Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Hər belə tur «Qarabağ»ın xeyrinədir
Tarix: 08.04.2014 | Saat: 12:30:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Autsayderlər kimin çempionatı tərk edəcəyini qiyabi mübarizədə aydınlaşdıracaqlar

Milli futbol çempionatının Premyer liqasında mübarizə finiş xəttinə üz tutub. Hər ötən tur prinsipial məsələlərin həllinə aydınlıq gətirilməsi baxımından, ən azı, bir problemi həll edəcək. Rəsmi olaraq, çempionluq yürüşündə ilk 5 yeri tutan komandalar qalıblar. Əslində, «Qəbələ» ilə «Bakı»nın da belə bir iddiası qalmayıb. Hələ, üstəlik, ötən tur prinsipial rəqiblərə məğlub olmuş komandalar çempionat xətti ilə Avropa kuboklarında yer almaq üçün şanslarını da zərbə altına qoyublar.
«Bakı» ilə «Netfçi»nin görüşündə tək bu komandaların rəqabəti əhəmiyyətli deyildi, oyun lider «Qarabağ»ın da diqqətində idi. Təbii ki, Ağdam təmsilçisinə paytaxtın eyniadlı klubunun qələbəsi və ya heç-heçə daha sərfəli olardı. Çünki hər əsas izləyicisinin itirəcəyi xallar onun hesabına yazılmasa da, komandanın çempionluğa aparan yolunu daha qısa edəcək. Görüş nəticədən çox, hər iki komandanın oyunu ilə bağlı daha bir neçə sualı aktuallaşdırdı. Finişə doğru bu komandalar az-çox vərdiş etdiyimiz simalarından da uzaqlaşmaqdadırlar. Oyunun bəzi periodlarında komandaların meydana nə üçün çıxdıqları belə məlum olmurdu. Elə ilk hissənin tamamında məlum oldu ki, bu yorucu dueldə bir qol layiqli, ya bəxt hesabına qalibi aşkarlaya bilər və daha hazırlıqlı tərəf kimi, «Neftçi» istəyinə çatdı və beləcə, «Qarabağ»ın özündən daha da uzaqlaşmamasına mane ola bildi. Hərçənd indi vəziyyət belədir ki, hər ötən turda qazandığı qələbə ilə Ağdam klubu rəqiblərinin ümidlərinə zərbə vurur.

«Qarabağ», ötən icmalda qeyd etdiymiz məsələlərdən birini aradan qaldırmaq imkanında olduğunu AzAL-la qarşılaşmada əyani nümayiş etdirdi. Oyun quruculuğunda rəqibindən nə qədər üstün olduğunu kollektiv ilk dəqiqələrdən göstərdi. Doğrudur, erkən qol istəyi alınmadı, amma komanda bu arzusuna nail olana qədər fiziki cəhətdən də geri olan rəqibini tam sıxışdırdı. İstəyinə çatdıqdan sonra, praqmatik oyun tərzini yetərincə nümayiş etdirərək, «təyyarəçilər»ə əl-qol açmağa belə imkan vermədi.
İkinci hissəni daha fəal başlayan «Qarabağ» daha bir qol vuraraq, sonrakı dəqiqələrdə rəqibin nəyəsə ümid etməyə cəhd göstərməsinə də fürsət vermədi. Beləcə, maksimum 21 xala bərabər sonrakı 7 turda «Qarabağ»ın uzun həsrətə son qoyub çempion olması üçün cəmi 3 qələbəyə ehtiyacı qaldı.

AzAL-ı izlədikcə, klublarımızın öz dəst-xəttini müəyyən edə bilməməsi, yolunu seçməkdə çətinlik çəkməsi ilə bağlı xüsusi vurğuladığımız məsələnin aktuallığına bir daha şahid olduq. Bu komanda son dövrlərdə təkcə fərqli tərzli baş məşqçilərin gəlib-getdiyi klub deyil, burada idarəedici strukturu çalışdıranların qeyri-müəyyənliyi də var. Klubda transferləri kimin icra etməsi sanki ən vacib məsələdir və başqa problem yoxmuş kimi, digər işlər adi qaydada həll edilir. Nəticə və nisbi uğur olmadıqda, aydın məsələdir, ya baş məşqçinin, ya da onun mövqeyi güclü olarsa, əsas icraçının istefası gündəlik mövzu olur. Bu dəfə baş məşqçi getdi. Lakin vəziyyətin düzəlməyəcəyi aydındır. Maraqlıdır, mövsüm ərəfəsi oyun lideri kimi formalaşdırdığı əcnəbiləri daha güclülərə satan klub sonrakı dövrdə hansı hesabla maraqlarını qorumaq istəyirdi? Baş verənlərdə nə üçün, sadəcə, baş məşqçinin günahkar olması qaranlıq qalır. Klub sahibləri də əsas bu məsələ ilə maraqlanmalıdırlar.

Əlbəttə, AzAL-ın bu yarışda ənənələrinin formalaşması futbolumuzun çox xeyrinə olardı. Çünki bu komanda özünü ortabab kimi təsdiq etməyə meyillidir. Bunun üçün klub heç olmazsa, transfer siyasətini və bununla bağlı maliyyə məsələlərini tənzimləsə, çox nailiyyətlər əldə edə bilər.
Qarşıdakı turlarda «Qarabağ»ın izləyicilərinin bir-biri ilə əyani və qiyabi rəqabəti də maraq doğurur. AzAL-la eyni problemləri yaşayan «Xəzər Lənkəran» mövsüm üçün çempionat vəzifələrini artıq həll etsə də, güclülərdən biri kimi, mübarizədə söz demək iqtidarındadır. «Qəbələ» üzərində qələbə bunun bariz nümunəsi idi. Ümumiyyətlə, turun ən maraqlı matçı olan bu qarşılaşmada komandaların fəallığı diqqəti çəksə də, onların əsas problemlərinin oyun, xüsusən də hücum quruculuğunda olduğu yenə üzə çıxdı. Oyun, əsasən, cərimə meydançasından cərimə meydançasına qədər olan hissədə cərəyan etdi. Bu problem ətrafında da ötən sayımızda kifayət qədər söz açdığımızdan, yalnız onu qeyd edək ki, hazırda «Qəbələ» çox geri qalmağa başlayıb. Gələn tur, çox güman, çempionluq yürüşündən rəsmən kənar qalacaq qəbələlilər, həm də Avropaya çempionat xətti ilə çıxmaq şansını itirməyə yaxındır. Son turlarda komanda gücünü toparlayıb çıxış yollarını tapmasa, böyük ümid bəslədiyi daha bir mövsümü əldən verməklə, böyük problemlərlə üzləşəcək.

Tur ərəfəsində bir maraqlı açıqlamanı xüsusi qeyd etmək yerinə düşər. AFFA konfransından sonra çempionat iştirakçılarının sayının artırıla biləcəyi haqqında bəyanat verilmişdi. İndi, tam əksinə, AFFA prezidenti mətbuata açıqlamasında lisenziya məsələlərinə tam uyğun gəlmədikləri üçün, aşağı dəstə klublarından yalnız birinin elitaya layiq olduğunu qeyd edib. Buna görə də gələn mövsüm indiki formatla keçiriləcək və cəmi bir komanda yüksək dəstəyə yüksələcək. Qeyd edək ki, finiş xəttində olan Birinci divizionda «Araz Naxçıvan» həm oyun səviyyəsi, həm xal ehtiyatı, həm də imkanları baxımından bütün rəqiblərindən üstün görünür. Bu komandanın elitada kimi əvəz edəcəyi isə hələ məlum deyil. Yarışın son dövrü «Rəvan»la «Sumqayıt»ın qiyabi dueli ilə yadda qalacaq. Bu komandaların ötən turda son əyani görüşündə qalib müəyyənləşmədi. Problem qalan turlarda hansı komandanın kimdən xal qopara biləcəyindən asılı vəziyyətə düşdü. Çarə yollarını təxmin etmək də olar. Lakin bunun üçün iki tur da gözləmək lazımdır. Turnir cədvəlinin üst sıralarındakı məsələlərin bir az da dəqiqləşməsindən sonra hər iki klubun imkanları da tam bəlli olacaq və xal ala biləcəkləri rəqiblər tam bilinəcək.

Xəbər 1365 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru