Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Qrup yarışlarına ümid var
Tarix: 05.08.2014 | Saat: 23:17:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

AFFA klublara şərtlər qoymağa başlamalıdır

Azərbaycan futbol klublarının Avropa kubokları uğrunda mübarizəsində ən mürəkkəb dövr yetişib. «Qəbələ»nin gözlənilən məğlubiyyətinin ardınca «İnter» də yarışdan kənar qaldı.

Əlbəttə, «beynəlmiləlçilər» növbəti raunda çıxmalı idilər. İlk oyunda səfərdə qalib gəldikdən sonra paytaxt klubunun doğma divarlar arasında, sadəcə, uğurlu taktiki gedişlər etməsi yetərli olmalı idi. Təəssüf ki, komanda moldovalılarla oyundakı ev sindromundan nəticə çıxara bilmədi. Son icmalımızda komandanın isveçlilərlə duelinin ən çətin məqamı kimi məhz bunu göstərmişdik. Axı, bundan öncəki duelin Bakıda keçən cavab görüşünün nəticəsi də aldadıcı görünür. «İnter» yalnız son dəqiqələrdə istəyinə çata bilmişdi. Nədən çəkinirdiksə, o da komandanın başına gəldi.

Doğrudur, «bankçılar» görüşü heç də pis keçirmədilər. Lakin bu, mərhələ adlamaq üçün yetərli deyil. İnadlı oyun və istək hər şeyi həll edir. Baş məşqçinin taktiki və oyunçu səhvləri də görüşün taleyinə təsir edən məqamlardan sayılmalıdır. Lakin bütün bunlar nəticə çıxarmaq üçün lazımdır. Klub rəhbərliyi futbolda nəyəsə nail olmaq üçün artıq yeni yol seçməlidir.

Amma bu, təkcə «İnter»ə aid olan məsələ deyil. Elə digər klublarımız da illərdir deyilən bir neçə məsələyə artıq diqqət etməlidirlər. Birinci növbədə, transfer edilən əcnəbi futbolçuların keyfiyyəti ön plana çıxarılmalıdır. Alababat, orta dərəcədən də aşağı əcnəbiləri transfer etməkdənsə, yerli gənclərə meydan vermək daha yaxşı olar. Bu məsələ artıq AFFA-nın gündəmini zəbt etməlidir. Əcnəbi limitini oyunçu keyfiyyətinə dəyişmək zamanı yetişib. Çünki klublar yalınz zor təibiqi halında səviyyələrinə diqqət etməyə başlayacaqlar.

Hər il klublarımız məhz bu sayğısızlığa görə büdrəyirlər. Yekunda yalnız bir-iki klubun sayəsində reytinq xalı toplayaraq, azacıq irəliləyir və ya yerində sayırlar. Hərçənd klubların imkanlarına görə, bu gün futbolumuz daha fərqli sıralarda yer almalı idilər. Bu gün Avropa arenasına ilkin mərhələlərdən azad olaraq başlamaq komandaların xeyrinə olmazdımı?

Klublarımız, qarşılarına sərt tələblər qoyulmadıqca, bu yoldan çəkilməyəcəklər. Deməli, sərt tədbirlərin vaxtı yetişib. Məsələnin limit və ya hansısa aşağı yaşlı futbolçunun heyətə cəlb edilməsi tələbi ilə vəziyyət dəyişməyəcək. Buna görə də baxış bucağı dəyişməlidir.

Ölkə çempionatında komandaların sayının azaldılmasının bir səbəbi də lisenziyalaşdırma tələbi göstərilə bilər. Lakin lisenziyalaşdırma, sadəcə, maliyyə tələbləri və ya müxtəlif yaş

dərəcələrinə uyğun qrupların formalaşdırılması ilə bitmir. Əslinə qalsa, bunun üçün də təkcə kəmiyyət deyil, keyfiyyət meyarları da tətbiq oluna bilər. Milli komandaya xərclənən maliyyənin, yəni AFFA-nın büdcəsinin tən yarısında bir hissənin də bu işlərə ayrılması zamanı artıq yetişib. Çünki klublarımız Avrokubok fürstələrini məsuliyyətsizcəsinə fövtə verməkdədirlər.

Artıq bu il də qurban verildi. İndi ümid iki ənənəvi Avrokubok xilaskarına qalıb.

Ötən sayımızda qeyd etdiyimiz «müəmma»nı çözən «Neftçi» növbəti mərhələyə Sloveniya zəfəri ilə çıxdı. Əlbəttə, buna bir yandan sevinmək lazımdırsa, digər tərəfdən, rəqibə təşəkkür etmək lzımdır. Çünki o da eynilə «İnter» kimi, doğma divarlar arasında qələbəyə erkən sevindi. Hücumları elə bu səbəbdən kəsərsiz və bəhərsiz oldu. Lakin bu oyunlarda buraxılan səhvlər «neftçilər»ə dərs olmadı və onlar artıq iki dəfə yoxlama matçda sınadıqları, üstəlik, «Bursaspor»la görüşlərini izlədikləri Gürcüstan komandasının qapısına yol tapa bilmədilər. Açıqdan-açığa müdafiə futbolu oynayan bir komandaya qarşı çox sabit dördlü müdafiə və yarımmüdafiə ilə çıxmaq da olardı. Lakin «ağ-qaralar»ın məşqçi korpusu nədənsə öz qapısını qıfıllamağı daha üstün tutdu və 90 dəqiqə ərzində rəqib qapısına necəsə yol tapacağına güvəndi və itirdi. Bunu Türkiyə təmsilçisi bacarmadısa, «Neftçi»nin də qazanması qeyri-mümkün idi. İndi doğma divarlar arasında qələbə sevincini yadırğamış bir klub bu dəfə də səfərdə – Mixeil Mesxinin adını daşıyan stadionda bu səddi aşmağa çalışacaq.

Çox təəssüf ki, heç gözlənilmədən bu matçda qonşu Gürcüstandan ən ağır irqçi, millətçi siyasi motivli absurdla da üzləşdik və baş verənlər hətta iki ölkənin daxili işlər nazirliklərinin bəyanatları ilə də müşayiət olundu. Əlbəttə, Qarabağ yarası ilə üz-üzə olan bir ölkənin istənilən daha bir bənzər cəhdə həssaslıqla yanaşıb, onu arxadan zərbə siqnalı kimi qiymətləndirməyə haqqı var. Elə bəyanatlarda da deyildiyi kimi, bu, təxribatçılıq cəhdidir. Amma onu diqqətdən yayındırmama və qonşu ölkədən təhqiqat aparılmasını tələb etməklə yanaşı, AFFA-nın bunu beynəlxalq idman qurumlarının diqqətinə çatdırması da vacibdir. Çünki FİFA və UEFA bu kimi məsələlərə həssaslıqla yanaşmaqla, onların qarşısını qəti surətdə alır və cəzaları da qaçılmazdır.

Bu dəfə ikinci təmsilçimiz - Çempionlar Liqasının pley-offuna çıxmaq üçün səy göstərəcək «Qarabağ» çox çətin səddi dəf etməlidir. Əlbəttə, komandanın ilk matçda göstərdiyi oyun ümid verir. Lakin, «Neftçi» kimi, o da bu müəmmanı həll etməlidir. Çünki rəqib sadə deyil, «Qarabağ»ın itkiləri isə kifayət qədərdir – iki aparıcı oyunçusu meydanda olmayacaq.

Qurban Qurbanov təcrübəsindən istifadə edərək, bu matça optimal taktiki dirənişlə çıxmaq iqtidarındadır. Onun planında, öz tərzinə uyğun olaraq, matça fəal başlaması da mümkün

variantlar sırasındadır. Çünki ani uğur rəqibə sarsılmaz zərbə vura bilər. Lakin istənilən halda, «Qarabağ» son ana qədər inadından dönməsə, istəyinə rəqibindən daha yaxın olacaq. Nizam-intizama riayət edə bilsə, komanda Azərbaycan çempionunun şansını məhz orta sahədə böyük sədd çəkib cinahları bağlamaqla, məhz bu istiqamətlərdən əkshücumlara keçməklə artıra bilər.

Hər halda, hələ ki, şans və bu dəfə komandalarımız qrup yarışlarında görəcəyimizə ümid var. Həm də artıq bu, vacib şərtə çevrilir. Hər iki komandanın oyununda, ələlxüsus da «Qarabağ»ın qarşılaşdığı azarkeş dəstəyi ölkədə futbolun 90-cı illərdəki tamaşaçı ovqatına köklənməsinin əyani yolunu göstərdi. Özü də bu, yalançı dəstək deyildi. Meydanı bəzəyən rənglər təkcə «Qarabağ»lıların deyil, Azərbaycan klub futbolunun fərqli rənglərinin birliyinin təcəssümü idi. Demək, bu oyunda onların arzu, istək və diləkləri vahid cəbhədə birləşmişdi. Futbolun inkişafının ilk siqnalı da elə bu ola bilər. Sonrasını tənzimləmək isə peşəkar işidir.
Xəbər 1539 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru