Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Elə ilk oyunda yandırıb-yaxdılar
Tarix: 16.09.2014 | Saat: 08:24:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Amma vaxt var idi, yanılıb-yaxılırdılar

Azərbaycan milli futbol komandasının Avropa çempionatının seçmə mərhələsindəki debütü gözlənilən uğursuzluqla başlandı. «Gözlənilən» ifadəsi, sadəcə, oyunun gedişində verilən qiymət deyil. Komandamızın elə son iki yoxlama matçına nəzər salmaq yetər ki, bu uğursuzluğun əbəs olmadığını anlayasan.

İlboyu yenə istirahət macərəlarını davam etdirən baş məşqçi, keçirdiyi yoxlama matçlarda nə istədiyini yenə özü də heç anlamadı. Avqustda Özbəkistan, sentyabrda Rusiya ilə yoxlama matçlar isə onun məşqçi kimi acizliyinin daha bir göstəricisi olmaqla yanaşı, futbolumuz haqqında heç bir təsəvvürü belə olmadığını yenə üzə çıxardı. Rusiya mətbuatındakı «məktəblilər» ifadəsi nə qədər acı olsa da, həqiqətdir. Amma “məktəblilər” də gurultulu sözdür, çünki məktəblilər bir sinifdə oturmağı, kitabın üzünü açmağı, qələm-dəftərin nə üçün lazım olduğunu öyrənmiş olurlar. Həm də onların tərbiyəçisi, ya sinif rəhbəri, ya da ki, cürbəcür başqa, məsələn, fizika, kimya, psixologiya və s. müəllimləri də olur. Bu komandanın məşqçisinin özünün müəllimə ehtiyacı var. Etika-estetika haqqında bilikləri bir kənara, bu qədər müddət ərzində Foqts nəinki futbolmuzu öyrənməyə çalışmamış, hətta, az olmayan qazancına görə ona az-çox hörmət etməyi də öyrənə bilməyibsə, müəllimə ehtiyacı var. Əlbəttə, AFFA-nın ictimai rəyə saymazlığı ilə məşqçiyə verdiyi ixtiyarın sərhəd tanımaması get-gedə bütün ədəb-ərkan hədlərini də aşıbsa, bu ehtiyacın ölçüsü, həddi, çərçivəsi də dəyişməlidir. Bu dəfə heyətdə 4 braziliyalını oynada bilməməsi ilə bağlı onun kinayəli ibarəsi təkcə məlum məşqçinin topuğuna dəyən daş deyil, həm də Azərbaycan futbolçularına göndərilən ciddi mesajdır. Onlar da bunu, həmişəki kimi, istər fərdi, istərsə də kollektiv şəkildə qəbul edirlər. Çünki bu milli komanda onlara və onlardan da əvvəl menecerliyini edənlərə də lazımdır. Çünki bu onların bugunkü əlavə qazancı, sabahkı müqaviləsinin aşıb-daşan şərtləridir.

Azərbaycanda yetişməyən dörd futbolçunu heyətə cəlb etməsindən bixəbər məşqçinin vaxtilə klublara yönəlmiş yöndəmsiz-biçimsiz ifadələrinə cavab verilməyəndə, idman veteranları başda olmaqla, futbol ictimaiyyətinin aparıcı üzvləri onu, bir həmkar kimi, qınamayanda, futbol başbilənləri isə vaxtında lazımi ölçü götürməyəndə - belə də olmalı idi. Bu, Foqtsun hətta məşq üçün lazım olan vaxta sahib çıxa bilməməsi kimi sərhədsiz kard-blanşının daha bir saymazyana təzahürü deyil, nədir?

Əgər bu qədər səni qane etməyən məqamlar varsa, nə üçün bu ölkənin milli komandasının sükanında lövbər salmısan? Əlbəttə, vaxtilə alman komandasını sələfinin qoyub getdiyi irslə Avropa zirvəsinə çıxarmış bir məşqçinin hansısa nüfuzundan söhbət gedə bilməz. Foqts nə bir məşq sistemi, nə də adi məşq qurmaq bacarığının olmadığını əyani sübut edir. Onun son üç matçda meydana düzdüyü oyunçu tərkibi hər şeyi deyirsə, Bolqarıstanla görüşdə tatkiki göstərişlərindən söhbət belə gedə bilməz. Futbolçularının fiziki-funksional hazırlığından bixəbər məşqçi onların psixoloji komplekslərini xəbər almağa da dəyməz. Axı, o, haradan bilsin ki, hər seçmə mərhələdə cəmi bir atımlıq barıtı ilə bir dəfə parlayan, lakin bu işığı ilə həmişə liderləri büdrədən bir komanda meydana on minlərlə azarkeşi necə toplaya bilir? Bu gün külli-ixtiyar müqavilələrin ocağını söndürdüyü Azərbaycan futbolçusunun həmin atəşi püskürdəcək bir yanaşmaya ehtiyacı var - bunu biz də aydın görürük. Lakin bunu Foqts etməyəcək və edə bilməyəcək. Məsələ heç də məşqçinin milli mənsubiyyəti, vətəndaşlığı ilə bağlı deyil. Foqts nə Karlos Alberto Torres kimi hal əhlidir, nə də Hacıyevski kimi bu ölkənin futbolçusunun psixologiyasına bələddir.

Bu məşqçi 2016-cı ildə Azərbaycana Avropa çempionatının final mərhələsini vəd etmişdi. O vaxt o da bilirdi ki, Avropa çempionatının final mərhələsinə düşmək üçün yollar bir qədər də rəvanlaşacaq. Axı, əvvəlkindən fərqli olaraq, komandaların artan sayı hətta qrup üçüncülərinə də şans verir. Bunun üçün komandamız Bolqarıstan kimi komandalarla çoxdan ayaqlaşmalı idi. Lakin indiki halda iki ildən sonra Fransanı görmək üçün komandamız bir oyunda rəqib qapıçısının səhvlərini bir deyil, bir neçə dəfə görməlidir. Ya da elə Bolqarıstanla oyunda olduğu kimi, qapıçı qarşısında yerə dəyib, onu yanıldan zərbələr də çox olmalıdır. Yoxsa, bu komandanın nəinki Avro-2016 finallarında yeri olmayacaq, hətta sonuncu yeri tutmamaq uğrunda Malta ilə əyani-qiyabi duellərə şahid olacaq.

Hətta bu ölkənin dilini də səlis öyrənə biləcəyi ötən illər ərzində Foqts (ondan bunu heç tələb etməyə də lüzum yoxdur) heç Azərbaycan futbolunun psixoloji məsələlərini, nəyin niyə belə olduğunu öyrənmədi; futbolumuza Almaniyadan gətirə biləcəyi məşqçilər sayəsində özünün aşılaya bilməyəcəyi alman futbol modelini gətirməyə çalışa bilərdi və bununla futbolumuza xidmət göstərərdi. O, məşqçi olsaydı və günün bacarıqlı mütəxəssisləri kimi, üstəlik, azərbaycanlı futbolçunun xarakterinə bələd olsaydı (yaxud da yanında bunu bacaracaq biri olsaydı), hesabı bərabərləşdirən komandanın atəşini daha da alovlandırmağa qüvvə tapıb meydan salardı. Sanki səfərdə oynayan bolqarlar deyildi. Heç-heçədən sonra rəqib sükançı hücumu gücləndirir, Foqts isə güc-bəla ilə “tapdığı”, daha çox rəqib qapıçısının kobud səhvi olan bir qolun gətirdiyi ovqatla ruhlanmaq istəyən bir komandanın onsuz da nə istəyidiyini bilməyən yığnağa çevrilmiş müdafiə xəttini bir qədər də yükləyir. Onu acizləşdirir. O, hələ də bilmir ki, bu komanda müdafiə oluna bilmir və onun müdafiə sindromunu qıran da məhz meydanda olan bir-
iki od parçasının liderliyi ələ alıb qəfil sıçrayışlar etməsidir. Foqts haradan bilsin ki, məhz belələrindən olan Nadirovu oyunun son dəqiqəsində deyil, xeyli əvvəl meydana salmalı idi.

Foqts çox şeyləri bilmir. Amma söz yox ki, təkcə Foqtsu qınamaq olmaz. Ondan da çox bilməyənlər, keçmişi unudanlar, gələcəyi isə görmək istəməyənlər var. Foqtsun səbri sonsuzdur. Amma Azərbaycan futbolsevərinin, azarkeşinin səbri ondan da sonsuzdur və onun etirazını hətta “8-ci km” qəsəbəsində yerləşən kiçik stadionun da boş qalmış oturacaqlarında görmək olar. Amma bu etiraz təkcə Foqtsa və ətarfındakılara yönəlməyib, ondan və onlardan da əvvəl, azarkeşin həmişə zirvədə görmək istədiyi, lakin onun inam və etibarını o ucalıqdan yerə çırpan futbolçulara ünvanlanan üsyandır. Halbuki vaxt var idi, bu ölkənin yığma komandası, onun təkdənbir bir mərhələ aşan komandaları Tofiq Bəhramov adına stadionu doldurub-daşdıran kütlələri özünə cəlb edirdi. Çünki onlar meydanda oynamaq, azarkeş ürəyində yer almaq üçün alışıb-yanırdılar.

Xəbər 1485 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru