yolu da qalmayıb. Təbii, «əgər əcnəbilər meydanda olacaqdısa, niyə daha güclüləri transfer edilməyib» deyərək, təəssübkeş azarkeşin qanuni sorğu-sualını, tələbini anlamaq qoymaq olar. Əksərən, bu əcnəbilərin natamamlığı ilə müqayisədə yerlilərin «partlayıcı» effektivliyi daha faydalı ola bilər. Məşqçinin Krasnodarda qurduğu müdafiə xətti isə əslində, Azərbaycan çempionatının iştirakçılarına onlarla necə mübarizə aparmağın mümkünlüyünü əyani nümayiş etdirdi. Çox təəssüf ki, məğlubiyyətdə orta xətt daha böyük rol oynadı. Hücumçular da əsas heyətdə yer alacaqlarına arxayın olduqlarından heç çəkinmirlər. Bütün bunlar «səbr kasası» ilə bağlı qış mövsümündə yeni dastan yazıla biləcəyini göstərir. Əlbəttə, məşqçiyə səlahiyyət, kard-blanş verilməlidir. Amma hesab sorulmayacağı anlamına gəlməməlidir, çünki məsuliyyətsizliyə aparan yoldur.

«Qəbələ»dən fərqli «Qarabağ» artıq bu yarışda da özünə təcrübə toplamaqla addım-addım böyüyür. Özü də təkcə belə uğurları ilə deyil, həm də Londonda gördüyümüz məğlubiyyətləri ilə. İki ildir Avropa yarışları tarixinin həm özünə, həm də ölkəmizə aid hissəsinə yeni sətirləri əlavə edən komanda, ilk dəfə bu yarışda doğma azarkeşinə qələbənin nə olduğunu anlatdı. Çox təəssüf ki, bütün bunlar komandanın seyrləməkdə olan azarkeş cərgəsi ilə müşahidə olunur və burada Azərbaycan futbolunun daha iki köklü problemi üzə çıxır.

Birincisi, komandanın heç bir araşdırma aparmadan biletlərin qiymətini artırması və ucuz gəliri mənəvi dəstəkdən üstün tutması ilə bağlıdır. Real alıcı bazarını ölçüb biçmək üçün məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Görünür, klubda bu sahədə böyük boşluqlar var. Yeri gəlmişkən, bunun üçün də ölkə xaricindən mütəxəssis cəlb etməyə elə bir ehtiyac yoxdur. Axı, son vaxtlar komandalarımızda hər vəzifəyə əcnəbiləri gətirmək bir dəb halını alıb.

İkincisi, biletlərin kassalarda nəhzarətsiz qalmış satışı problemlər yaratmağa başlayıb. Biletlər kassalarda tapılmasa da, stadion az qala yarıbayarı boş qalır. Bu mövzunu hələ yarışdan əvvəl qabartmaq istəyirdik. Lakin «Qarabağ» rəhbərliyinin gec də olsa, ayılacağına ümid edirdik. Çünki müşahidələr möhtəkirlik, işbazlıq, dəllallıq əlamətlərinə işarə edir. Hamıdan əvvəl məhz Ağdam təmsilçisinin özü bu fatkların araşdırılmasında və satışa çıxan biletlərin təqib edilməsində maraqlı tərəf olmalıdır. Çünki ən çox ziyan məhz komandanın öz daxili kassasına dəyəcək.

Əlbəttə, klublarımız bu kimi qanuni yollarla pul qazanmaq imkanı ilə tanış deyillər və bu fürsəti lazımınca qiymətləndirə bilmirlər. Lakin marketinq məsələlərinə artıq peşəkarcasına diqqət etmək lazımdır. Çünki Avropa təcrübəsi də əyani göstərir ki, möhtəkirliyin izləri elə klubun özünə aparıb çıxara bilər. Bu isə qanunla da yolverilməzdir.

Hələ bir neçə il əvvəldən təmsilçilərimizi, ən əvvəl isə AFFA-nı vaxtında bu problemlə üzləşəcəklərini agah etməyə çox çalışırdıq. Amma nə o vaxt, nə də indi bu istiqamətdə bir addım atmaq fikri, niyyəti görünmür. Görünür, onlar məsələnin ictimailəşib problemə çevrilməsini, şikayətlərin yüksək tribunalardan səslənməsini gözləyirlər. Amma belə olanda da, br faydalı iş görməyəcəkləri aydındır. Çünki tələsik qərarlar heç vaxt təsirli olmur. Həm də unudulur ki, bu məsələlər dünyada o qədər ciddi qurulub ki, sistem hətta ən böyük biznes struktur kimi futbolun maliyyə dayaqlarının müstəqilləşməsinə nail olub. Bu məsələlərin müzakirəsini sonralara qoyub, keçək oyuna.

«Qarabağ»ın son vaxtlar zəif bəndinə çevrilməkdə olan qapıçı mövqeyi bu matçda da şübhələr doğurdu. Hərçənd etiraf edək ki, özünü tam doğrultdu. Onun yeganə səhvini rəqib bağışladı, qalan hallarda isə qolkiper qələbədə böyük pay sahibi oldu. Əlbəttə, qələbə təkcə bununla deyil, əsl kollektiv oyunun bəhrəsi ilə möhtəşəm oldu. Başabaş rəqabət, yeri gələndə, əminlik, yeri gələndə, sərbəstlik hər addımda hiss olunurdu. Bir sözlə, «Qarabağ» özünü bu rəqibdən heç də aşağı, zəif saymırdı və qalib gəlmək üçün özünə güvənirdi.

Bunu izləmək nə qədər xoş idisə, oyunun emosionallağı psixoloji gərginliyə aparırdı. Səbəb isə aydın idi: «Qarabağ» üçün inldiki halda oyun elementlərindən ən vacib olanı - rəqibin imkanı, oyunu, tərzi idi ki, buna da elə bil heç diqqət yetirilməmişdi. Son vaxtlar «Anderlext»i təqib etmək imkanı olanlar bunu dərhal müəyyən edə bilərlər. Üstəlik, bir tələskənlik də get-gedə təmsilçimizin oyununa hakim kəsilməkdə idi və bu da psixoloji gərginliyin toxumlarındandır. Çünki qısa və orta ötürmələrin könül oxşayan ahəngdarlığında bir səhv ehtimalı bütün zəhməti hədər edə bilərdi. Komandamız rəqibin qapısı ağzına qədər irəliləmək istəyirdi və uzaqdan hədəfi nişan almağa cəhd etmirdi. Bu düşüncələrin dərinliyinə qapılmağa 36-cı dəqiqənin bir qanunauyğun təsadüfü imkan vermədi: Almeyda möhtəşəmliyi təbiətində gizlənən mini-reydlə ən vacib nöqtəni nişan almaqla, qapıçı üçün ən təhlükəli zərbəni vura bildi. Riyazi-həndəsi məqamları ilə əlifbalara layiq bir zərbədən sonra meydanda hər şeyin dəyişəcəyi bəlli idi. Lakin «Qarabağ», əsl komanda kimi, buna imkan vermədi. Hətta rəqibin şokdan sonrakı vəziyyətinə də aludə olmadan yenə hörümçək kimi öz torunu toxuyurdu.

Fasilədən sonra da oyunun xarakterini dəyişməyə qoymayan «Qarabağ» Avropanın səviyyəsi ortabablıqdan yuxarı olan bir rəqibi ilə mübarizə aparmaq üçün yetişdiyinin fərqinə vardı. İlk dəfə idi Qurban Qurbanovun əvəzləmələrdə də bu qədər dəqiq və hesablanmış addımlar atdığını gördüm. Ümumən, matç klublarımız üçün əyani «Avropa dərsliyi»nə çevrildi. Yol bu yoldur və onu görmək üçün, bu gün hətta «Qəbələ»də də həmin görüşü izləməlidir.

Matçın qiymətini bir hadisə də artırır: UEFA turun yekununda tərtib etdiyi rəmzi yığma komandaya «Qarabağ»ın qolunun müəllifi Riçard Almeydanı da saldı: Həmin heyətdə ondan savayı, qapıçı Etan Horvat («Mölde»), müdafiəçilər Nenad Tomoviç («Fiorentina»), Yakub Brabets («Sparta» Praqa), Vladimír Kufal («Slovan» Liberets), yarımmüdafiəçilər Markus Henriksen («AZ-67» Alkmaar), Birkir Byarnason («Bazel»), Andriya Jivkoviç («Partizan»Belqrad), hücumçular Pyone Sisto («Midtyulland»), Fernandau («Fənərbağça»), Franko Di Santo («Şalke-04»).

Beləliklə, «Qarabağ» bu rəqabətdən sonra daha bir şans qazanmaqla gələcəyə ümidlə baxa bilər. Çünki belə bir mürəkkəb qrupda rəqabət gücü ilə indi o, pley-offa çıxa biləcəyini, yəqin ki, artıq dəqiqləşdirib. Söz yox ki, haradasa oyunçu ehtiyatı bir az şübhələrə yol açır. Lakin komanda oyunu ilə budəfəlik «Qarabağ» «Dnipro»nun ötənilki möcüzəsini təkrarlaya biləcəyini unutmamalıdır. Bu əminlik isə məhz indiki qrupdakı bir-birindən fərqli üç rəqiblə mübarizədə hasil olanda əsillik qazanır.
Xəbər 861 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru